Son dəqiqə
27-05-2021, 11:35
2564

Skripkaçı Ceyhun “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədrinə 30 mini niyə verib?



2016-cı ildən fəaliyyəti dayandırılmış “Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Həbsdə olan N.İsmayılovun məhkəmə prosesinə zərərçəkmişlərdən biri gəlmir.

Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.

Məlumata görə, iş üzrə 4 nəfər zərərçəkmiş var. Onlardan biri tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovdur. Daha əvvəlki proseslərdə İ.Axundovun epizodu üzrə geniş məlumat vermişdik. Yazının sonundakı linkdən həmin yazı ilə tanış ola bilərsiniz.

Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir.

Musavat.com-un əldə etdiyi məlumata görə iş üzrə zərərçəkmişlərən biri də tanınmış skripkaçı Ceyhun İsmayılovdur.

Məlumata görə Ceyhun İsmayılov Nadir İsmayılova 30 min manat verdiyini iddia edir. Belə ki, skripkaçı banka olan borcuna görə 30 min manat ödənişi N.İsmayılova verdiyini, lakin pulun ödənilmədiyini bildirir.

Hazırda C.İsmayılov məhkəmə proseslərinə gəlmir. Səbəb isə onun ölkə xaricində, Moskvada olmasıdır. Məhkəmə onun Moskvadan qayıtmasını, məhkəməyə gəlməsini gözləyir.

Xatırladaq ki, N.İsmayılovun adı başqa bir cinayət işində də keçirdi. Belə ki, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədov idman ustası, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovdan şikayət etmişdi. Elnur Məmmədov Rövşən Heybətova 200 min manat pul verərək Türkiyəyə aparmasını istəmişdi. R.Heybətov Türkiyədə hücuma məruz qaldığını, pulun oğurlandığını bildirirdi.Lakin Elnur Məmmədov buna inanmayaraq R.Heybətovdan şikayətçi olmuşdu.Bu cinayət işi üzrə məhkəmə araşdırması davam edən zaman Nadir İsmayılov məhkəmədə şahid qismində dindirilmişdi.Həmin prosesdə N.İsmayılov barəsində qanunsuz köçürmələrə görə araşdırma aparıldığı üzə çıxmışdı.(musavat.com)

(Bundan əvvəlki məhkəmə prosesində baş verənlərlə bu linkdən tanış ola bilərsiz: //musavat.com/news/sensasion-mehkeme-isi-zaminbank-in-hebs-edilen-sedri-ile-serurlu-isfendiyar-in-qalmaqali-nazirlerle-gorus_784129.html)

XəbərTv.info

Digər xəbərlər

Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO
Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantində
DİM-dən imtahan verəcək şəxslərə MÜRACİƏT
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Azərbaycan Prezidenti: “Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır”
Halil Sezai saxlanıldı
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Adil Əliyev: Şərəf salnaməsi və Zəfər dastanı
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi
Ötən gün ölkədə heç kim vaksin olunmayıb
Milli Məclisin deputatı moldovalı biznesmenin qızını Bakıda evində gizlədir – VİDEO
Paşinyanın gizləndiyi yer məlum oldu
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
Gürcüstan Baş naziri istefa verdi
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
Daha 2 məktəb distant tədrisə keçdi
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Bu rayonlarda iki gün qaz olmayacaq
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq edildi - VİDEO
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
{sape_links}{sape_article}