Son dəqiqə
10-03-2021, 18:11
5 160

“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”

“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”


Qobu qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri olan iki yeniyetmə qızın özlərini Lökbatan qəsəbəsində yerləşən 9-mərtəbəli yaşayış binalarından birindən ataraq intihar etməsi ictimaiyyəti sarsıtdı. Xəbər verildiyi kimi, həyatları faciəli sonluqla bitən 2005-ci il təvəllüdlü Səmədova Əfruz Rafiq qızı və 2004-cü il təvəllüdlü Quliyeva Mətanət Elşən qızı rəfiqə olublar. Onların özlərini binanın damından atmasının bəzi təfərrüatları məlum olub.

XeberTv.info bildirir ki, virtualaz.org-un əməkdaşları intihar hadisəsinin baş verdiyi əraziyə gedib şahidlərlə söhbətləşiblər.


“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”


Hadisənin baş verdiyi bina təxminən altı il əvvəl istifadəyə verilib. Bir-birinin yaxınlığında yerləşən doqquzmərtəbəli binaların giriş qapıları kodlaşdırılıb. Bina sakinlərinin dediklərinə görə, bəzi binaların lift şaxtalarının ətrafı dəmir barmaqlıqlarla hasarlanıb. İntiharın baş verdiyi blokda isə lift şaxtası açıq vəziyyətdə olub.

“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”


İntiharın baş verdiyi yer

“Bütün binaların girişində kameralar quraşdırılıb. Kamera görüntülərinə mən də baxdım. Həyəti süpürən xadimələrdən biri qapını açır, bloka daxil olur. Onun arxasınca qızlar qol-qola girib, söhbət edə-edə qapıdan içəri girirlər. Düz on iki dəqiqədən sonra isə intihar edirlər”- hazırda istintaq getdiyindən adını söyləmək istəməyən yaşlı bina sakini deyib. Əlavə edib ki, qızların yalnız birinin çantasında mobil telefon olub. Kamera qeydləri, qızların əşyaları polis əməkdaşları tərəfindən götürülüb.

Digər bina sakini isə deyib ki, qızların intihar üçün bu bloku seçməsi təsadüfə oxşamır. Çünki onlar diqqət çəkmədən binaya daxil olublar, doqquzuncu mərtəbəyə qədər qalxa biliblər. Əvvəlcə biri (16 yaşlı Mətanət Quliyevanı nəzərdə tutur-red.) yerə çırpılıb. Onun ardınca isə digəri özünü atıb.


“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”


“Qəfildən tappıltı səsi gəldi. Qız bu gördüyünüz yerə çırpıldı. Həmin vaxt həyətdə valideynlər azyaşlı, körpə uşaqlarını gəzdirirdilər. Hamı sanki birdən-birə şoka düşdü. Ardınca digər bir qız da yerə çarpıldı. Yerimizdəcə donub qalmışdıq. Heç birimiz bu qızları tanımırıq. Kim olduqlarını, niyə özlərini damdan atdıqlarını bilmirdik. Deyirlər ki, guya hündürlüyə çıxıb tik-tok üçün video çəkirmişlər. Amma telefon qızın çantasında qalmışdı. Sonradan dedilər ki, qızlardan biri dəftərinə “depressiyadayam” yazıbmış. Amma o qarışıqlıqda kim onların dəftər-kitabına baxdı, yazılanları necə oxudu bilmədim”,-sakin deyib.

Hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirilib. Həmin əraziyə kənar şəxslərin daxil olmaması tapşırılıb. Sakinlər onu da deyiblər ki, dünəndən hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir.


“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”



“Deyirlər ki, qızlardan biri intihar etmək istəyib, digəri ona mane olmağa çalışıb. Amma heç kim baş verənlərin səbəbini bilmir, çünki kamera görüntülərində diqqət çəkən heç nə yoxdur. Mən beş ilə yaxındır bu binada yaşayıram. Hələ bir dəfə də olsun binanın damına çıxmamışam. Qızlar həmin yeri açıq olduğunu haradan bilirmişlər? Bəlkə əvvəldən bu bloka gəliblər? Deyilənlərə görə, kamera görüntüləri qısa müddəti yaddaşda saxlayır”,-sakinlərdən biri söhbətində əlavə edib.

