Son dəqiqə
19-05-2021, 16:19
2694

Toyların keçirilməsinə icazə verilir — ŞAD XƏBƏR

Toyların keçirilməsinə icazə verilir — ŞAD XƏBƏR


Son günlər koronavirusa yoluxanların sayının azalması fonunda qüvvədə olan bir sıra məhdudiyyətlərin ləğv edilməsiylə bağlı təkliflər səsləndirilir. Müəyyən şərtlər daxilində toyların keçirilməsinə icazə verilməsi, eyni zamanda açıq havada maska qərarının ləğv edilməsi müzakirə edilən əsas məsələlərdir.

"Qafqazinfo" sözügedən müzakirələrlə bağlı Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədovdan açıqlama alıb. Deputat bildirib ki, təəssüf ki, koronavirus pandemiyasının yaratdığı situasiyanın gələcək inkişaf tempini və “COVİD-19”un mümkün yayılma coğrafiyasını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil: "Lakin bugünkü epidemioloji vəziyyət, yoluxanların sayında azalmanın müşahidə olunması nikbin düşünməyə əsas verir. İndi qarşıda duran əsas vəzifə peyvəndləmə prosesinin mümkün qədər sürətlə və effektiv səviyyədə həyata keçirilməsidir. Bu istiqamətdə dövlət qurumları bütün zəruri tədbirləri görür. Artıq karantin rejiminin yumşaldılması istiqamətində müəyyən addımlar atılıb. Məktəblərdə təhsil qismən bərpa edilib. Azərbaycanda davamlı olaraq təhlillər, müşahidələr aparılır. “Ümumdünya Səhiyyə Təşkilatının standartlarına görə, reanimasiyalarda çarpayı fondunun 60-70 faizi dolarsa, məhdudiyyətlərin tətbiqi zərurətə çevrilir.

İndiki halda ölkəmizdə həm stasionar, həm də reanimasiyalarda müalicə alan xəstələrin sayı hələ ki, daha sərt məhdudiyyətlərə əsas yaratmır. Peyvəndlərin tətbiqi, eyni zamanda, vətəndaşlarımızın qaydalara ciddi əməl etməsi sayəsində yumşalmaların davam etməsini gözləmək olar”.

Millət vəkili qeyd edib ki, əgər peyvəndlərin tətbiqi uğurla həyata keçirilərsə və kollektiv immunitetin formalaşması üçün zəruri olan həddə çatarsa idman zallarının açılması, ictimai nəqliyyatın fəaliyyətinin tam şəkildə bərpası gözlənilə bilər:

"Eyni zamanda, məhz epidemioloji vəziyyətə uyğun olaraq toy şənliklərinə müəyyən şərtlərlə icazə verilməsi, açıq havada maskadan istifadə məhdudiyyətinin ləğvi mümkündür. Lakin bu, həm COVİD-19-un belə demək mümkünsə, özünü necə aparmasından, həm peyvəndlərin tətbiqi səviyyəsindən, həm də bizim davranışlarımızdan asılıdır. Əlbəttə ki, məhdudiyyətlər insanları xeyli dərəcədə yorub, psixoloji diskomfort yaradır. Lakin təəssüf ki, özümüzü, ətrafımızı qorumaq üçün buna məcburuq. Ona görə də, biz hər zaman ehtiyatlı və diqqətli davranmalıyıq”.

Deputat qeyd edib ki, məhdudiyyətlərin qalması dövlətin də marağında deyil, bu sadəcə yaranmış situasiyanın diktə etdiyi məcburiyyətdir. Onun sözlərinə görə, epidemioloji vəziyyət bu cür davam etdiyi, payız aylarında peyvəndlənmə prosesində hədəfə çatmaq mümkün olduğu halda ciddi yumşalmaların olması, yenidən normal həyat tərzinə qayıtmaq mümkün ola bilər.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov da toylara icazə verilməsinin mümkünlüyündən danışıb. Deputat cebhe.info saytına bildirib ki, açıq havada toy mərasimləri keçirilməsi ilə bağlı qərar verilə bilər:

“Yay mövsümünə girdiyimiz zaman açıq havada bəlli insan sayı məhdudiyyəti qoyulmaqla, eləcə də daha əvvəlki illərdə əslində mənfi olaraq qiymətləndirdiyimiz böyük şadlıq evlərinin olmasının bu dönəmdə gətirə biləcəyi avantajlardan faydalana bilərik. Bunlar da 500-600 nəfər tutumu olan şadlıq evlərində onun ortalama 41 həcmində, 100-150 nəfərlik insanlarla epidemiolojik vəziyyətə uyğun məsafənin saxlanılması və bir çox amili nəzərə alaraq, toy mərasimlərinin keçirilməsiylə əlaqədar qərarlar da verilə bilər”.

XəbərTv.info

Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}