Son dəqiqə
1-03-2021, 13:47
4 362

Əsgərlik müddətinin uzanacağı deyilən Riadla bağlı - AÇIQLAMA

Əsgərlik müddətinin uzanacağı deyilən Riadla bağlı - AÇIQLAMA


İkinci Qarabağ döyüşlərində iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Riad Xancanovun əsgərlik müddəti 6 ay da uzana bilər. Buna səbəb tələbənin Hərbi İdman Qurğuları fənnindən akademik borcunun olmasıdır. Yaranmış problemlə bağlı tələbənin anası Təbəssüm Xancanova məlumat yayıb.

XeberTv.info bildirir ki, bu barədə unikal.org-a danışan ananın sözlərinə görə, oğlu Riad Xancanov 2016-ci ildə APDU-nun İncəsənət və Fiziki Tərbiyə fakültəsinin Fiziki Tərbiyə və Gənclərin Çağırışa qədərki hazırlığı ixtisasına qəbul olub. Ötən ilin sentyabrında isə hərbi xidmətə yollanıb:

“Oğlumun dördüncü kursda oxuyarkən Hərbi İdman Qurğuları fənnindən bir akademik borcu yaranmışdı. Ötən il sentyabrın 25-i hərbi xidmətə gedib, İkinci Qarabağ döyüşündə vuruşub. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrud, Xocavənd və Şuşanın erməni işğalından azad olunması uğrunda döyüşlərdə iştirak edib. Mən oğlumun universitetdə akademik kəsrinin həll olunmasına kömək edilməsi üçün ADPU-nin rektoru Cəfər Cəfərova və təhsil naziri Emin Əmrullayevə dəfələrlə müraciət etmişəm. Mənə rədd cavabı verilib, bildirilib ki, oğlunuz hərbi xidmətini başa vurduqdan sonra araşdırarıq. Əgər bu məsələyə kömək olunmasa, oğlum bir il deyil, əlavə olaraq 6 ay da hərbi xidmətdə olacaq”.

“Qafqazinfo” problemlə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Sosial və humanitar məsələlər üzrə prorektorun köməkçisi Cavid Hüseynovla əlaqə saxlayıb. O bildrib ki, Riad Xancanova yalnız hərbi xidmətdən qayıtdıqdan sonra kömək edilə bilər, çünki indiki halda qanunvericilik buna imkan vermir:

“ADPU-nun tələbəsi Riad Xancanovun akademik borcu dördüncü deyil, ikinci kursda yaranıb. Hazırda hərbi xidmətdə olan tələbənin valideyni universitetə müraciət edib və ona izah olunub ki, akademik borcla bağlı tələbəyə hərbi xidmətdən qayıtdıqdan sonra köməklik etmək mümkündür. Bizim döyüşlərdə iştirak edən başqa tələbələrimiz də olub və onların hamısına hərbi xidmətdən qayıtdıqdan sonra yardım etmişik. Tələbə xidmətdə olarkən bunu düzəltmək mümkün deyil, qanunvericilik buna yol vermir. Bunu ancaq o halda etmək olar ki, saxta sənəd düzəldilsin. Məsələni onun valideyninə də izah etmişik və o da anlayışla qarşılayıb”.

Digər xəbərlər

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin edib
İlham Əliyev: “Mən hər gün özümə bu sualı verirəm”
Məktəb direktoru Vətən müharibəsində şəhid olub
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. (AÇIQLAMA)
Nazir əmr imzaladı: Azərbaycanda yeni peyvənd...
Bu ərazilərdə işıq olmayacaq
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verib
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
DƏHŞƏT! Azərbaycanlı yeniyetmə 10 yaşlı uşağı GÜLLƏLƏDİ
Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi
Murad Muradov vəfat etdi
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı
Gürcüstan Ermənistan ərazisinə hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoydu
MN: “Su-25 təyyarəmiz vurulmayıb”
İlham Əliyev Xocalıda - VİDEO
Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Kəlbəcərin Zar kəndinin görüntüləri
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı
Nemət Pənahlının avtomobilini cərimə meydançasına apardılar -
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Bizim dairəni şəxsi nəzarətinizə götürün"
Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTO - VIDEO
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
Stolbenberqin Kalininqradla bağlı Rusiyaya xəbərdarlığı