Son dəqiqə
20-02-2021, 11:29
5 238

“Gömrük elə işləsin ki, ölkəmizi xaricilərə rüşvətxor və talançı yer kimi təqdim etməsin”

“Gömrük elə işləsin ki, ölkəmizi xaricilərə rüşvətxor və talançı yer kimi təqdim etməsin”


Ötən ilin sentyabrın 21-dən qüvvəyə minən qaydalar Dövlət Gömrük Komitəsinə qarşı etirazlara səbəb olmuşdu. Belə ki, qərara görə hər bir vətəndaşın özü ilə xaricdən rüsumsuz gətirə biləcəyi malın dəyəri 1500 dollardan 800 dollara, internetdən ala biləcəyi məhsulun dəyəri isə 1000 dollardan 300 dollara endirilib. Onu da deyək ki, bir nəfər ölkəyə bu qayda ilə sadəcə ayda bir dəfə mal idxal edə bilərdi.

Bu il isə əsasən, sadə vətəndaşlarla bərabər sahibkarlar da gömrük xidmətindən narazılıq edirlər. Onlar ölkəyə idxal etdiklərinin 2-3 qat artıq dəyərini gömrüyə verdiklərini, nəticədə isə iflas etdiklərini deyirlər. "Daha deyin ki, ölkəyə heç nə gətirməyin"- söyləyən sahibkarlar xaricdən gətirilən mallara gömrükdə ciddi maneələr, üstəlik, həddən çox "rüsum" tələb olunmasından narahatlıqlarını ifadə edirlər.

Bildirilir ki, tələb olunan qiymətlərdən dövlət rüsumunun xəbəri belə yoxdur.

XeberTv.info-nun məlumatına görə, mövzu barədə "Şərq"ə danışan iqtisadçı-ekspert Kazım Məmmədov isə deyir ki, belə olan halda sadə vətəndaşlarla bərabər həm iş adamları, həm dövlət, həm də ölkə iqtisadiyyatı uduzur:

"Hələ pandemiyanın ölkədə kəskin yayıldığı bir dönəmdə DGK ölkəyə rüsumsuz gətirilə bilən malların dəyərini təxminən ikiqat aşağı saldı. Bu qərar bir tərəfdən ona görə doğru idi ki, ölkəyə nə qədər az məhsul daxil olarsa, həmin karqoya bulaşıb gələ biləcək virus, eləcə də virusa yoluxma halları da minimum olardı.

Lakin hazırkı dönəmdə pandemiya ölkədə nəzarətə alınıb. Ölkəyə gətirilən hər məhsul dezinfeksiya edilir, insanlar vaksinasiya olunur. Bu halda dövlət sahibkarlara xüsusilə şərait yaratmalıdır ki, onlar şəxsi biznesləri də olsa ölkə iqtisadiyyatını inkişaf etdirsinlər.

Xüsusilə də postpandemiya dövrünə hazırlaşmaq, ölkənin pandemiya dövründə iqtisadi azalmalarını hazırkı dönəmlə balanslaşdırmaq üçün Gömrük Xidməti xərcləri minimuma endirməlidir, nəinki əlavə pul almaq".

İqtisadçı K.Məmmədov onu da dedi ki, ölkənin sərhədləri gömrüklərdən başlayır, əsas nəzarət ora edilməli, mütləq islahatlar aparılmalıdır:

"Gömrükdən tək Azərbaycan vətəndaşları yox, digər ölkələrin nümayəndələri də keçirlər. Gərək gömrük xidmətçiləri elə işləyə ki, Azərbaycan xalqının rifahını üstün tuta, ölkəmizi xarici vətəndaşlara rüşvətxor və talançı yer kimi təqdim etməyələr.

Çünki bir dəfə gələn xarici qonaq elə ölkənin girişindən bu tip hallarla qarşılaşsa, o çətin ki, ölkəyə ikinci dəfə gəlmək istəsin. Bu da turist axınına çox mənfi təsir edəcək. Bu minvalla ziyan yenə də ölkə iqtisadiyyatına dəyəcək".

Digər xəbərlər

Ərdoğan Azərbaycanla bağlı nazirləri toplayır
“Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” - Fotolar
Deputatla başçı əl-ələ verib... - GİLEY
"Azqranata” şirkətinin baş direktoru  istefa verib.
Rayonlara gediş-gəliş bərpa edilir? — AÇIQLAMA
Bu gün akademik Arif Paşayevin doğum günüdür
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
İlham Əliyev: “Mən hər gün özümə bu sualı verirəm”
“Space”ə yeni rəhbər təyin olundu - FOTO
İlham Əliyev Peru Respublikasının Prezidentini təbrik edib
Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”
Bakıda qadın dünya çempionuna adam oğurlatdı, işgəncə verdi -
Azərbaycanda avtomobil benzininin istehsalı AZALDI
Azərbaycanın Polşaya yeni səfir təyin edib
Vidadi İsayevin varis planı
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Prezident bu ASC-yə vəsait ayırdı - SƏRƏNCAM
Qəbələdə 18 yaşlı tələbə intihar etdi
Çingiz Əsədullayev niyə həbs olunmur?
Sülhməramlıların keşişinin separatçıların yürüşündə nə işi var?
Keçmiş millət vəkilinə cinayət işi açıldı
Deputat: “Azad edilmiş rayonlarda iş adamlarına vergi güzəşti edilməlidir”
Metroda ÖLÜM - Gənc oğaln relslərin üzərinə düşdü
Ərdoğan NATO sammitindən sonra Bakıya gələcək
Müdafiə nazirin kortejinə hücum olundu - ÖLƏNLƏR VAR
Prezident və xanımı başsağlığı verdi
Zakir Həsənov generalı işdən çıxardı - Yeni təyinat (FOTO)
Bakıda kran binanın üzərinə aşdı - VİDEO
Prezidentin köməkçisi: “Qondarma rejimin “müdafiə naziri” cəhənnəmə yola salınıb”
Qusar məhkəməsində qanunlar işləmir... - Prezidentə şikayət olundu
{sape_links}{sape_article}