SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Maliyyə dayanıqlığını möhkəmləndirməlidirlər

31-10-2018, 13:46 | Oxunub: 9 |

Maliyyə dayanıqlığını möhkəmləndirməlidirlər
Bələdiyyələr fəaliyyətlərini genişləndirmək üçün

26 centyabr 2018-ci ildə Maasallı rayonunda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti Ictimai Birliyinin təşkilatşılığı ilə “Regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin rolunun artırılması istiqamətində tədbirlərin təşkili” adlı tədbir keçirildi.

Tədbiri regional koordinator Ələsgər Hüseynov açdı. Sonra tədbirin aparıcısı Nabat Qəniyeva donor və layihə haqda geniş məlumat verdi. Məlum oldu ki, layihənin məqsədi – regionlarda bələdiyyələrin fəaliyyətini təkmilləşdirmək, onlara maliyyə mənbələrinin tapılması, (yerli sahibkarlarla əlaqələrin qurulması, layihələrin yazılması, hesabatlarının hazırlanması yolu ilə), bələdiyyələrin regionun sosial-iqtisadi inkişafında rollarının artımasına dəstək verməkdi.

Məlumat üçün bildirək ki, layihə cərcivəsində Masallı və Qazax rayonlarında, Abşeron rayonunun Mehdiabad kəndində – hər birində 1 günlük olmaqla 3 seminar-trening hazırlayıb həyata keçirilməlidir.

Masallıda keçirilən tədbir 2 hissədən ibarət oldu.


Maliyyə dayanıqlığını möhkəmləndirməlidirlər


-1-ci hissə seminar treninglər,

– 2-ci hissə interaktiv treninglər.

1-ci hissəədə aşağıdakı mövzular üzrə məlumatlar verildi.Məlumatlar slayd vasitəsi ilə həyata keçirilirdi.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ı haqda ümumi məlumat və bələdiyyələrin bu proqramların əsas məqsədlərinin həyata keçirilməsində
“Sosial xidmət haqqında” qanun və Qanunun 26-cı maddəsində nəzərdə tutulmuş sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi qaydasını müəyyən edən Fərmanla tanışlıq.
Sosial xidmət sahəsində dövlət sifarişlərini bələdiyyələr və QHT-lər müvafiq olaraq Əmək və Əhalinin Sosial Təminat Nazirliyindən də ala bilərlər. Bələdiyyələr və QHT-lər bu qurumlara öz xidmətlərini hansı formada təklif etməlidirlər.
Bələdiyyələrin problemləri və onların aradan qaldırılmasında -a) Bələdiyyə və yerli sahibkarlar arasında münasibətlərin qurulmasının rolu; b) bələdiyyə-vətəndaş münasibətlərinin rolu; v) layihələrdə iştirakın
Tədbirdə iştirak edən bələdiyyə təmsilçiləri maraqlı fikirlər səsləndirdilər. Əsas fikir ondan ibarət oldu ki, bələdiyyələrin maliyyə dayaqları çox zəifdir. Vergilərin toplanması üçün işlək mexanizm yoxdur. Vergi və rüsum verməyən yüzlərlə insanı məhkəməyə vermək mümkünsüzdür. Həm də ki, bir nəfərin məhkəməyə verilməsi onun rüsumundan artıq xərc götürür.

Abbaslı çıxışında qızların bələdiyyələrə daha çox cəlb edilməsindən, bu sahə və xeyriyyəçilərin, sahibkarların imkanlarından maksimum faydalanmağın zəruriliyindən danışdı.
Tədbirin təlimçisi Nabat xanım Qəniyevə maraq və mübahisə doğuran sualları komkret faktlarla, beynəlxalq və yerli təcrübədən nümunələr gətirməklə olduqca dolğun şəkildə cavablandırdı . Tədbirdə iştirak edən bələdiyyələrin bəziləri özlərinin hüquqi statusunun dövlət orqanı olduğunu iddia edirdilər. Lakin təlimçi onların qeyri hökümət təşkilatı olduğunu və tender və qrant müsabiqələrində iştiraklarının mümkünlüyünü izah etdi.

Sonra təlimçi Layihə nə deməkdir və onların hazırlanması və hesabatlılıq.

Layihə büdcəsi və maliyyə hesabatlarının hazırlanması.

Əmək və Əhalinin Sosial Təminat Nazirliyinin qeydiyat və müraciət formaları haqda məlumat

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə DDŞ-nın təklif formaları haqda məlumat.

Tədbir iştirakçıları 5 kiçik qrupa bölündü..

Kiçik qruplarla iş zamanı qrup üzvləri seçdikləri ideyanı layihələşdirmək imkanlarını araşdırdılar. Hər qrupdan seçilən bir nəfər qrupun işini təqdim etdi. Təqdimatın sonunda digət iştirakçıların suallarını qrup üzvləri cavablandırdılar. Təqdimatları Ələsgər Hüseynov, Fidan Abbaslı, İldirim Nəzərov, Tağıyev İdris və Cəlilov Zahid etdilər.

Maliyyə dayanıqlığını möhkəmləndirməlidirlər


İştirakçılar bələdiyyə, əhali və yerli sahibkarlardan ibarət qruplara bölünərək təlimçinin yaxından dəstəyi ilə layihə hazırlamağın formalarına, əsas hədəflərə neçə nail olmağın yollarını öyrəndilər.

Öyrədildi ki, əhali qrupu öz işlərini və məhsullarını bələdiyyə qrupuna necə təqdim edəcək (müqavilə əsasında); bələdiyyələr sahibkarı necə inandıracaq və əhalinin məhsullarını onlara necə satacaq (müqavilə əsasında) .

Məqsəd bələdiyyələrin əhali və sahibkar arasında körpü rolunu öz üzərlərinə götürmələrinin formasını araşdırmaq və buna nail olmalarına kömək etməkdir.
Maliyyə dayanıqlığını möhkəmləndirməlidirlər


Nəticədə 5 ideya layihə təklifi formasında təqdim olundu. Xırda qüsurlar olsa da ümumilikdə işlər çox qənaətbəxş idi . Bu ona ümüd verirdi ki, Bələdiyyələr qrant müsabiqələrində iştirak üçün hazırdırlar.

Tədbirlərin sonunda qiymətləndirmə üçün anket sorğu vərəqələri iştirakçılar tərəfindən dolduruldu. İştirakçılara mövzu ilə bağlı müvafiq paylama materialları və dəftərxana ləvazimatları paylandı.

Tədbirin gedişində elektron vasitələrdən geniş istifadə olunması iştirakçılar tərəfindən məmnunluqla qarşılandı.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çap edilir.

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR