Son dəqiqə
18-05-2021, 18:45
2521

Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət



Rusiyanın Rostov şəhərində azərbaycanlı biznesmen Kərim Babayevə məxsus bazarların bağıanmasından sonra yaranmış gərgin vəziyyət davam edir.

Virtualaz.org Rusiya regional KİV-lərinə istinadən xəbər verir ki, bazarların bağlanması nəticəsində işsiz qalan minlərlə ticarətçi ilə məhkəmə icraçıları arasında qarşıdurmalar baş verir. Ticarətçilərin bir qisminə başqa bazarlarda yer təklif etsələr də əksəriyyət hara gedəcəyini bilmir. İşsiz qalan ticarətçilərin arasında çoxsaylı Azərbaycan vətəndaşları da var.

Xatırladaq ki, Kərim Babayev Rostov ətrafındakı Aksay rayonunda yerləşən “Atlant”, “Almaz”, “Klassik” və “Kolxoznıy” bazarlarının, habelə digər çoxsaylı kommersiya obyektlərinin sahibidir. Aprelin 12-də Federal Təhlükəsizlik Xidməti Aksay rayonunun başçısı Vitali Borzenkonu, Kərim Babayevin iki oğlunu və onun bazarlarının icraçı direktorunu saxlayıb. Babayevin oğlanlarından biri buraxılsa da qalanları barədə cinayət işi qaldırılıb. Onlar dövlətə məxsus torpaq sahələrini qanunsuz yollarla ələ keçirməkdə, vergilərdən yayınmaqda və digər iqtisadi cinayətlərdə ittiham olunurlar. Kərim Babayev özü isə həmin gündən etibarən ortalarda yoxdur. Onun Türkiyə üzərindən Azərbaycandakı nüfuzlu qohumlarının yanına qaçdığı bildirilir.

Aprelin 27-də Rusiyanın güc strukturlarının 5 minə qədər əməkdaşı Kərim Babayevin bazarlarını mühasirəyə alıb, yüzlərlə qeyri-leqal miqrant saxlanılıb. Daha sonra bazarlar bağlanıb. Nəticədə bazarlarda işləyənlər bir saatın içində işsiz qalıb.

Ticarətçilər sual edirlər-hakimiyyət nəyə görə bu iri ticarət meydançalarının fəaliyyətinə onillərdir göz yumub, amma birdən ayılıb ki, onların tikildiyi ərazini Vitali Borzenko Kərim Babayevə qanunsuz verib?

Bildirilir ki, ticarətçilərin bir qisminə Rostovun digər bazarlarında 9 minə qədər yer təklif ediblər, meyvə-tərəvəz ticarətçilərinin bir qismi isə köhnə aerpoportun ərazisinə köçüb. Lakin heç də hamı köçə bilmir-bağlanmış bazarların ərazisində onların avadanlıqları və hətta ikimərtəbəli pavilyonları qalır.

“Rostov-Bloknot” portalı yazır ki, artıq bazarda ticarətçilərlə məhkəmə icraçıları arasında toqquşmalar baş verir. Bu günlərdə Rostov prokurorluğu ilk dəfə həmin bazarların bağlanması ilə bağlı məsələni şərh edib. Prokuror müavini Kirill Osipçuk bildirib ki, bazarın ərazisində biznesmenlərin əmlakını mühafizə etmək üçün polis əməkdaşları keşik çəkir.

“Orada tədbir keçiriləndə, o cümlədən qaldırılmış cinayət işi çərçivəsində axtarışlar aparılanda bazarların sakinlərinin bir çoxu qaçdılar, hər şeyi atıb getdilər. Bununla bağlı polis əməkdaşlarının bazarda qalan əmlakı mühafizə etməsi üçün növbətçilik təşkil olunub”,-o deyib.

Prokurorluq bazarların yerləşdiyi 6 torpaq sahəsinin müsadirə edilməsi barədə məhkəməyə vəsadət verib, bu vəsadət çərçivəsində bazarlar bağlanıb. Sahibkar isə qərardan şikayət verib. Kirill Osipçuk deyib ki, prokurorluq bazarları hələ 2020-ci ildə yoxlamağa başlamışdı. Lakin onların sahibləri prokurorluqla təmasdan yayınıblar, göndərilən sorğulara cavab verməyiblər və ifadə verməyə gəlməyiblər.


XəbərTv.info

Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}