Son dəqiqə
Cəmiyyət / Manset
24-04-2021, 09:05
6 868
Deputat Ülvi Quliyev indi də komitə sədri olmaq istəyir- Susmağı sevən deputatın biznesi Avropanı fəth edir
İnsanın arzusu-istəyi-həvəsi bitib tükənmək bilmir. Bu insanın təbiətindən irəli gəlir. Amma insan da nəyin hara qədər mümkün olduğunu başa düşməlidir. Yoxsa qazandıqlarını da əlindən verə bilər.
Dediklərimiz bu yazının qəhrəmanı deputat, biznesmen Ülvi Quliyevə də aiddir.
Ülvi Quliyev bir insanın özünü realizə etməsi üçün lazım olan çox şeyi əldə edib. Amma yenə durmaq, dayanmaq istəmir.
Bu adam qısa vaxtda aptekdə dərman satmaqdan, aptek müdirinə, adi aptek müdirindən, Dövlət Gömrük Komitəsinin Qaçaqmalçılıq Baş İdarəsində Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə şöbəsinin rəisi vəzifəsinədək yol keçib, polkovnikdir. General olmağına az qalıb.
Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir, Azərbaycan Respublikasının "Əməkdar İdman ustası", Azərbaycan Respublikasının "Əməkdar Məşqçisi"dir.
Və günün birində cənab aptek müdiri, polkovnik Nəsimidən deputat olur. Ülvi Quliyev bunu belə əsasıandırır: “ Mən Nəsimi rayonunda orta məktəbi bitirmişəm”.
Cənab Quliyev ! Nəsiimi rayonu ərazisində 10 minlərlə şəxs orta məktəbi bitirib. Bu deputat olmaq üçün əsas deyil, ay Ülvi müəllim.
Yaxşı, zəlzələdən, ya vəlvələdən deputat oldun.
Səni cəmiyyətimiz susan deputatlardan hesab edir. Əlbəttə, biz demirik ki, bəzi deputatlar kimi nədən gəldi danış. Amma axı siz deputatsınız və susmaq həmişə qızıl deyil.
Amma siz öz susmağınıza az qala fəlsəfi don geydirirsiniz. Deyirsiniz ki, mən susmağı sevirəm, nə bilim, mən seçicilərimin sevincinə, kədərinə şərik oluram.
Cənab deputat ! Sizin 1-ci işiniz parlamentdə danışmaqdır. Toylarda, vaylarda iştirak isə tam fərqli məsələdir.
Yaxşı, deputat da oldun, hətta müxtəlif dairələrdən. Yenə dayanmaq istəmirsən. Yazılanlara görə, Nərimanovun icra başçısı olmaq istəyirsən. Hətta deyilənə görə, dostların yanında giley-güzar edirsən ki, nazirlər, komitə sədrləri məndən artıqdır?
Cənab deputat ! Biznesinin coğrafiyası Avropanı fəth edib. Müharibədə iştirak etməyən gənc oğlun Orxan Quluzadə Londonda mülklərə sahibdir. Britaniya krallığında 5 mülkə sahibdir:
1.LONDON, SQUİRES LANE 124 (565 min funt sterlinq)
2.LONDON, SELLİNCOURT ROAD 149 (425 min funt sterlinq)
3.LONDON, SELLİNCOURT ROAD 151 (500 min funt sterlinq)
4.LONDON yaxınlığında BARNET, MAYS LANE 20 (750 min funt sterlinq).
Və sonuncu mülk
5.Londonda 600 min funt sterlinq..
Cəmi 6 milyon…
20 yaşlı gənc 6 milyonu necə qazandı, Ülvi Quliyev ?
Əlbəttə, o boyda pul 20 yaşlı gəncin pulu deyil, Ülvi Quliyevin qazandıqlarının cüzi bir hissəsidir.
Əlbəttə, deyə bilərsiniz ki, Rusiyadakı biznesiniz nə sizin, nə də oğlunuzun adına deyil, Aynur xanımın adınadır.
Əlbəttə, çox şey deyə bilərsiniz, cənab deputat, çox şey. Amma. Bəli, indi susmağınızın yeri var. Susun, cənab deputat, vətən sevgisindən-zaddan danışmayın. Başınızı aşağı salın, işinizi görün.(gündəlik-bakı)
XeberTv.info