Son dəqiqə
Video
7-02-2021, 13:01
5 671
Bakıda restoranda toy edənlər saxlanıldı - VİDEO

Ötən gün Bakıda şadlıq evində toy məclisi keçirənlər saxlanılıb.
Bildirilir ki, Yasamal rayonunda yerləşən "Atlantis" restoranının "Euphoria" musiqi zalında xüsusi karantin rejiminin qaydaları pozularaq toy məclisi təşkil olunub.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb.
Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.
XeberTv.info