Son dəqiqə
18-02-2021, 15:17
6 145

Prokurorluqdan iki milyon manat mənimsəməkdə təqsirləndirilən qadın direktorun həbsi ilə bağlı açıqlama

Prokurorluqdan iki milyon manat mənimsəməkdə təqsirləndirilən qadın direktorun həbsi ilə bağlı açıqlama


Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Yeganə Nağıyevanın, vətəndaşların iki milyon manatdan artıq məbləğdə pul vəsaitini ələ keçirməsi faktına görə həbs edilməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluqdan verilən məlumata görə, “Avangard Travel” MMC-nin direktoru vəzifəsində işləmiş Nağıyeva Yeganə Ələddin qızı və həmin şirkətin təsisçisi Nağıyev Ədalət Tağı oğlunun vəzifə səlahiyyətlərinin icrası zamanı qanun pozuntularına yol vermələri barədə Baş Prokurorluğa daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə qeyd olunan vəzifədə işləyərkən Yeganə Nağıyevanın əri Ədalət Nağıyev ilə birlikdə özlərini turizm sahəsində uzun müddət ərzində işləyən peşəkar şəxslər kimi təqdim edib birgə biznes fəaliyyəti quraraq yüksək gəlir əldə edəcəkləri barədə yalan vəd verilməsi yolu ilə ümumilikdə 14 şəxsə cəmi 2 milyon 435 min manat məbləğində ziyan vuraraq dələduzluq etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə qabaqcadan əlbir olaraq 2019-2020-ci illər ərzində ayrı-ayrı ölkələrə səyahət etmək üçün şirkətə müraciət edən ümumilikdə 65 vətəndaşı tur paketləri və aviabiletlərin guya adi və ​ güzəştli şərtlərlə satışının həyata keçirilməsi adı ilə aldadaraq həmin şəxslərin ümumilikdə 413 260 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Habelə, Yeganə Nağıyevanın Ədalət Nağıyev ilə birlikdə 2020-ci ilin iyun ayında xarici ölkədən mobil telefonlar alıb ölkə ərazisində sataraq birgə qazanc əldə edəcəkləri adı ilə vətəndaşdan 6 900 manat məbləğdə pul vəsaitini alıb öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək təkrarən dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında həmin şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4 (dələduzluq xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş, Yeganə Nağıyeva barəsində məhkəmənin qərarı ilə həbs, Ədalət Nağıyev barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

​Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

XeberTv.info

Digər xəbərlər

Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO
Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantində
DİM-dən imtahan verəcək şəxslərə MÜRACİƏT
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Azərbaycan Prezidenti: “Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır”
Halil Sezai saxlanıldı
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Adil Əliyev: Şərəf salnaməsi və Zəfər dastanı
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi
Ötən gün ölkədə heç kim vaksin olunmayıb
Milli Məclisin deputatı moldovalı biznesmenin qızını Bakıda evində gizlədir – VİDEO
Paşinyanın gizləndiyi yer məlum oldu
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
Gürcüstan Baş naziri istefa verdi
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
Daha 2 məktəb distant tədrisə keçdi
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Bu rayonlarda iki gün qaz olmayacaq
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq edildi - VİDEO
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
{sape_links}{sape_article}