SON DƏQİQƏ

belediyyetv.az
 Valyuta məzənnəsi

Bələdiyyədən pulunu ala bilməyənlər deputatı hədəfə alıb…

31-10-2018, 13:54 | Oxunub: 9 |

Bələdiyyədən pulunu ala bilməyənlər deputatı hədəfə alıb…
Bəzi müstəqil saytlar peşəkar jurnalist böhranı keçirir. Çünki peşəkar jurnalistlər yalnız fakta, etik normalara və obyektivliyə əsaslanırlar və bu səbəbdən də, yazanda sanballı məqalə yazırlar. Məlum olduğu kimi, müasir jurnalistikanın əsas problemlərindən biri operativlik və obyektivlik arasında seçim etmə üsuludur.
Əsil jurnalistlər hər hansı informasiya daxil olduqda onu tam dəqiqləşdirməmiş, tərəflərin və ekspertlərin fikrini öyrənməmiş və konkret fakt əldə etməmiş yazı yazmırlar və operativliyi obyektivliyə qurban verməkdən çəkinmirlər. Çünki düzgünlüyü aydınlaşdırılmamış operativ məlumatdansa, obyektivliyi təsdiq olunmuş gecikmiş informasiya daha üstündür.

Qeyri-peşəkarlar isə, hətta şayiələri, dezinformasiyaları və sifarişli şantajları belə ucuz sensasiya xatirinə tələsik yayımlamaqla məşğuldurlar. Nədən ki, bu “jurnalistlər” müasir jurnalistika texnologiyaları haqda təlim və ya təcrübə keçməyiblər, ona görə də informasiyanın necə alınması, hansı mənbələrdən təsdiqlənməsi, faktların hansı yolla əldə edilməsi, tərəflərin mövqelərinin verilməsi, ekspert fikrinin alınması və s. bu kimi jurnalistika texnologiyalarından xəbərsizdirlər.

Bugünlərdə deputat Adil Əliyevlə bağlı saytların birində qərəz dolu məqalə verilib. Daha bir neçə sayt həmin yazını məqsədli olaraq istinadla tirajlayıb.

Səbəb nədir, şikayətçi kimdir, gəlin araşdıraq.

Saytların birinə şikayətlə müraciət edən Məmmədova Xəzəngül Xəlil qızı bildirir ki, guya ona məxsus torpaq sahəsi millət vəkili Adil Əliyev tərəfindən zəbt olunub və qanunsuz olaraq orada şadlıq sarayı tikdirmişdir. Şikayətçi onu da bildirir ki,2007 -ci ildə Binəqədi bələdiyyəsinin 168 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Binəqədi rayonu 7-ci mikrorayon ,”Amor”şadlıq sarayının arxa hissəsində1000kv/m torpaq sahəsi alıb. Bələdiyyə ilə alqı satqı müqaviləsi imzalamış,torpaq sahəsinin vergisini bələdiyyə hesabına ödəmişdir,daha sonra isə sənədləri reyster xidmətindən keçməsi üçün torpaq komitəsinə təqdim etmişdir.

Əvvala bu torpaq sahəsinin deputat Adil Əliyevə qətiyyən aidiyyatı yoxdur.
Bu haqda aşağıda faktı təqdim edəcəyik. Qayıdaq adı çəkilən torpaq sahəsinə.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bələdiyyələrlə İş Mərkəzinin rəis müavini Fazil Məmmədovun 30.05.2014-cü il tarixdə Binəqədi bələdiyyəsinə göndərdiyi məktuba nəzər salaq;

“Binəqədi rayonu , 7-ci mikriraryon, S.S. Axundov küçəsi, 13/37 və 15/1 saylı binaların qarşısında (yolun əks tərəfi) Binəqədi Bələdiyyəsi tərəfindən 2004-2007-ci illərdə vətəndaş Xəzangül Xəlil qızı Məmmədovaya, Sahil Zahir oğlu Hüseynova, Dəyanət Ənvər oğlu Seyidəliyevə və Aygün MMM-ə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrılmış torpaq sahələri ilə bağlı sorğunuza Bələdiyyələrlə iş mərkəzində baxılmışdır.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 30.05.2014-cü il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, yuxarıda adları qeyd edilən vətəndaşlara ayrılmış torpaq sahəsi dövlət mülkiyyətinə məxsusdur.

Bildiririk ki, Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci hissələrinə görə dövlət mülkiyyətindəki torpaqlar, qanunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Həmin maddənin 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində Nazirlər Kabineti həyata keçirir.

Ona görə də, Binəqədi bələdiyyəsi tərəfindən 2004-2007-ci illərdə vətəndaş Xəzangül Xəlil qızı Məmmədovaya, Sahil Zahir oğlu Hüseynova, Dəyanət Ənvər oğlu Seyidəliyevə və Aygün MMM-ə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahələrinin ayrılması BARƏDƏ QƏRARLARI LƏĞV EDİLMƏLİDİR.”

