Son dəqiqə
9-02-2021, 12:36
5 243

Sən çoban ola bilərsən, amma biz qoyun deyilik...

Sən çoban ola bilərsən, amma biz qoyun deyilik...


Orta məktəbdə oxuyanda müxtəlif mövzularda inşa yazırdıq. Mövzular, adətən, eyni olurdu: “SSRİ mənim vətənimdir”, “Azərbaycan qəhrəmanlar diyarıdır”, “İnsanı əmək ucaldır”.

Bəzən fəsillərə görə mövzular da dəyişirdi. Amma ideoloji xətt heç vaxt dəyişmirdi. SSRİ adlanan vətənimizi, onun ucsuz-bucaqsız səhralarını, yeraltı və yerüstü sərvətlərini vəsf etmək boynumuzun borcu idi. Ən çox da zəhmət adamlarından yazmalıydıq. İldə ən azı iki dəfə bu mövzuda qələmə sarılırdıq: “İnsanı əmək ucaldır”.

Bizə deyirdilər ki, çox uzağa getməyin, elə öz kəndimizin zəhmətkeş simalarından yazın. Mən də həmişə rəhmətlik İbrahim dayıdan, Şamama xaladan, Famil kişidən, Tamara arvaddan yazırdım. Onlar bizim yaxın qohumlarımız idi, tez-tez evlərinə gedib-gəlirdik. Buna görə də yazdıqlarıma özüm də inanmırdım. İbrahim dayının işləməkdən əlləri qabar bağlamış, sifəti qırışmışdı. Doğma torpağa qayıtmaq arzusuyla yaşayan, buna görə də Əzrayıla təslim olmayan Tamara arvadın isə hələ kənddəykən gözünün nuru getmiş, beli bükülmüşdü. Əmək onları nəinki ucaltmışdı, əksinə, vaxtından əvvəl qocaltmışdı...

Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Ucarda təsərrüfatla məşğul olduğunu eşidəndə öz kəndimizin zəhmət adamlarını xatırladım. Məni qınamayın, Ziya müəllim kənddə yaşasa da, heç mal-qara saxlayan, əkin-biçinlə məşğul olan adama oxşamır. Mən zəhmətkeş insanı üzünün nurundan tanıyıram. Kənd adamının üzündən əzab-əziyyət yağar, yağ dammaz.

Əcəba, Ziya müəllimin arpa əkməyə, sünbül dərməyə ehtiyacı varmı? Nazir işlədiyi dövrdə dövlət büdcəsindən ən çox vəsait onun işlədiyi quruma ayrılırdı. Bəzən ayrılan vəsaitin həcmi 2 milyard dolları ötürdü. Necə işlədiyi isə hamıya məlumdur. Vaxtilə QHT sektorunda çalışdığım üçün təxminən 10 il Qubaya ayaq döydüm. Gözlərimin şahidiyəm: Məmmədov yoldaş payızda çəkdiyi yolu yazda sökürdü. Yolları sökə-sökə həm də büdcəni sökürdü...

Ziya Məmmədovun oğlu Anar Məmmədovun Direktorlar Şurasının sədri olduğu “Garant Holdinq”ə 17 şirkət daxildir. Azərbaycanda və xaricdə sahib olduqları mülklərin, restoranların, otellərin sayını isə özlərindən başqa heç kim bilmir. Siz bu qədər sərvəti olan adamın dolanmaq üçün arpa, buğda, yonca əkdiyinə inanırsınızmı? Doğrudanmı, Ziya müəllim qısır danaya, yumurtadan kəsilmiş beş-altı fərsiz toyuğa gözünü dikib?

Ziya Məmmədov mal-qara saxladığını xüsusi vurğulayır. Allah bərəkətini artırsın. Amma bizi sürüsündəki qoyunlarla dəyişik salmasın. Biz hərf tanıyan, yazıb-oxumağı bacaran adamlarıq. Təkcə burdakı deyil, ordakı şirkətlərin də adını bilirik...

Ağsaqqal, ölkə müharibədən yeni çıxıb. Daşı daş üstə qoymaq, qurub-yaratmaq lazımdır. Sən də əlini daşın altına qoy... (Seymur VERDİZADƏ-yenisabah)

XeberTv.info

Digər xəbərlər

Putin Qarabağ münaqişəsinin həllinin Rusiya üçün əhəmiyyətindən danışdı
Məhkəmə qərar verdi: Keçmiş MTN generalı 525 min dollar ödəməlidir - FOTO
Bu ərazilərimiz işğaldan azad edildi - RƏSMİ
Sabah bəzi yerlərdə temperatur 44 dərəcəyə çatacaq
Azərbaycanda bu sahələrin fəaliyyətinə icazə verildi - RƏSMİ
Şəhid ailələrindən çəkiliş üçün pul istəyən qadın danışdı - VİDEO
İçərişəhərdə partlayış olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB-2 - SİYAHI
İlham Əliyev Dövlət Agentliyinə dörd milyon manat ayırdı
Məktəblərdə kitabxana və idman zalları fəaliyyət göstərmiyəcək
Yeniyetmə atasını öldürüb zirzəmidə gizlətdi
“Mançester Siti” PSJ-yə qarşı
Düşmən təcavüzü nəticəsində Azərbaycanın verdiyi mülki itkilər açıqlandı
Ermənilər Xudavəngdə - RƏSMİ AÇIQLAMA - FOTOLAR
Prezidentdən yeni hakim təyinatları - SİYAHI
Bacısını qayçı ilə vuran şəxs cəzalandırıldı
Sevgilisi Ronaldonun saçını qırxdı - Video
Polşada III Avropa Oyunlarının açılış mərasimi başa çatıb -
Ötən il bu qədər tələbə borca görə ali məktəbdən qovulub
Ramil Şükürov da həbs edildi
Rusiyada vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqəsi ala biləcək
Xırdalanda məktəb direktorunun biznes şəbəkəsi – FOTO
Musabəyovla Naira Zöhrabyanın hansı fərqi var?
Rusiyada koronavirusu müalicə edən dərman preparatının klinik tədqiqatına başlanılıb
Dünyanın ilk dəvə oteli açıldı-
Təhsil Naziri: “Ölkədə təhsil müəssisələrində karantin yox, tətil elan olunub”
"Valideynlərin məktəbə yardım etməsinə mənfi tərəfdən baxmaq lazım deyil" - Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri
Mehriban Əliyeva uşaqları təbrik edib
Dünyanın ən varlı insanı Marsda məskunlaşmaq üçün bütün əmlakını satacaq
Bakıda saxta spirt hazırlayanlar tutulub - VİDEO
Bakı metrosunun rəhbər sarıdan bəxti gətirmir ki, gətirmir... - İTTİHAM
{sape_links}{sape_article}