Son dəqiqə
23-04-2021, 17:39
5 450

Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə

Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə


Sabirabad rayonunda COVID-19 virusuna yoluxan xəstənin qohumundan rüşvət alan şöbə müdiri saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVİD-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib.

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

XəbərTv.info

Digər xəbərlər

Küveyt mediasında Qərbi Azərbaycan həqiqətlərindən bəhs olunub
Zəfərin 100 günü: Növbədə Böyük qayıdışdır
Bakıda yeni tikilmiş obyekt yanır
Sülhməramlılardan ibarət 9 təyyarə Qarabağa uçub
Rusiyanın Ukraynada törətdiyi hərbi cinayətlər -
Yeni Azərbaycan Partiyasının qərarı: Milli Məclisi buraxmaq lazımdır
Sumqayıt İcra Hakimiyyətindən 65 minlik şübhəli müqavilə - Niyə bu şirkət?
"Övladlarınızı səhnəyə buraxmayın" - Floradan sərt sözlər
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
DTX və DİN-in terror xəbərdarlığı: düşmən içimizə necə sıza bilər? - GƏLİŞMƏ
Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü
Liviyaya qarşı sanksiyaların müddəti uzadıldı
Hikmət Həsənova ağır itki üz verdi
Karantin rejimi qaydalarından sui-istifadə edən şəxs saxlanıldı - Video
Azərbaycanda bir gündə iki nəfər koronavirusdan öldü
Gəncədə dostu ilə birgə anasını döyüb pul tələb edən şəxs saxlanıldı
DİN rayondan gələnlərin rüşvət müqabilində Bakıya buraxılması haqda
İlham Əliyev büdcə təşkilatlarında işləyənlərin və təhsil işçilərinin maaşlarını artırdı
Ermənistanda daha bir dələduzluq - İtkin əsgərin atasından 15 min istədi
Ölkəmizdə son sutkada koronavirusdan 25 nəfər vəfat edib
Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
İlham Əliyev: “Daha altı kənd işğaldan azad edildi”
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - TAM MƏTN
Düşmənin minaatanlarının Göyarxdakı atış nöqtələrinə zərbələr endirildi - Video
Şəhriyar Məmmədyarov Aronyanla cavab görüşünə çıxır
Ohanyan Ermənistandan qaçdı
İlham Əliyev Ərdoğana zəng etdi: “Dost və qardaş Türkiyənin yanındayıq”
Qaradağ rayon icra başçısının mülklərinin siyahısı yayımlandı (FOTO)
Beynəlxalq və ölkədaxili uçuşlara bu şərtlərlə icazə veriləcək
Peyvənd olunanların sayı açıqlanıb
{sape_links}{sape_article}