Son dəqiqə
Şou / Mədəniyyət
19-02-2021, 12:07
5 076
Cahid Hüseynli Rusiyanın ən yaxşı sənətçisi seçildi
Jony ləqəbi ilə məşhurlaşan müğənni Cahid Hüseynli Rusiyanın ən yaxşı sənətçisi seçilib.
Rus musiqi sənayesinin nüfuzlu mütəxəssisləri və “Novoe” radio dinləyiciləri ifaçının lehinə seçim edib.
O, Dima Bilan, Maks Barskix, Tim Belorusskix və NILETTO-nu geridə qoymağı bacarıb.
Qeyd edək ki, Dima Bilan və Jony ilk turda eyni səs toplayıblar. Lakin sonradan vəziyyət dəyişməyə başlayıb.
Jony “Yeni Radio Mükafatları”nın qalibi seçilib və “ən yaxşı” statusunun sahibi olub.
XeberTv.info