Son dəqiqə
18-03-2021, 20:53
5 177

Sahibə Qafarova şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşdü

Sahibə Qafarova şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşdü


Milli Məclisin sədri Sahibə Qafarova deputat seçildiyi dairədən olan şəhid ailələri və Vətən müharibəsində yaralanan hərbçilərlə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, videokonfrans formatında keçirilən görüşdə sədr Sahibə Qafarova şəhid ailələrinin üzvlərinin və yaralı hərbçilərin müraciətlərini dinləyib.

Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən sədr deyib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı 44 günlük Vətən müharibəsi Zəfərlə başa çatıb, dövlətimizin ərazi bütövlüyü təmin olunub. Azərbaycan 30 il ərzində işğal altında qalan torpaqlarını geri qaytararaq ədaləti bərpa edib. Vətən müharibəsində Qələbəni şəhidlərimizin qanı hesabına qazandığımızı vurğulayan Sahibə Qafarova qeyd edib ki, şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayır və yaşayacaqdır. Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırıb və biz şəhidlərimizin ruhu qarşısında baş əyirik. Eyni zamanda, qazilərimizin döyüşlərdə böyük fədakarlıq, qəhrəmanlıqlar göstərdiyini deyən Milli Məclisin sədri bildirib ki, onlar öz sağlamlıqlarını Vətənimizin və torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə itiriblər.



Bu gün ölkəmizdə şəhid ailələrinin və döyüşlərdə sağlamlıqlarını itirmiş hərbçilərimizin dövlətin qayğısı ilə əhatə olunduqlarını söyləyən Sahibə Qafarova qeyd edib ki, onlara qayğı göstərmək prioritet vəzifədir və daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid ailələri və qazilərlə mütəmadi olaraq görüşlər keçirir, onları narahat edən məsələlər, problemlər həllini tapır.

Qeyd olunub ki, bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il şəhid ailələrinə və qazilərə 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzilin verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev tərəfindən cari ilin yanvarında imzalanan sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin ediləcək. Bundan başqa, müharibədə sağlamlığını itirmiş qazilərimizə indiyədək ümumilikdə 7200-ə yaxın minik avtomobili verilib, onların sağlamlıqlarının bərpası, müalicəsinin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülüb. Həmçinin minlərlə hərbçimiz fəxri adlar, dövlətimizin yüksək orden və medalları ilə təltif edilib.

Görüşdə çıxış edənlər də onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, yaralı hərbçilərin sağlamlıqlarının bərpası və bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən razılıqlarını bildirərək, yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə qaldırılan bir sıra məsələlərlə bağlı aidiyyəti icra orqanlarına müraciətlər ünvanlanıb, bir sıra məsələlər isə yerində həll olunub.

Digər xəbərlər

Həbib Nurməhəmmədov Maskı Zukerberqə qarşı hazırlaşdırmaqdan imtina edib
Sevindik Hətəmovun yüksələn karyerası - “karyer müdiri” kreslosundan uzanan bir yol...
Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
Eskalatorda biabırçılıq: Qadının ətəyinin altını telefona çəkdi - foto
G7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi - FOTO
KİV: Ermənistan müdafiə naziri istefa verib
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 2 nəfər yaralandı
Prezident İlham Əliyevin İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə görüşü olub -
Azərbaycanda koronavirusa daha 542 yeni yoluxma, 9 ölüm
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Naxçıvan istiqamətində düşmən PUA-sı məhv edildi
Azərbaycan tərəfinin hücum cəhdi olmayıb
Bələdiyyə sədrinə cinayət işi başlanıldı
Ukrayna artıq ABŞ-dan ən mükəmməl kəşfiyyat-zərbə PUA-nın ilk partiyasını aldı -
Bakıda ər arvadını moteldə qətlə yetirdi
Mərdəkanda yerləşən "Tandirloin" restoranında müştəriyə qarşı soyğunçuluq - Hər adama 30 manatlıq sifariş verməlisiz
DYP əhaliyə müraciət etdi: Terror və təxribatlar törədilməsi ehtimalı ilə bağlı...
MN-dən ermənilərin yaydığı video ilə bağlı AÇIQLAMA
Arda Turan koronavirusa yoluxub
Baş Nazir qərarı təsdiqlədi - Dərslər bu formada keçiriləcək
Azərbaycanda radikal partiya rəhbərləri 20 Yanvar hüzn izdihamını da siyasiləşdirməyə cəhd etdilər
Birinci MDB Oyunları başa çatıb
Türkiyədə benzin UCUZLAŞDI
Şəmkirdə “Aşura” mərasimi keçirmək istəyən şəxslər saxlanılıb
Xalq artisti Ramiz Əzizbəyli vəfat edib
“Polad Həşimovun məzarına gül qoymaq istəyirdi, özü də onun yanında dəfn olundu” - VİDEO
Əli Həsənov bu vəzifəsini də itirdi
Mərziyyə Ramazanova 123 saylı dövlət baxçasını özəlləşdirib?
Gələn il pensiya yaşı belə olacaq (CƏDVƏL)
{sape_links}{sape_article}