Son dəqiqə
29-11-2019, 06:06
496

Günün qoroskopu - 29.11.2019

Günün qoroskopu - 29.11.2019

29 Noyabr 2019-cu il. Günün qoroskopu. işlərdə bəxtiniz gətirəcək.

Qoç - ciddi problemləri götür-qoy etmək üçün münasib gündür. Situasiyanı analiz etmək, başqalarının nəzərdən qaçırdıqlarını görmək iqtidarındasınız. Vacib işlərlə məşğul olmaq, uzunmüddətli təsiri olan qərarlar vermək olar. Həm öz gücünüzü, həm yaranan şəraiti düzgün qiymətləndirirsiniz.
Gün hüquqi məsələlərin həlli, hüquqşünaslar, məmurlar, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə ünsiyyət üçün münasibdir. Bir çox Qoçlar üzərlərinə müəyyən məsuliyyət götürür, vəd verir və onları sözsüz yerinə yetirirlər.

Buğa - məhsuldar və maraqlı gündür. Bir çox problemləri qeyri-standart yanaşma yolu ilə həll edə bilərsiniz. Cəmiyyətin həyatında, xeyriyyə aksiyalarında iştirak etmək məsləhətlidir. Özünüzə qapanmayın. Hətta ətrafınızdakılarla təmaslar sizə yorucu görünsə belə, sizin ünsiyyətə ehtiyacınız var.
İri alış-veriş etmək olar. Xanım Buğaların bu, yaman xoşuna gələcək: həm qarderoblarını, həm imiclərini yeniləyə bilərlər. Axşam romantik görüş vəd edir, onu unutmaq çətin olacaq.

Əkizlər - bu gündən çox şey gözləməyin. Azacıq da olsa, ciddi maneə ilə rastlaşan kimi başladığınız işləri yarımçıq qoymağa meyllisiniz. Təbiətinizə xas qətiyyət və inad bu gün sizi tərk edib.
Ətrafınızdakılara diqqət edin, işgüzar danışıqlarda şəxsi simpatiyanızı nümayiş etdirməkdən çəkinməyin (təbii ki, qədərində). Ola bilsin ki, məhz yaxşı təəssürat oyatdığınıza görə nüfuzlu bir şəxs sizə dəstək versin.

Xərçəng - yaxşı, asan gündür. Arxayınlaşıb ümumi axına qoşulmaq olar: o, sizi istədiyiniz yerə aparıb çıxaracaq. Əvvəllər aldığınız bilikləriniz və təcrübə köməyinizə gələcək. Vacib qərarları asanlıqla verirsiniz - siz, sadəcə olaraq, intuisiyanızı dinləyirsiniz, onlar da səhvsiz alınır.
Ətrafdakılarla münasibətlər ahəngdardır. Asanlıqla gözəl təəssürat yaradır, insanların rəğbətini qazanırsınız. Yaxın zamanda həyatınızı dəyişə biləcək bir insanla rastlaşa bilərsiniz.

Şir - ciddiləşin, o zaman heyrətamiz nəticələr qazana bilərsiniz. Nailiyyətləriniz inanılmaz ola bilər, ancaq bu zaman gərək xırdalıqları unutmayasınız, başqalarının diqqət yetirmədiklərini görməyə çalışın. Güclü intuisiyanız və fərasətiniz sayəsində düzəldilməsi mümkün olmayan səhvlərdən qaçacaq, yumorun hesabına isə ətrafdakılarla münasibətləri yumşaldacaqsınız.
Kütlə qarşısında çıxışlar və ictimai tədbirlərdə iştirak üçün münasib gündür. Yeni tanışlıqlar xeyrinizədir. Buna baxmayaraq, bu gün rastlaşacağınız insanlar sizdə güclü təəssürat yaratmayacaqlar.

Qız - xoş, asan, maraqlı gündür. Ağlınıza maraqlı fikirlər gəlir və dərhal onlardan yararlanırsınız. Yaradıcı potensialınız çox yüksəkdir. Yeni bir işə başlaya bilərsiniz, uğur qazanacağınıza əmin olun. Ünsiyyət üçün münasib gündür, istənilən xarakterli görüş təyin edə bilərsiniz.
İnsanlarla ünsiyyətdən nəinki zövq alır, həm də bundan yaxşıca yararlanırsınız. Ətrafınızdakılar bundan duyuq düşmürlər və buna görə də aranızda inciklik yaranmır. Uzaqdan vacib xəbərlər ala bilərsiniz. Dəyərli hədiyyələr almağınız da mümkündür.

