Son dəqiqə
27-05-2021, 10:59
2463

Operativ Qərargahdan yarımçıq qərarlar



Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə məcburiyyəti ləğv olunur. Həmin tarixdən metronun fəaliyyətinə icazə verilir. İyunun 10-dan isə “mall”arın və iri ticarət mərkəzlərinin, ibadət yerlərinin açılmasına, çimərliklərin fəaliyyətinə icazə veriləcək. 2020-ci ilin mart ayından fəaliyyəti dayandırılmış şəhərlərarası ictimai nəqliyyatın da fəaliyyəti bərpa edilir.

Bununla belə, bəzi qadağalar ləğv olunmayıb. Qapalı məkanlarda maska taxmaq məcburidir, habelə şənbə-bazar günləri ictimai nəqliyyat işləməyəcək. Bu qadağa mayın 31-dən fəaliyyətə başlayacaq metroya da aiddir. Ölkədə dəmir yolu ilə sərnişindaşımaya qadağa qüvvəsində qalır. On nəfərdən artıq toplaşmaq, toy və yas mərasimləri keçirmək yenə də inzibati məsuliyyət yaratmaqda davam edir.

İqtisadçı Samir Əliyev hesab edir ki, həftə sonu ictimai nəqliyyatın işləməməsi qərarı səhvdir və təcili ləğv edilməlidir. Onun sözlərinə görə, bu addımın artıq təhlükəsizlik əhəmiyyəti qalmayıb, əksinə, sosial zərər yaradır. Ekspert fikrini əsaslandırmaq üçün bir neçə məqama diqqət çəkib:

“Yoluxmanın qarşısı alınmır.

Taksilərə 4 nəfər oturur və avtobusdan fərqli olaraq, bir-birinə daha yaxın məsafədə otururlar. Gediş haqqı baha başa gəlir. Taksilərə avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olur. Bu isə şənbə günü işləyənlər, o cümlədən vaksinləşmədə iştirak edən tibb bacıları üçün əlavə xərcdir;

Tıxaclar yaranır.

Şəhərdə tıxacların qarşısının alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir. Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. Bu isə “1 manatlıq taksilər” hesabına tıxac yaradır. Təsəvvür edin, 40 nəfər aparan 1 avtobus əvəzinə, 10 minik maşını xidmət göstərir. Üstəgəl, həftə sonları şəxsi maşınlardan istifadə artır;

Nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir.

Təsəvvür edin, şəhərdaxili nəqliyyatın şənbə-bazar toplamalı olduğu vəsaitdən də 3 dəfə çox məbləğ “1 manatlıq taksi”lərə qismət olur. Həmin vəsait fakiti olaraq, vergidən kənarda qalır”.

Əliyev qeyd edib ki, eyni məsələni rayonlararası nəqliyyatın işləməməsinə də şamil etmək olar. O, əlavə edib ki, böyük həcmdə vəsait sərnişinləri rayonlara daşıyan minik avtomobilləri tərəfindən mənimsənilir.

Toy mərasimlərinin keçirlməsinə qadağaların davam etdirilməsi də başadüşülən deyil. Hazırda paytaxtda və regionlarda bütün kafe-restoranlar sərbəst fəaliyyət göstərir. Hətta Bakıda yüksək vəzifəli məmurlara məxsus şadlıq saraylarında müəyyən şərtlər qarşılığında toy, nişan mərasimləri də keçirmək mümkündür. Sosial şəbəkələrdə yayılan xəbərlərdən belə məlum olur ki, vətəndaşlar artıq bu imkanlardan istifadə edirlər. Amma rəsmən bu, qadağandır, polis vaxtaşırı mərasimlərin dağıdılmasını əks etdirən videokadrlar yayır. Bundan başqa, pandemiya qaydalarını pozduğuna görə cərimələnən yüzlərlə iaşə obyektlərinin adları mediaya ötürülür. Belə təəssürat yaranır ki, artıq ölkədə cərimələnməyən obyekt qalmayıb.

Ekspertlər bildirirlər ki, açıq məkanlarda məhdud iştirakla toy-nişan mərasimlərinin keçirilməsinə icazə verilməlidir. Bu, cəmiyyətdə həllini gözləyən vacib məsələlərdən biridir. Toya hazırlaşan minlərlə ailə qadağaların yumşaldılmasını gözləsə də, Operativ Qərargah onları məyus etdi.

Brifinqdə verilən önəmli açıqlamalardan biri Azərbaycanda “COVİD pasportu”nun yaradılması ilə bağlıdır. Bu sənədin necə əldə olunacağı qaydaları da açıqlanıb. Məlum olur ki, pasportu almaq heç də asan olmayacaq. Kifayət qədər süründürməçi, bürokratik əngəllərlə dolu və texniki cəhətdən mürəkkəb yol seçilib.

Prezidentin köməkçisi Şahmar Mövsümov bildirib ki, 2 doza vaksin vurduranlara e-gov.az portalında xüsusi vaksinasiya sertifikatı formalaşdırılır. İkincisi isə immunitet sertifikatıdır, bu da xəstələnib sağalmış insanlara tətbiq olunur. Onlara müəyyən dövr ərzində vaksinasiya tətbiq olunmur, ona görə də immunitet sertifikatı da “COVID pasportu” hesab olunur. Hər iki sertifikatın üzərində QR kod mövcuddur. Bu da elektron yoxlama imkanı yaradır. Beləliklə, vaksinasiya sertifikatı və immunitet sertifikatı – hər ikisi “COVİD pasportu” hesab olunur. Bunlardan birinin mövcudluğu ilə idman və sağlamlıq mərkəzlərinə girişə icazə veriləcək. “Gələcəkdə bu yanaşmanın konsert, kinoteatr, toylar, digər şənliklərə tətbiqi də nəzərdə tutulur. Qeyd olunanlara bunun nə zaman tətbiq olunacağı barədə isə məlumat veriləcək”, – deyə Mövsümov əlavə edib. Onun dediyindən belə anlaşılır ki, dövlət bu dəfə hüuq-mühafizə orqanlarının əhəmiyyətli hissəsini “COVİD pasportu”nun yoxlanılmasına sərf edəcək. Bütün qapalı məkanlarda keçirilən tədbirlərin iştirakçıları yoxlanılacaq, pasportu olmayanlar, habelə obyektlər cərimələnəcək. Əlbəttə, Azərbaycan reallığını nəzərə alsaq, rüşvət və korrupsiya üçün daha bir mexanizm formalaşdırılır. Prosesin fiziki tərəfini təsəvvür etdikdə, necə cansıxıcı mənzərənin yaranacağını indidən təsəvvür etmək mümkündür.

Sözügedən sertifikatları əldə etmək üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet səhifəsində “E-xidmətlər” bölməsinin “Şəxsi kabinetə giriş” alt bölməsi seçilməlidir. Burada “ASAN Login” sistemində istifadəçi FİN-i, “Asan İmza”, Elektron imza və ya BSXM (Bank Sertifikat Xidmətləri Mərkəzi) imzası ilə qeydiyyatdan keçmək lazımdır…

Maraqlıdır, internetə çıxışı olmayan və ya məhdud olan, rayonlarda yaşayan vətəndaşlar, texnoloji yenilikdən bixəbər olanlar bu qaydalardan necə yararlanacaqlar? Operativ Qərargah bu barədə düşünürmü? Bu işin ən rahat yolu vətəndaşlar ikinci doza vaksin aldıqdan sonra COVİD pasportlarının elə həmin tibb məntəqələrində verilməsi olardı. Göründüyü kimi, yenə də ən mürəkkəb və əlçatmaz üsullar seçilir ki, bu da təəccüb doğurur.

Beləliklə, pandemiya rejimi yumşaldılsa da, ziddiyətli qadağalar, qeyri-müəyyənliklər qalmaqda davam edir. Bu da cəmiyyətdə əlavə gərginlik, narazılıq yaradır. Operativ Qərargah məhdudiyyətləri yenidən nəzərdən keçirməli, qüvvədə saxladığı qadağaları tutarlı faktlarla, statistika və ekspert rəyləri ilə əsaslandırmalıdır.
pressklub

XəbərTv.info

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}