Son dəqiqə
18-05-2021, 10:01
1951

İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi




17 may 2021-ci il tarixində axşam radələrində ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Tərəflər arasındakı telefon danışığında ikitərəfli münasibətlər barədə məmnunluq ifadə edilib. Bu münasibətlərin hər iki dövlət və bölgə üçün sülh və təhlükəsizliyin təmin edilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Ceyk Sallivan Azərbaycan və Ermənistan sərhədində yaşanan son gərginlik ilə bağlı narahatlığını bildirib və bu kimi fikir ayrılıqlarının sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayıb. O, həmçinin beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələrinə ehtiyac duyulduğunu vurğulayıb. Ceyk Sallivan ABŞ-ın bölgədə barışığın əldə olunmasına sadiqliyini ifadə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq qaldığımızı bildirib. Azərbaycan Prezidenti bölgədə münaqişə sonrası vəziyyəti müsbət qiymətləndirib, münaqişənin bitməsindən 6 ay sonra bölgədə, o cümlədən Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu qeyd edib.

Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib.

Prezident İlham Əliyev Ermənistanın sərhəd gərginliyi ilə bağlı qeyri-adekvat reaksiyasının və bu məsələni beynəlmiləlləşdirmək cəhdlərinin bölgədə gərginliyin artmasına gətirib çıxara biləcəyini qeyd edib və bütün mübahisələrin sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini vurğulayıb.

XəbərTv.info

Digər xəbərlər

Sədərək Ticarət Mərkəzində TƏHLÜKƏLİ MƏNZƏRƏ...
Elmar Vəliyev ağlını itirib?
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
24 saylı Birləşmiş Şəhər Xəstəxanasında bazar açıblar - İDDİA
Sabaha olan hava proqnozu açıqlandı
Prezident və xanımı Ağdam məscidini ziyarət edib - VİDEO
Gəncədə erməni terroru zamanı həlak olanlar dəfn edildi - FOTOLAR
İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib
Azərbaycan cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya etdi
Azərbaycanda “Aİ-95” markalı benzin bahalaşa bilər -
Hans Kluge: ““AstraZeneca”nın effektivliyi ÜST tərəfindən də təsdiqlənib”
MÜTLƏQ OXU!!! Koronavirus orqanizmə daxil olduqda nə baş verir – QISA TƏSNİFAT
"Şəhid olsam, məzarıma "Qalatasaray"ın bayrağını da asarsınız" — FOTO
Nofəl Süleymanovun onu öldürən oğlu haqqında dediyi SON SÖZLƏRİ — VİDEO
Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edəcək
TDT-nin Baş katibi və üzv ölkələrdən olan nazirlərlə ikitərəfli görüşlər keçirilib -
Rusiya FHN Şuşa və Xankəndiyə humanitar yardım göndərdi
Gəncədə qida təhlükəsizliyi, şübhəli diplom,yoxsa adam bıçaqlayan rəis? - İTTİHAM
İlham Əliyev İsrailin maliyyə nazirini qəbul etdi
DİM sədri: “Deyilsə ki, bu tarixdə həm buraxılış, həm qəbul imtahanı keçirilsin, onda imtahan bir dəfə olacaq”
Koronavirusa yoluxan şagird sayı artmaqdadır
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Mağaza sahibi 42 manat borca görə tanışını öldürüb
Liviyaya qarşı sanksiyaların müddəti uzadıldı
İlham Əliyev: "Arutunyanın bacısı Azərbaycanda yaşayır"
Azadlığa çıxan Təranə Səmədova nələr danışdı? - VİDEO Azadlığa çıxan Təranə Səmədova nələr danışdı? - VİDEO
Mahir Quliyev yenidən Ali Məhkəməyə müraciət etdi
Ramazan ayında halsızlıq, yorğunluq və susuzluğu aradan qaldırmağın 7 EFFEKTİV ÜSULU
Azərbaycanda dəhşət: Ərdən hamilə arvadına qarşı dəhşətli hərəkət - evə qız gətirdi və dəfələrlə...
Delta ştammına yoluxanlarda hansı əlamətlər olur? - VİDEO
{sape_links}{sape_article}