Tərəzi - heç də düşündüyünüz kimi pis gün deyil. Ciddi nailiyyət və başgicəlləndirici qələbə qazanacağınıza hazırlaşmayın. Çox mümkündür ki, bunların miqyası xırda olacaq, amma kefiniz korlanmayacaq. Qabaqlar böyük həvəslə başladığınız işə marağınız azalır. Bir az fasilə verib istirahət edin.
Gəzintiyə, yaxud ekskursiyaya, ən yaxşısı - romantik səyahətə gedin. Şəraitin dəyişməsi və sevdiyiniz şəxslə birlikdə vaxt keçirmək imkanı çox faydalı olacaq. Bir çox Tərəzilərin kefini uşaqlarla ünsiyyət açacaq.

Əqrəb - sahibkarlar ciddi uğurlara və sərfəli sövdələşmələrə ümid edə bilərlər. Günəmuzd işləyənlərin isə gəlir baxımından bu gün bəxtləri gətirmir. Danışıqlar aparmaq olar, amma son qərarı vermək hələ tezdir.
Hissiyyat və intuisiya çox güclənib. Bəziləri ətrafdakıların fikrini oxumağa qadirdirlər. Aldığınız məlumatdan elə istifadə edin ki, kimsə zərər görməsin.

Oxatan - xoş gündür. Gözlənilməz uğurlar, qələbələr mümkündür. Sırf maraq naminə girişdiyiniz işlər yaxşı gəlir gətirir. Eksperiment və risk etməkdən, qeyri-adi qərar qəbul etməkdən çəkinməyin. Bir çox hallarda məhz ekstravaqant hərəkətlər ən düzgün olacaq.

Yaradıcı potensialınız çox yüksəkdir. Oxatanlar gözlənilmədən qeyri-adi istedadlarını kəşf edəcəklər. Çox cazibədarsınız, sizə vurulmamaq çətindir, odur ki, diqqətin çoxluğuna təəccüblənməyin.

Oğlaq - bu gün xeyli gözəl hadisə vəd edir. Özünüzə və uğurunuza inanın. Risk etməkdən çəkinməyin: siz ciddi təhlükə olmayan anda qətiyyətli hərəkət etmək üçün kifayət qədər ehtiyatlısınız. Təmaslarda diqqətli olun, sonradan sizə böyük ziyanı dəyən bir adamla işbirliyinə girə bilərsiniz.
Yaxınlarınızla əla dil tapırsınız. Ümumi məqsədlərə çata bilirsiniz. Hamının maraqlarını nəzərə alırsınız. Gələcək planları, alış-verişi, istirahəti müzakirə etmək olar. Planlaşdırılmamış səfərlər maraqlı və xoş keçəcək.

Dolça - işlərdə bəxtiniz gətirəcək. Xeyli nailiyyət qazanmaq şansınız var. Rəqiblərinizi xeyli geridə qoya, çox nüfuzlu düşmənlərinizə qalib gələ bilərsiniz. Adəti üzrə olduğundan daha çox risk etməyə meyllisiniz, bu isə ciddi itkilərə yol açır.
Güclü intuisiya və fantaziyanız şəxsi problemləri həll etməkdə yardımçınız olur. Sevdiyiniz şəxsə mürəkkəb bir işdə kömək edir, daxili təzadlarını yenməkdə ona kömək olursunuz. Bir sözlə, yaxınlarınızla münasibətlərdə ahəngdarlıq hökm sürür.

Balıqlar - gözlənilməz kəşflər və faydalı tapıntılar günüdür. Məntiqlə intuisiya arasında balansı tapınca rəqibləriniz qarşısında 1:0 üstünlük qazanacaqsınız. Qəfil xəbərlər sizə ilham verir, hiss edirsiniz ki, çox şeyə qadirsiniz.
Cazibəniz artır, insanlar sizə doğru can atırlar. Yeni dostlar, yaxud ömür-gün yoldaşı tapa bilərsiniz. Pulgir olmayın: bu gün pul dalınca qaçmağınız qətiyyən məsləhət deyil, həyatda daha dəyərli şeylər var.

XəbərTv.İnfo

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu