Son dəqiqə
7-05-2021, 18:07
1423

Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA

Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA


Demək olar ki, bütün eks nazirlərin, yüksək vəzifəlilərin Xızıda villası var. Onların bəziləri Abel Məhərrəmovla Ramiz Mehdiyev kimi hasar qonşularıdır.

İstefaya göndərilən məmurlar bu günlərdə Xızıda “konsey” təşkil ediblər.

Görüşə Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla yanaşı, baş nazirin eks müavini, “Qaçqınkom” kimi tanınan Əli Həsənov da qatılıb.

Kreslosundan ayrı düşən digər Əli də (Əli Abbasov) adaş və həmqismətlərinin müzakirələrinə qoşulub. Sadalanan “Əli”lərin bir yerə toplaşmağı heç kəsdə təəccüb yaratmasa da, görüşdə Əli İnsanovun da olması müzakirələrin ən maraqlı tərəfidir. Bir vaxtlar hansısa yollarla hakimiyyətə gəlməyə çalışan Əli İnsanov həbsxanadan “mujik” kimi çıxandan sonra Haqq Ədalət Partiyası yaratdı və Prezidentliyə iddiasını bir daha ortaya qoydu. HƏP liderini müzakirələrə dəvət edənlər isə, 2005-ci ildə sevincək halda onu zindana yola salanlardır. Eks Səhiyyə naziri də bunları bilir. Deməli, “Xızı görüşü”ndə İnsanova cəlbedici görünən təkliflər, yaxud planlar var.

Əldə etdiyimiz digər informasiyaya görə, isə Əli Həsənov ötən ay hüquq mühafizə orqanlarının zirzəmisini görüb və dindirilib. Bu sual-cavabdan sonra bəzi “Kaspianin”lər Əli Həsənovun “5-ci kalon”a soxulmuş xəfiyyə olduğu reklamını yaymağa çalışsalar da, vəziyyət başqadır. Cəmi bir həftə sonra Əli Həsənovun “kurasiyası”nda olan “Dalğa Tv” bağlandı. Buna görə də, Əli Həsənovun məxfi agent rolunu icra edərək vurulan məmurların gizli planını ifşa etmək missiyası gülüncdür.

Sözügedən görüşdə əsas müzakirə mövzularından biri də Azərbaycanda aparılan kadr islahatları olub.

Çünki istefaya göndərilən heç bir məmur, barəsində cinayət işinin açılmayacağı ilə sığortalanmayıb. Yəni, adlarını çəkdiklərimiz dəmir barmaqlıqlar arxasına düşməmək üçün dəridən-qabıqdan çıxırlar. Belə çıxır ki, onların Xızıdakı əsas müzakirə predmeti azdlıqda qalmaq olub. Ramiz Mehdiyev və Abel Məhərrəmovun da qatıldığı görüşün diskussiya mövzularından digəri “Mətbuatda ictimai rəyi kim formalaşdırırır?” sualına cavab axtarışı olduğu bildirilir.

Əldə etdiyimiz məlumatları analiz edəndə, həqiqətən də görüşün baş tutduğu sezilir. Amma eks məmurların nəyi müzakirə etdikləri şübhə doğurur.

Çünki əgər onlar azadlıqda qalmağı müzakirə etsəydilər, görüşə Əli İnsanovu çağırmazdılar. Çünki HƏP lideri 16 il öncə həbsxanaya düşdüyünə görə, Həsənovlardan, Mehdiyevlərdən də yanıqlıdır. Həmçinin sabiq korrupsionerlər zindan yaşayışının sirlərini həbsxanada “lüks srok” çəkən Ağstafanın köhnə başçısı Nizaməddin Quliyevdən də öyrənə bilərdilər. Görüşə Əli İnsanovu da çağırıblarsa, deməli...

İkinci ehtimala gəlincə, Əli Həsənov bir vaxtlar bütün mətbuata nəzarət edirdi. Yəni, mediada ictimai rəyi kimin formalaşdırdığı ona sirr deyil.

Çünki istefaya göndərilənlər öz yerlərinə kimin gələcəyini əvvəlcədən bilir və ya təxmin edirlər. Odur ki, mətbuatda kimlərin ictimai rəy formalaşdırdığı Həsənovgilə məlumdur.

Elə isə plan başqadır. Sabiqlərin “konsey”i ya mühüm kadr dəyişikliyinə çalışır, ya da Xızıda revanş əməliyyatlarına hazırlaşır.(bizim.media)

XəbərTv.info

Digər xəbərlər

Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
Metroda xüsusi karantin rejiminin tələbləri pozuldu
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı
“Biz əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”
Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Bakıda YAP-ın binası kirayə verildi
Dünyanın ən bahalı qoyunu hərracda fantastik qiymətə satıldı
Laçına növbəti köç başladı -
Məktəb direktoru koronavirusdan vəfat etdi
Səddam Hüseynin sağ qolu öldü
“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir
Bu yollarda istiqamət dəyişdi
Goranboyda 18 yaşlı oğlan özünü asıb
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
İlham Əliyev Sumqayıtda bir sıra tədbirlərdə iştirak edib
Bakıda ər arvadını moteldə qətlə yetirdi
ABŞ-da ümumi seçkilər başa çatdı
Liviyada həbsdə olan Azərbaycan vətəndaşları Bakıya gətirildi
"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk
Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Ölkəmizdə yoluxma və ölüm sayında yeni rekord
Dünya bazarında neft qiymətləri
Röya Dubayda belə əyləndi
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Sabir Rüstəmxanlı AZAL rəhbərliyinə: “Belə qanunsuzluq olar?”
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Ali Baş Komandan xalqa müraciət edib - TAM MƏTN
{sape_links}{sape_article}