Son dəqiqə
28-04-2021, 11:30
2888

Tanınmış həkim od püskürdü: Sertifikat imtahanları Azərbaycanda necə keçirilir?

Tanınmış həkim od püskürdü: Sertifikat imtahanları Azərbaycanda necə keçirilir?


"Davamlı Tibbi Təhsil məsələsini də elə azərbaycansayağı həll etməyə başladıq".

Bu sözləri tanınmış həkim Qalib Əsədov Azərbaycanda həkimlərin sertifikasiyası prosesini şərh edərkən deyib.

Onun sözlərinə, Həkimləri Təkmilləşdirmə İnstitutu sözün hər mənasında hələ 60-cı ildədir:

"Bir neçə il bundan əvvəl Səhiyyə Nazirliyi Davamlı Tibbi Təhsil haqqında olduqca mühüm sənəd hazırladı. Əslində tam doğru qərar idi və özünü həkim adlandıran kəs, daim yenilikləri oxumalı, tibb elmində baş verən dəyişikliklərdən xəbər tutmalı və müalicədə tətbiq etməlidir. Yeri gəlmişkən, onu da deyim ki, Davamlı Tibbi Təhsil tək bizdə yox, demək olar ki, bütün ölkələrdə tətbiq olunur. Amma necə? Həkim il ərzində müəyyən saat həcmində elmi konfranslarda, seminarlarda iştirak etməlidir. Əgər 5 il ərzində konfransda iştirak etməyibsə, eyni zamanda həkimlik fəaliyyəti ilə məşğul olmayıbsa, ancaq və ancaq, bu zaman imtahan verməlidir.

Bəz bizdə? Davamlı Tibbi Təhsil məsələsini də elə azərbaycansayağı həll etməyə başladıq. Sovetlərdən qalan bir Həkimləri Təkmilləşdirmə İnstitutu var. Doğrudur, mən özüm də sovetlərdən qalmışam. Amma mən heç olmasa 3-4 ildən bir xaricə gedirəm, yeni materialları öyrənirəm, dünyada baş verən tibbi hadisələrlə maraqlanıram. Bu institutda isə sözün hər mənasında hələ 60-cı ildir. Və biz həkimləri məcbur edirlər ki, hər il o İnstituta filan qədər pul ödəyək ki, "kredit" adlandırdıqları bal versinlər. Kredit olmasa, sertifikat imtahanına buraxılmayacağıq. Sertifikat imtahanının suallarını kim tərtib edib, bilmirəm, amma tam əminəm ki, 1950-ci illərin rus kitablarından tərcümə əsasında yaradılmış, olduqca primitiv və indi elmi təsdiqini tapmayan suallar. Təsəvvür edin, Beynəlxalq nüfuzlu elmi praktik konfransda iştirak edirsən, kredit yoxdur, amma Həkimləri Təkmilləşdirmə İnstitunun Balansına pul keçirirsən - 60 kredit hazırdır. Bunun nəyi Davamlı Tibbi Təhsil oldu?

Sertifikat imtahanları da həmçinin. Hər 5 ildən bir pul keçirib, müalicədə heç bir rolu olmayan, ücüncü kursda tələbə vaxtı keçdiyimiz suallara cavab verməliyik. Yeri gəlmişkən, suallar da, cavablar da əvvəlcədən var və "almaq" olur. Sadəcə yaxşı əzbərçilik lazımdır.

Belə olmaz cənablar! Ətrafda XXİ əsrdir! İnsanlar Səhiyyə sisteminin indiki durumundan narazıdır və haqları da var. Məqsəd yaxşı həkim kadrları hazırlamaqdırsa, lütfən heç uzağa getmək lazım deyil, qardaş Türkiyənin təcrübəsini tətbiq edin..."

XəbərTv.info

Digər xəbərlər

Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Cahangir Əsgərova heç kimin gücü çatmır - deputatdan BƏYANAT
Qurban Qurbanovun səhhətində problem yaranıb
Sənubər İsgəndərli Operativ Qərargahın bu qərarına etiraz etdi
Türkiyəli deputat: "Ən qısa zamanda əsgərlərimiz Qarabağda olacaqlar”.
Bakıda restoranda toy edənlər saxlanıldı - VİDEO
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan iki erməni hərbçisini beynəlxalq axtarışa verdi
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Bu dairədə toqquşan milyonçu oğlu və məmur oğlu geri çəkildi - İLGİNC GƏLİŞMƏ
Bazarda saxta brendlər: Yağ adına nə alırıq?
Çingiz Əsgərov Ali Məhkəmənin sədr müavini təyin edildi
190 manata görə qeydiyyatdan keçənlərin nəzərinə - VİDEO
Marketə oğurluğa girdi, sahibi ilə qarşılaşdı - Əlbəyaxa davanın videosu
Ərdoğan ABŞ-ı terrorçuları dəstəkləməkdə ittiham etdi
Fazil Məmmədovun köməkçisi beynəlxalq axtarışa verildi
Düşmənin çoxlu sayda hərbi texnikası məhv edildi - SİYAHI
“Space”ə yeni rəhbər təyin olundu - FOTO
“Hər gün uşaq dərsə gedəndə məktəb uçacaq deyə qorxuruq” - Fotolar
“Ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir”
Neftin qiyməti cüzi azalıb
Gülbahar Şükürlünün vəziyyəti pisləşdi - Heç kimi tanımır
İran hərbi bazasının partlayışdan sonrakı görüntüləri yayıldı
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Gürcüstandan Azərbaycana gizli yolla tibbi ləvazimatlar gətirən şəxs saxlanılıb
Parlament qələbə münasibətilə orden və medalların təsis olunması barədə layihəni II oxunuşda qəbul etdi
Mehriban Əliyeva Cəbrayıla edilən səfərdən video paylaşdı
Erməni təcavüzü nəticəsində ziyan dəymiş 6 mindən çox ailəyə yardım ediləcək
Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ
Yaralı qazilərdən etiraz: “Bizi xəstəxanadan çıxarmaq istəyirlər”
{sape_links}{sape_article}