Son dəqiqə
Aktual
21-05-2021, 18:48
1938
Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ
Daxili İşlər orqanlarında yeni təyinat olub.
XəbərTv.info Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Eldar Əliyev Gəncə 9 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə ("MERO") rəis təyin edilib.
Yeni rəis bir müddət öncə yaş həddi ilə bağlı təqaüdə göndərilən polis polkovniki Mayis Əhmədovu əvəz edirdi.