Son dəqiqə
22-02-2021, 09:23
4 270

Erməni uşaqlarına hərbi düşərgələrdə vuruşmaq öyrədəcəklər

Erməni uşaqlarına hərbi düşərgələrdə vuruşmaq öyrədəcəklər


Şagirdlər hərbi-idman düşərgəsində 12 gün ərzində sıra təlimi və taktiki-fiziki hazırlıq keçməli, atəş açma qabiliyyətinə yiyiələnməli, ümumi hərbi nizamnaməni mənimsəməli, ilkin tibbi yardım göstərməyi, rabitə və telekommunikasiya sahəsində bilikləri öyrənməlidirlər.

Ermənistanın Elm, təhsil, mədəniyyət və idman nazirliyi 11-ci sinif şagirdlərinin hərbi-idman düşərgələrində ilkin hərbi hazırlıq keçmələrini nəzərdə tutan layihə hazırlayıb. Layihə e-draft.am portalında ictimai müzakirəyə çıxarılıb.

Bu məsələyə Sputnik Ermənistan məqalə həsr edib. Saytın yazdığına görə, nazirlik ilkin hərbi hazırlıq fənni çərçivəsində aşağıdakı yenilikləri nəzərdə tutur: şagirdlər hərbi-idman düşərgəsində 12 gün müddətində sıra təlimi və taktiki-fiziki hazırlıq keçməli, atəş açma qabiliyyətinə yiyiələnməli, ümumi hərbi nizamnaməni mənimsəməli, ilkin tibbi yardım göstərməyi, rabitə və telekommunikasiya sahəsində bilikləri öyrənməlidirlər.

Layihənin əsas məqsədinin hərb sənətinə marağın oyadılması, fövqəladə hallar zamanı müqavimət və effektiv davranış vərdişlərini aşılamaq olduğu deyilir. Düşərgə ştatı 56 nəfərdən, o cümlədən həkim, psixoloq, xoreoqraf, aşpaz, elektrik, növbətçi polisdən ibarət olmalıdır.

Ermənistanın təhsil üzrə eksperti Atom Mxitaryan layihəni təqdir edərək deyib ki, insan hər bir biliyi təcrübə ilə yanaşı daha yaxşı öyrənib tətbiq edir. Üstəlik, bunun ideoloji planda da vacibliyini vurğulayıb. Bunlara rəğmən, ekspertin fikrincə, layihə sadəcə ideyadan ibarətdir və arzularla dolu deklarasiyanı xatırladır.

Mxitaryan deyir ki, düşərgələrə oğlanlarla qızların birlikdə göndərilməsi yaxşı olsa da, 12 gün bəs eləmir. Bunun üçün də hərbi hazırlıq fənninin təcrübi hissəsinin hərbi tədris müəssisələrində keçirilməsini təklif edib – bu qayda ilə cəmiyyətlə ordu arasında bağ yaradıla bilər. Axı Ermənistanda valideynlər hərbi xidmətə inamsızlıqla yanaşır və uşaqlarını ordudan yayındırmaqdan ötrü hər yola əl atırlar. Ekspertin fikrincə, bu, xüsusi düşərgələrin yaradılması üçün çəkilməli olan xərci də azaldar. Üstəlik, o düşərgələrdə dərs demək üçün mütəxəssislər də lazımdır – həm çatışmaya bilər, həm də müəllimlərin də hazırlanması artıq xərcdir.

Qeyd edək ki, ictimaiyyət layihə barədə fikrini fevralın 25-dək izhar edə bilər.

XeberTv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu