Son dəqiqə
İdman
24-04-2019, 09:09
919
UEFA Azərbaycanın viza anketində dəyişiklikləri alqışlayıb
Avropa Futbol Assosiasiyalarının İttifaqı UEFA Azərbaycan hakimiyyətinin elektron viza sisteminə (https://evisa.gov.az/ru) HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayıb.
xebertv.info Trend-ə istinadən bildirir ki, bu barədə UEFA-nın saytında yerləşdirilən bəyanatda deyilir.
"Beləliklə, UEFA Avropa Liqasının finalının meydan sahibləri Avropa futbol ittifaqının azarkeşlər adından etdiyi sorğusuna reaksiya verib", - deyə bəyanatda bildirilir.