Davam edək. 30.05.2014-cü ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin müdiri Natiq Məlikovun Binəqədi rayon bələdiyyəsinin sədri F.M Babayevə yazdığı məktubu oxuyaq;

“Sizin 07.05.2014-cü il tarixli sorğunuza Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şöbəsində baxılmışdır.

Bildiririk ki, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsi 13/37 və 15/1 saylı binaların qarşısında (yolun əks tərəfi) ərazi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda yerləşməklə , dövlət mülkiyyətində saxlanan torpaqlara aiddir.”

Bütün bu məktublardan sonra Binəqədi bələdiyyəsi 10 iyul, 2014- cü ildə ümumi yığıncaq keçirib qərar çıxarıb.

06 saylı protokoldan çıxarış;
“Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 09/3-29 saylı, 30 may 2014-cü il və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinin 05/01-07 saylı, 30 may 2014-cü il tarixli məktubları bələdiyyənin ümumi islasında müzakirə olunaraq,

Qərara alır;

1. Binəqədi bələdiyyəsinin Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S. Axundov küçəsində sahibkarlıq fəaliyyəti ilə vətəndaş Məmmədova Xəzangül Xəlil qızına ayrılmış 1000 kv.metr torpaq sahəsinə dair 168 saylı , 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci, 2-ci və eyni zamanda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanuna zidd olduğundan həmin qərar ləğv edilsin.”

Yenidən qayıdaq Xəzangül xanımın sayta göndərdiyi şikayətinə ;

“2014-cü ildə Binəqədi məhkəməsinə müraciət etmişəm,torpaq sahəsində inşa edilən tikililərin sökülməsi və maneçiliyin aradan qaldırılmasına dair iddia qaldirmışam.01.04.2014-cü ildə torpaq sahəsində inşa olunan tikililərin sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətdə qaytarılması barəsində məhkəmə qərar qəbul ediib.
Şikayətçi deyir ki, Adil Əliyev Binəqədi məhkəməsinin haqlı tələbimizi müdafiə edən və hüquqlarımızı qoruyan qətnaməsini Bakı Apelyasiya Məhkəməsində ləğv etdirdi və Ali Məhkəmədə həmin qərarı təsdiq elətdirdi.

Əvvala, Azərbaycanda məhkəmələr tam sərbəstdir. Nəinki deputat, heç bir nazir yaxud məmur məhkəmənin işinə müdaxilə edə bilməz. Çünki məhkəmələr Azərbaycan Respublikasının adından qərar verir.Kiminsə fantaziyası güclü inkişaf edibsə Kukla teatrı üçün ssenari yaza bilər. Yaxşı qazanc gətirər.

Bəli, Bakı Apelyasiya Məhkəməsinin 15 aprel, 2016-cı ildə çıxardığı qətnamədə Binəqədi Məhkəməsinin qərarı ləğv olunub.
Başqa cürə ola da bilməzdi.
Axı yuxarıdakı yazışmalardan, məktublardan aydın olur ki, Xəzangül Məmmədovanın istədiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Binəqədi bələdiyyəsinə qətiyyən aidiyyatı yoxdur.

Şikayətçi Binəqədi bələdiyyəsinə həqiqətən pul ödəyib. Mülki qaydada məhkəməyə müraciət edib Binəqədi Bələdiyyəsindən pulunu gei tələb etsin.Çünki bələdiyyə ona torpaq sahəsini qanunsuz ayırmışdı.
Bunları Xazangül Məmmədova onunla əlbir olan şəxslər yaxşı bilir. Ancaq deputatı şantaj etməklə, guya ölkə rəhbərliyinin adından sui-istifadə etməsini deməklə nəyə nail olacaqlar?

Üstəlik saytları da bu işə qoşurlar.

Axı 2016-cı ildə həmən bu şikayətçilərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ,Baş Polis İdarəsinin , İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı şöbəsinin rəisi M. Əhmədovun məktubu var. Orda yazılıb ki, xüsusi təhqiqat aparılıb. Torpaq sahəsinin Adil Əliyev tərəfindən zəbt olunması təsdiqini tapmayıb.
Şikayətçilərə bildirilib ki, 2006-cı ildə Binəqədi bələdiyyəsinin sədri işləmiş Məmmədov Natiq Abbas oğlunun əməlində vəzifə cinayəti var deyə toplamış material Binəqədi Prokururluğuna göndərilib.

Tövsiyyə edilib ki, şikayətlə bağlı mülki qaydada məhkəməyə müraciət edilsin.
Yəni, bələdiyyə sədri sizi aldadıb. Gedin pulunuzu geri alın.

Vəzifə səhlənkarlığı, yaxud cinayəti etmiş şəxs qalıb bir kənarda, aidiyyatyı olmayan şəxsi hədəfə almaq heç bir çərçivəyə sığmır.

İlqar Qarabağlı

OXŞAR XƏBƏRLƏR
BƏLƏDİYYƏ TV
MÜSAHİBƏ
REPORTAJ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR