Son dəqiqə
Kriminal
15-02-2021, 08:31
4 690
Göygöldə gənc oğlan intihar edib
Göygöl rayonunda intihar hadisəsi qeydə alınıb.
Hadisə rayonun Xaqani kəndində baş verib.
Belə ki, iyirmi altı yaşlı Elnur Məmmədov yaşadığı evin ərazisindəki yardımçı tikilidə özünü asaraq intihar edib.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.
XeberTv.info