Son dəqiqə
İdman / Manset
12-03-2021, 09:37
4 340
“Barselona” iki məşhur futbolçusunu sata bilər
İspaniyanın “Barselona” futbol klubunun rəhbərliyi yayda böyük dəyişikliklər həyata keçirə bilər.
Bu barədə “As” agentliyi xəbər yayıb.
Mənbəyə görə, klubun iki ulduzunun - braziliyalı Filipe Koutinyo və fransız Antuan Qrizmannın gələcəyi təhlükə altındadır.
Hər iki futbolçu klubdakı mövqeyindən razıdır. Ancaq rəhbərlik klubu gücləndirmək barədə qərar verərsə, adları qeyd olunan oyunçular transferlərə əlavə vəsait əldə etmək üçün satıla bilər.
XeberTv.info