Son dəqiqə
19-04-2021, 15:15
4 403

Binəqədi “Daş bazarı”nda çörək daşdan çıxmır… - Milyonlar qazanan bazar vergidən yayınır?

Binəqədi “Daş bazarı”nda çörək daşdan çıxmır… - Milyonlar qazanan bazar vergidən yayınır?


Hərənin çörəyi bir yerdən çıxır. Babalarımız çətinliklə qazanılan çörək haqqında deyiblər ki, çörəyi daşdan çıxır.

Amma vallahi, daş karxanalarının, daş bazarlarının sahiblərinin, qum-çınqıl satanların çörəyi daşdan-zaddan çıxmır. Maşallah, daşdan, qumdan milyonlar qazanırlar.

Ancaq təbiətimizə və büdcəmizə külli miqdarda ziyan vururlar.

Konkret olaraq belə bazarlardan biri, Binəqədi rayonu ərazisindən yerləşən məşhur “Daş bazarı”ndan bəhs etmək istəyirik.

Bazarın adı “Daş bazarı” olsa da burada hər şey satılır: mişar daşları, təbii çay daşları, qum-çınqıl, sement, dəmir materiallar, armaturlar, yəni tikintidə lazım olan hər şeyi burada tapmaq olar.

Ancaq bu tikinti materiallarının keyfiyyəti və insan orqanizmi üçün zərəri və digər məsələlər nəzarətdən kənardır.

Sovet dövründə tikinti materiallarını öyrənən institutlar var idi. Məsələn, Elmi-tədqiqat İnşaat Materialları institutu. Yəni burada daşın, qumun, sementin, şiferin, əhəngin yaşayış evi üçün yararlı olub-olmadığı öyrənilirdi. Və nəticədən asılı olaraq daş karxanalarına icazə verilirdi. Amma bu gün kimin pulu varsa, daş karxanası açır, qum-çınqıl satır, çayların təbii yatağını dağıdırlar. Əslində bu məsələdə Ekologiya Nazirliyi də məsuliyyət daşıyır. Sabiq ekonazir Hüseynqulu Bağırov bu daş karxanalarından milyonlar qazanıb. Sonra daş karxanaları hansı rayonun ərazisində yerləşirsə, mütləq icra başçısına, polis rəisinə, prokurora “aylıq” verməlidirlər. İndiki ekonazir Muxtar Babayev də bu problemlərə qarışmır, ağzına su alıb susur.

Qanunsuz işləyən bu daş karxanalarının, qum-çınqıl sexlərinin məhsulları Bakıdakı bazarlarda, daha çox Binəqədidəki “Daş bazarı”nda satılır. Yəni sözümüzün canı odur ki, daş, qum, çınqıl “Daş bazarı”na gələnə qədər yüz əldən keçir, həmin daşdan bütün məmurlar rüşvət alır və nəticədə 1 ədəd daşın qiyməti 1 ədəd çörəyin qiymətinə çatır. Ona görə də hazırda “Daş bazarı”nda qiymətlər ceyran belinə qalxıb.

Hətta gundelik-baku.com saytına daxil olan məlumata görə, “Daş bazarları”nın sahibləri eşidib ki, azad olunmuş rayonlarımızda güclü tikintilər başlayıb, ona görə də tikinti materiallarının qiymətlərini süni qaldırırlar. Bu ən azı vicdansızlıq və kəmfürsətcilikdir. Yəni azad olunmuş rayonlarımızdakı tikintilərə kömək etmək əvəzinə milyonlar qazanmaq istəyirlər.

Digər tərəfdən bu daş bazarları, o cümlədən Binəqədi “Daş bazarı” vergidən yayınırlar. Hər gün bu bazarda böyük məbləğdə alver gedir, bunlar vergini necə ödəyirlər?

İqtisadiyyat nazirliyi, Vergilər Xidməti niyə bu məsələlərlə maraqlanmır?

Bazarda çalışan işçilərin əmək müqaviləsi varmı ?

Bir sözlə, tikinti-inşaat materialalrı bazarı problemlər içərisindədir.

XəbərTv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"