Son dəqiqə
12-04-2021, 10:28
4 218

Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatı

Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatı


XeberTv.info Kulis.az-a istinadən aktyor Fikrət Məmmədov haqqında maraqlı faktları təqdim edir.

Fikrət Əli oğlu Məmmədov 1 yanvar 1956-cı ildə anadan olub. Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu olub. Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

Fikrət Məmmədovu kinostudiyada hər zaman "Fiko" deyə çağırıblar. O, "Axırıncı reys", "Bağlı qapı", "Bayquş gələndə", "Cin mikrorayonda", "Çarə", "Doğma sahillər", "Əlaqə", "Fəryad", "Fırıldaqçı", "Gözbağlıcı", "Gümüşgöl əfsanəsi", "Güzgü", "Hədiyyə", "İbrət dərsi" və başqa filmlərdə müxtəlif obrazlar canlandırıb. Aktyor "Fəryad" filmindəki Aşot obrazı ilə yaddaşlarda iz qoyub.

2014-cü ildə aktyorun ölüm xəbəri yayılır. Araşdırmalar zamanı məlum olur ki, o, "bomj" həyatı yaşayır. Verilişlərin birinə qonaq kimi dəvət olunan aktyor deyir: "Həyat yoldaşım məni evə buraxmır. Ev mənim adıma olsa da 15 ildir ki, küçələrdəyəm. Hər ikimizin günahı var. Evsiz olduğumdan köhnə evimizin yanında yerləşən parkda qalıram. İndi skamyada yatıram. Qonşular yemək verir. Qəzaya düşmüşəm. Çənəmi sındırmışam. Hər şey cəhənnəm, dişlərimi itirmişəm. Səhnəyə çıxmağa utanıram."

2018-ci ildə Fikrət Məmmədovun səhhətində ciddi problem yaranır. Hepatit virusuna yoluxan aktyor bir müddət 1 saylı Kliniki Tibbi Mərkəzdə ("Semaşko") müalicə olunur. Ancaq maddi durumu imkan vermədiyindən lazımi dərmanları ala bilmir və xəstəxanadan çıxmalı olur.

Aktyor son olaraq "Ol" teatrında tələbələri ilə birgə çalışmağa başlayıb. Lakin arzuladığı dəstəyi görmədiyindən fəaliyyətini dayandırmağa məcbur olur.

Fikrət Məmmədov "Ata ocağı", "Əks təsirlər" kimi seriallarda rol alsa da, sonradan bu dəvətlərin arası kəsilir. Qazancı kirayə puluna çatmadığı üçün aktyor bir ay paytaxtda fəaliyyət göstərən kompüter klublarından birində gecələməli olub.

Bronxial astma xəstəliyindən də əziyyət çəkən aktyor ötən gün 65 yaşında ömrünün son illərini yaşadığı Bilgəhdə yerləşən "Qocalar evi"ndə vəfat edib.


Müalicəyə pul tapmadı, arvadı evdən qovdu, parklarda gecələdi - Aktyorumuzun dəhşətli həyatı

Digər xəbərlər

İlham Əliyev Moskvada Paşinyanla görüşə bilər
Dünya bazarında neft ucuzlaşıb
ABŞ-da 12-ci adam koronavirusa yoluxub
Sakinlərin Şuşaya köçürüləcəyi tarix açıqlandı
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Bakıda avtomobil evakuatorla toqquşdu
Neft bahalaşıb
Xəbəri olmadan evinə 17 nəfər qeydiyyata düşüb
Şəkidə 23 yaşlı qadın intihar edib
Şuşada avtomobil qəzasında xəsarət alan hərbçi 13 gün sonra vəfat etdi
LƏNKƏRAN ŞƏHƏRİ İQTİSADİ İNKİŞAFIN  YENİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR
Azərbaycanda evdar qadınlara ŞAD XƏBƏR
Ermənistan prezidenti Rusiyaya getdi
İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırıldı – VİDEO
Bu, ən maraqlı parlament seçkisi kimi tarixə düşə bilər...
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
“Al Market”də ƏCAİB MƏNZƏRƏ... - XƏSTƏLİK MƏNBƏYİDİR...
Cəlilabaddakı olayda iştirak edənlərin cəzalandırılması əksəriyyətin tələbidir- VİDEO
Sabiq nazir müavininin həbs müddəti artırıldı
Düşmən növbəti itkilərini açıqladı
6 saylı notariusda pozulan qanunlar... - İDDİA
ABŞ-da fransız buldoq şəhər meri seçildi
Prezident xalqa müraciət edəcək
Son sutkada koronavirusdan 41 nəfər vəfat edib
Azərbaycanda daha 2293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Hərbçilərin maaşlarına əlavələr ediləcək
ANAMA cəbhəyanı rayonlarda mərmilər və silahlar aşkarladı - FOTOLAR
UEFA-dan Nurlan İbrahimova ömürlük qadağa
MN: Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid olub
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği bilindi
{sape_links}{sape_article}