Son dəqiqə
31-03-2021, 17:17
4 488

“Bu il Şuşada “Xarı bülbül” festivalını keçirəcəyik” - Nazir

“Bu il Şuşada “Xarı bülbül” festivalını keçirəcəyik” - Nazir


“31 mart tarixində azərbaycanlılara qarşı törədilən soyqırım haqqında filmlərin çəkilməsi barədə planlarımız var. Həm 44 günlük müharibə, həm Xocalı qətliamı, Soyqırım haqqında və ümumiyyətlə tarixi kinoların çəkilməsi planlaşdırılır. Bildiyiniz kimi, bizim bu yaxınlarda Türkiyəyə səfərimiz olmuşdu və səfərimizdə də məhz bu fikirləri müzakirə etdik. Gələcəkdə həm Azərbaycan, həm də beynəlxalq səviyyədə bu filmlərlə həqiqətlərimizi dünyaya çatdıracağıq”.

Bu barədə mədəniyyət naziri Anar Kərimov Quba Soyqırımı Memorial Kompleksini ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.

Anar Kərimov Zəfər abidəsinin tikintisindən də bəhs edib: “Deyərdim ki, möhtəşəm bir kompleks və muzey olacaq. Dünyada, bəlkə də unikal bir yer olacaq. Yenə də məqsədimiz ondan ibarətdir ki, necə ki, bu Quba Memorial Kompleksi bizim üçün bir yaddaşdırsa, o Zəfər muzeyi də bizim üçün bir qürurdur”.

Mədəniyyət naziri qeyd edib ki, Şuşada “Xarı Bülbül” məqbərəsinin tikilməsi ilə bağlı işlər aparılır:

““Xarı bülbül” festivalının keçirilməsi də nəzərdə tutulur. Bu il Şuşada onu keçirəcəyik”.

A.Kərimov vurğulayıb ki, Molla Pənah Vaqifin məqbərəsi erməni vəhşiləri tərəfindən dağıdılıb:

“Məqbərənin 1982-ci ildə Ulu Öndər tərəfindən açılışı olub və çox gözəl bir memarlıq abidəsi idi. Təəssüflər olsun ki, erməni işğalı nəticəsində abidə demək olar ki, dağıdılıb. Artıq cənab Prezidentin sərəncamı ilə onun bərpasına başlanılır. Ümid edirəm ki, bu il yay aylarında o bitəcək və biz Molla Pənah Vaqifin poeziya günlərini Şuşada keçirəndə, həmin o abidə o vaxta hazır olacaq”.

Nazir ermənilər tərəfindən dağıdılmış dini abidələrin bərpasından da söhbət açıb: “Artıq bununla bağlı layihələndirmə prosesindəyik və birinci Ağdamdan başlayacağıq. Ağdamın açıq səmasında muzeyin də layihələndirilməsi prosesindəyik. Beynəlxalq ekspertləri də bu sahəyə cəlb eləmişik. Məqsədimiz ondan ibarətdir ki, açıq səmada olan bu muzeyi maksimum o səviyyədə təqdim edə bilək ki, insanlar bu dağıntıların miqyasını və erməni vəhşiliyini, xislətini həmin o abidələrdə görə bilsinlər”.

XəbərTv.info

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}