Son dəqiqə
19-04-2021, 09:40
5 376

“Azərbaycanfilm”in ərazisi kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?

“Azərbaycanfilm”in ərazisi kimlərə icarəyə verilib ?- Pullar kimlərin cibinə gedir?


Milləti və dövləti milli mətbuatsız təsəvvür etmək olarmı?
Əlbəttə, yox. Eləcə də, milləti və dövləti KİNO-suz təsəvvür etmək olmur.


Azərbaycanın milli kinosunun tarixi 1898-ci ildən başlayır. Keçən əsrin əvvəllərində xarici şirkətlər Bakıda müxtəlif filmlər çəkiblər.
Sovet dövründə, yəni 1923-cü ildə Foto-Kino İdarəsi ilk film olan “Qız qalası”nı çəkib.

Sonralar adı “Azdövlətkino”, “Azərbaycanfilm” olan qurum 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyıb.
70 il ərzində “Azərbaycanfilm” həqiqətən də millətimizin tarixi, dahi şəxsiyyətlərimiz və cəmiyyətimizlə bağlı xeyli sayda maraqlı filmlər çəkib. Təkcə 1945-ci ildə çəkilən və dünyada məşhur olan “Arşın mal alan” filmini yada salmaq bəs edər. Sonralar “Ögey ana”, “Uzaq sahillərdə” kimi maraqlı filmlər çəkildi. Ümummilli lider Heydər Əliyevin himayədarlığı sayəsində “Azərbaycanfilm” kinostudiyasında “Babək”, “Nəsimi”, “Dədə Qorqud”, “Nizami” kimi xalqımızın tarixini əks etdirən iri miqyaslı filmlər yaradılmışdır.

Problemlər müstəqillik dönəmində başladı.
Təsəvvür edirsiniz, 1991-ci ildən sonra “Azərbaycanfilm” kinostudiyası çətin duruma düşdü. Dövlət kino istehsalına vəsait ayırmadı. Yalnız Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra kinomuz xilas oldu. Qarabağ uğrunda mübarizə ilə bağlı yeni filmlər çəkildi.

Cənab İlham Əliyev 2003-cü ildə Prezident seçiləndən sonra da kino sənətinə diqqət və qayğı daha da artdı, bu sahəyə xeyli maliyyə vəsaiti ayrıldı. Ancaq “Azərbaycanfilm” kinostudiyasına təyin olunan rəhbər şəxslər qurumda monopoliya yaratmağa, yaradıcı adamlara deyil, qohumlara üstünlük verməyə başladılar.
Təsəvvür edirsiniz qısa bir zaman ərzində Kinostudiyada tez-tez rəhbər şəxslər dəyişirdi.

Son illərin təyinatına baxaq:
Cəmil Quliyev - 2019-2020-ci illər
Nazim Hüseynov – 2020- ci il
Fariz Məmmədov - 2020-ci ildən.
Yəni hər il, hətta 1 ildə 2 dəfə Kinostudiyanın rəhbərliyi dəyişirdi.
Bütün bunlara görə, keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayev də məsuliyyət daşıyır. Kinoya ayrılan dövlət vəsaitinin çoxunu Əbülfəz Qarayev mənimsəyib.

İndi isə konkret olaraq Kinostudiyada baş verənlərə keçək.
Kinostudiyanın ərazisi demək olar ki, zəbt olunub.Məlumdur ki, həmin ərazidə kino pavilyon olub. Kino çəkilən yerdə kənar nəsə olmamalıdır. Ancaq hazırda Kinostudiyanın ərazisi bazarı, “tolkuçka”nı xatırladır. Ərazidə “Ləvəngi” restoranı, avtoservislər, müxtəlif obyektlər və daha nələr. Kinostudiyanın ərazisi demək olar ki, tamamilə kimlərəsə icarəyə verilib. Və dövlətə məxsus studiyanın ərazisindən kimlərsə milyonlar qazanır. Bunun milli kinomuzun inkişafına nə dəxli var ?
Bəlkə bu pulun az da olsa bir hissəsi kinoya sərf olunur. Əsla, yox.
İcarəyə verilən sahələr rəsmi müqavilədə elə xırda məbləğdə göstərilir ki, adamın yox ee, bişmiş toyuğun gülməyi gəlir. Görəsən, bütün bunları Mədəniyyət Nazirliyi, iqtisadiyyat Nazirliyi, Vergi Xidməti görmür ?

Niyə, bu boyda Kinostudiya millətimizin Xocalı faciəsi ilə bağlı maraqlı bir film çəkib dünyaya nümayiş etdirə bilmir ?
Amma əvəzində şəxsi-özəl prodakşnlar kinostudiyaya məxsus pavilyonda klip çəkdirmək üçün kifayət qədər maliyyə vəsaiti ödəyirlər və çəkilən kliplərdən pul qazanırlar. Bəs dövlətin ayırdığı milyonlar hara gedir ?
Görəsən, yeni mədəniyyət nazirimiz Anar Kərimov və Kinostudiyanın direktoru Fariz Əhmədov bu barədə nə düşünür?
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.//gundelik-baku.com//

XeberTv.info

Digər xəbərlər

Hacıbala Abutalıbova da növbə çatdı
Prezident: "Şuşada erməni əhalisi demək olar ki, yox idi"
Məşhur şahmatçı seçki ilə bağlı İlham Əliyevə müraciət etdi - FOTO
İcra başçısı qudası ilə birgə OĞUZU QARƏT EDİR...
Ziyad Səmədzadə seçki qanununu vecinə almır
Son sutkada vaksin olunanların sayı açıqlandı
SOCAR-a məxsus torpaqlar vətəndaşlara necə satılır?
13 saylı cəzaçəkmə müsəssəsində dözülməz durum yaranıb
Yoluxanların sayı yenidən artdı
Azərbaycanda federasiya vitse-prezidentinin istefası ilə bağlı RƏSMİ AÇIQLAMA
I sinfə qəbul üçün məktəb seçiminə start verilir
Ermənistan kişilərinə ölkəni tərk etmək qadağan edildi
“Qarabağ” pley-offda bu cütün qalibi ilə qarşılaşacaq
Azərbaycanda koronavirusa yoluxmuş 3749 nəfərdən 2340-ı sağalıb, 44 nəfər vəfat edib
Daha 3 rayon qazlaşdırılacaq
Kəmaləddin Heydərovun oğlundan bu kluba milyonluq jest
Deputat Könül Nurullayevaya töhmət verildi
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Benzinin qiymətinin ucuzlaşması ilə bağlı SOCAR-dan açıqlama
Karantin postunu qırıb keçən Milli Məclisin işçisi imiş
İcra başçısının Prezidentə dedikləri yalan çıxdı – VİDEO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
 Sumqayıtda “yoxa çıxan” 13 milyon, Mehdiyevin vədi və Zakir Fərəcovun borc skandalı
Paşinyan Qarabağın qaytarılması mövzusunda olan suala cavab verməkdən çəkindi
Ölülərin fotoşəkillərini evdə saxlamayın, yoxsa...
Rusiya XİN: “Moskvadakı görüşdən sonra ümidlərimiz doğrulmadı”
Təhsil naziri İslam Universiteti məzunlarının diplom ala bilməməsindən danışdı
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Ukrayna Prezident Aparatı: “Zelenski Putinlə danışıqlar masasına oturmağa hazırdır”
Bakı bulvarında intihara cəhd
{sape_links}{sape_article}