Son dəqiqə
5-05-2021, 09:08
24269

Fikrət Qoca vəfat etdi

Fikrət Qoca vəfat etdi


Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca vəfat edib.

Fikrət Qoca 85 yaşında dünyasını dəyişib.

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza "Report"a faktı təsdiq edib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilir. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktoru idi. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

1990-cı illərdə yazdığı "Oddan keçənlər", "İnsan səviyyəsi", "Adi həqiqətlər" və s. poemalarında Azərbaycanda gedən azadlıq mübarizəsindən bəhs olunur. Onun bir sıra nəsr əsərləri də var. "Ölüm ayrılıq deyil" (1990), "Hələlik, - qiyamətədək" (2000) povestlərində 1990-cı ilin 20 Yanvar hadisələri əksini tapıb.

Mixail Lermontov, Taras Şevçenko, Eduard Mejelaytis, İ.Volker, X.Risal, İ.Taufer və başqalarından tərcümələri var. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Gənclərin qəhrəmanlıq və fədakarlığından bəhs edən "Təkərlər geri fırlanır", "Yaralı çiçəklər" və "Rəssam düşünür" poemalarına görə 1968-cı ildə Azərbaycan komsomolu mükafatına, 1990-cı illər yaradıcılığına görə "Humay" mükafatına (1998) layiq görülüb. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.

XəbərTv.info

Digər xəbərlər

Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır
Bakı üzrə ən çox yoluxma bu rayondadır
"Bu vətəndən Astaranın icra başçısına nə?.." - GİLEY
Təhsil naziri yaz imtahan sessiyası ilə bağlı əmr imzaladı
Prezident İlham Əliyevin xalqa müraciəti - TAM MƏTN
Səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasının plenar iclasında çıxış edib
 “İcbari tibbi sığortam olsa da, məndən pul istədilər” -VİDEO
“Şərurlu İsfəndiyar” dul qadının mənzilinə göz dikib, fırıldaq yoluyla ələ keçirir
Müslüm Maqomayevin heykəlinin hazırlanmasına başlanılıb
Bu gün Prezident İlham Əliyevin doğum günüdür
Türkiyə Azərbaycana mina təmizləyən maşınlar göndərdi - FOTOLAR
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
İlham Əliyev Estoniya parlamentinin sədrini qəbul etdi
Sabah 38 dərəcə isti olacaq
Əli Kərimlinin daha bir cangüdəni həbs olundu
Gəncə şəhəri növbəti dəfə atəşə tutulur
Düşmən Göygölü atəşə tutdu: Meşədə yanğın başladı
Bu gündən səfərbərliklə çağırılan hərbçilərin tərxisinə başlanılıb - SƏRƏNCAM
Ölkəmizdə son sutkada koronavirusdan 22 nəfər vəfat edib
Azərbaycan millisində oynamış futbolçu Ermənistan klubunda
Şamaxıdan qayıdan müəllim və şagirdlər ağır qəzaya düşdü -
DİM abituriyentlərə xəbərdarlıq edib
Ölkədə yüzminlərlə abonent su sayğacı ilə təmin edilməyib
Qarabağ Qazisi “İstisu”dakı rəzalətdən danışdı
İlham Əliyev: "Ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur"
Bakıda 3 gün 3 gecə davam edən 5 milyon dollarlıq toy - VİDEO
Sabahdan bu şəxslərin vaksinasiyasına başlanılır
"Sədərək" Yusifin əli Mingəçevirə qədər UZANIRMIŞ... - VİDEO
İranda polis məntəqələrinə hücum olub, ölənlər var
İlham Əliyev Moskvaya getdi
{sape_links}{sape_article}