SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Bağlar qopdu…

31-10-2018, 13:48 | Oxunub: 8 |

Bağlar qopdu…“Cümhur İttifaqı”nın dağılması üçün HDP və digər xarici qüvvələr də ciddi fəaliyyət göstərirdilər”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim AKP və müxalif Milliyyətçi Hərəkat Partiyası arasında yaradılmış “Cümhur İttifaqı” dağılıb. Bu barədə ilk məlumatı MHP başqanı Dövlət Baxçalı verib. İttifaqın sona çatdığını söyləyən partiya sədri 2019-cu ilin 31 mart tarixində keçiriləcək bələdiyyə seçkilərində öz namizədlərinin iştirak edəcəklərini deyib. İlkin açıqlamaya görə, partiyalar İstanbul bələdiyyə sədrliyinə namizəd və əfv məsələsində razılığa gələ bilmədikləri üçün ayrılmaq qərarı alıblar. Prezident Ərdoğan da MHP ilə ittifaqın dağıldığını təsdiqləyib: “Hər kəs öz yolu ilə getməyə davam etsin. Madam ki, MHP fərqli seçim edib, “biz yolumuza” deyir, biz də “hərə öz yoluna” deyərik”. Biz bu ittifaqın ruhuna ziyan verəcək heç bir iş görmədik və görməyəcəyik. Millətimizin əmanəti olan “Cümhur İttifaqı”nı gündəlik siyasətdən üstün tutmaq istədik. Ancaq alınmadı”.
İttifaqın dağılmasını “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri bildirib ki, AKP və MHP arasındakı “Cümhur İttifaqı”nı ən çox partiyanın liderləri dəstəkləyirdi. Ancaq hər iki siyasi təşkilatda ittifaqa xoş baxmayan, ilk fürsətdə pozmağa çalışan adamlar var idi. Lakin rəhbərlik səviyyəsində məsələyə göstərilən ciddi dəstək bu cür narazılıqları ört-basdır etməyə kifayət edirdi:
“Bələdiyyə seçkiləri prezident və parlament seçkisindən fərqlidir. Bu seçkilərdə qalib gəlmək ondan sonra gələn siyasi mübarizələrdə təməl rolunu oynayır.
Ona görə də yerli özünü idarəetmə seçkiləri strateji əhəmiyyət daşıyır. Məncə, yeganə problem bələdiyyə seçkisi deyil. Çünki hər iki qurumun rəhbəri, yəni həm AKP sədri Rəcəb Tayyib Ərdoğan, həm də MHP sədri Dövlət Baxçalı bələdiyyə seçkisinə ortaq hazırlıqla bağlı təlimat vermişdi. Təəssüflər olsun ki, heç bir partiya ortaya ciddi sənəd qoya bilmədi. Hakim AKP-ni təmsil edən bəzi kürd kökənli təmsilçilər isə MHP-nin xoşuna gəlməyəcək açıqlamalar verdilər. Bu da millətçiləri hiddətləndirdi, ən əsası isə AKP ilə ittifaqın əleyhinə olan qüvvələrə şans verdi”.
Analitikə görə, bütün bunlara rəğmən ortaqlığı qorumaq mümkün idi. Lakin əfv məsələsinin ortaya atılması vəziyyəti gərginləşdirdi: “Məlumdur ki, Dövlət Baxçalı mütəşəkkil cinayətkarlıq təşkilatı lideri Alaaddin Çakıcını həbsxanada ziyarət etmiş və onun ümumi amnistiyaya salınması üçün hökumətə təklif irəli sürmüşdü. Amma bununla bağlı ortaq məxrəcə gəlmək mümkün olmadı. Hakim partiya “qurunun yanında yaşın da yanmaması” üçün bundan imtina etdi. Nəticədə tərəflər arasında bağlar qopdu. Onu da vurğulamaq lazımdır ki, “Cümhur İttifaqı”nın dağılması üçün HDP və digər xarici qüvvələr də ciddi fəaliyyət göstərirdilər”.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR