Son dəqiqə
18-11-2019, 11:59
962

Saakaşvili azərbaycanlılara çağırış etdi

Saakaşvili azərbaycanlılara çağırış etdi
Azərbaycan Respublikası Gürcüstan Respublikasının strateji tərəfdaşıdır. Bizim xalaqların dost, qardaş münasibətlərini heç bir təxribat poza bilməz.

Bu sözləri Musavat.com - a açıqlamasında Gürcüstanın eks-prezidenti Mixael Saakaşvili "arcakh24.info" saytının onun adından yaydığı xəbəri şərh edərkən bildirib.

Vahid Milli Hərəkat Partiyasından millət vəkili Azər Süleymanovun vasitəsilə fikirlərini çatdıran eks-prezident bildirib ki, baş verən təxribat xarici güclərin iki xalq arasında nifaq salması üçün mənasız cəhddir:

“Ermənistan saytı iddia edir ki, mən sosial şəbəkələrdə Naxçıvan və Kür-Araz ovalığında qədər ərazilərin Ermənistana verilməsi ilə bağlı fikir paylaşmışam. Bu, açıq dezinformasiyadır. Həm prezidentliyim dönəmində, həm də ondan sonra Qafqazdakı regional konfliktlərlə bağlı bir mövqeyim olub – sərhədlərin dəyişdirilməsi yolverilməzdir. Bu gün də bu mövqeyimdə qalıram. Qafqazdakı və yaxın coğrafiyalardakı konfliktlər haqqında bütün çıxışlarımda dəfələrlə bildirmişəm ki, onların real və ədalətli həlli Osetiya və Abxaziyanın Gürcüstana, Qarabağın Azərbaycana, Krımın Ukraynaya qaytarılmasından keçir”.

Gürcülərin və azərbaycanlıların tarixi dostluğundan danışan Saakaşvili bildirib ki, “Gürcü Arzusu” iqtidarına qarşı kütləvi etirazlar genişlənən günlərdə iki xalq arasında etnik narazılıq yaratmaq uğursuz cəhdlərdir:

“Bu informasiyalar Gürcüstan müxalifəti ilə Gürcüstanın türk əhalisi arasında etimadsızlıq mühiti yaradılmasına hesablanıb. Başqa heç bir səbəb tapmaq mümkün deyil. Ayrıca, Azərbaycan hakimiyyəti ilə bizim münasibətlərimizin sarsılmaz şəxsi dostluq səviyyəsində olduğunu hər kəs bilir. Prezident İlham Əliyev mənim qardaşımdır. Bir daha bəyan edirəm ki, gürcülər və azərbaycanlılar Qafqazda dostluğu tarix boyu sınanmış və hər dəfə də bu sınaqlardan mərdliklə çıxmış iki xalqdır. Gürcüstanda və Azərbaycan iqtidarda hansı qüvvənin təmsil olunmasından asılı olmayaraq hər iki dövlət müstəqilliyini bərpa edəndən sonra strateji müttəfiqlik kursunu qoruyub. Bu strategiyanın davam edəcəyinə heç kimin şübhəsi olmasın. Ona görə də azərbaycanlıları bu cür informasiya təxribatlarına uymamağa çağırıram”.

Digər xəbərlər

Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilir
Tanınmış futbolçu da koronavirusa yoluxdu
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
İlham Əliyevdən Ermənistanın faşist rəhbərliyinə XƏBƏRDARLIQ
Düşmən mövqelərində xaos: Hərbçilərin yaxınları yolu bağlayır, silahı yerə qoymağı tələb edirlər
Hadrut və Zəngilanda nə baş verir?
Şəhərin mərkəzində insanların gecə həyatına haram qatan "Bar2Kat" kulubuna dur deyən tapılacaqmı? -
Prezident bir qrup sahibkarı təltif etdi -
Türkiyə ordusu Suriyada onlarla terrorçunu məhv etdi
Məktəbə göndərilməyən şagirdlərə onlayn dərs keçiriləcək?
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
Əfqanıstanda Rusiya səfirliyinin avtomobili partladıldı
Prokurorluq dəhşətli hadisə ilə bağlı açıqlama yaydı
Deputatın oğlu da işdən çıxarıldı
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Keçmiş məhkum komendant postunda tapança ilə saxlanıldı
Bakıda iki bacını avtomobil vurdu
İstifadə olunmuş maskaları yığıb yenidən satırlar? - VİDEO
Rəqqasə Aygün Türkiyədə küçənin ortasında elə rəqs etdi ki... - VİDEO
Azərbaycan hərbçiləri “Efes-2022” təlimində -
Röya yenə məşhurları klipinə çəkdi
Adil Əliyev: “ABŞ diplomatiya tarixinin ən böyük səhvini etdi”
Azərbaycanda son sutkada koronavirusa 996 nəfər yoluxdu
Bakıda 6 tələbə qız kirayə mənzildə dəm qazından zəhərləndi
Cəfər Əliyev hərbi prokuror Xanlar Vəliyevin qardaşını ittiham etdi: “Hər şeyimi əlimdən aldı”
Abidələrin bərpası adıyla büdcəmiz dağıdılır
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda kişi arvadını amansızlıqla qətlə yetirdi
“Siyəzən Broyler”də yanğın oldu
Azercell-dən müəllimlərə dəstək!