“Qəfildən tappıltı eşidildi, qızlar bax o gördüyünüz yerə çırpıldı...”


Qızlar bu blokdan içəri giriblər...

İntihar edən qızların ailəsini tanıyanlardan biri virtualaz.org-a açıqlamasında bildirib ki, hər iki yeniyetmə dərslərini yaxşı oxuyub, ali məktəbə birlikdə hazırlaşırblar. “Hər iki ailə Qobuda, qızların təhsil aldıqları məktəbin yaxınlığında yaşayır. Əfruz evin tək övladıdır, anası bağçada çalışır, heç kimlə problemi olmayan biridir. Əfruzun həm də yaxşı əl qabiliyyəti vardı, sinif yoldaşları arasında hörməti olub. Buna görə də baş verən hadisədən təkcə ailəsi deyil, onu tanıyan hər kəs, dostları, müəllimləri şoka düşüb. Mətanətin atası neft sahəsində çalışır, anası da işləyir, ailədə 3 uşaq böyüyüb. Yəni hər ikisinin maddi problemlərə, ya təhsilə görə intihar etmələri mümkün deyil”,-həmin mənbə bildirib.

İntihar edən yeniyetmələr bu gün torpağa tapşırılıb. Ailələri gərgin olduqlarından jurnalistlərlə görüşməkdən imtina ediblər, çəkiliş aparılmasına icazə verilməyib.

Digər xəbərlər

Moskvada azərbaycanlının öldürülmə anı - ANBAAN VİDEO
Yaponiyada yenidən rekord yoluxma qeydə alındı
Fransanın Mərakeşdəki baş konsulu intihar edib
Bağlanan banklardakı pullar nə vaxt qaytarılacaq?
Prezident Dövlət Komitəsinin əməkdaşlarını təltif etdi - SƏRƏNCAM
Lavrov Azərbaycan və Ermənistanın XİN rəhbərlərinə zəng etdi
Səlim Müslümovun yüksək vəzifə tutan qohumu işdən çıxarıldı - FOTO
Bədəndə yağları əridən meyvə
Azərbaycanda daha bir müəssisədə tibbi spirt istehsalına başlandı - FOTO
Vilyam Hacıyevin həbs müddəti uzadıldı
İlham Əliyev beynəlxalq tədbirdə çıxış edəcək
Rəqibin əsəbləri ilə oynadı: Komandasını dünya çempionatına daşıdı -
Ermənistan müxalifəti ümumermənistan tətili elan etdi
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
Neftin qiyməti artır
Nazirlikdən məktəblərin yenidən bağlanması ilə bağlı AÇIQLAMA
"Zirə" komandasında yeni təyinat olub
Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası- Təhsil naziri Əmrullayev və SDU-nin rektoru Hüseynov hara baxır ?
Məcburi köçkünlərə iş imkanı
İlham Əliyev iki nəfərə fəxri ad verdi -
Baş Prokurorluq ölən və yaralanan mülki vətəndaşların sayını açıqladı
Birinci sinfə qəbul prosesində tədris digər dildə aparılan bölmə üzrə müsahibələr təxirə salınıb
Levon Ter-Petrosyan: “Erməninin sonrakı ağlı” xəstəliyindən qurtulmaq lazımdır”
Son sutkada koronavirusdan sağalanların sayı, yoluxanların sayını iki qat üstələdi
General Rövşən Əkbərovun həbsinin şok səbəbi
Ərdoğan: "Türkiyə də Qarabağda Rusiya ilə eyni anlayış içərisində yer alacaq”
“Xocalı, Xocavənd, digər ərazilər də Azərbaycanın tam nəzarəti altına keçəcək”
Orqanizmin şəkər tələbatını qaydaya salmağa kömək edən ədviyyatlar
Azərbaycanda 200 məhkum azadlığa buraxıldı
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdı: 15 nəfər vəfat edib - FOTO
{sape_links}{sape_article}