Son dəqiqə
Dünya
31-05-2021, 15:49
2464
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO

Son zamanlar məşhur olmaq üçün TikTok bir çox insana vasitəçidir desək yanılmarıq. Amma ABŞ-da yaşayan 13 yaşlı qız isə əksinə məşhur olmaq sevinci yerinə az qala həyatını itirəcəkdi.
Xəbərtv.info xarıcı KİV-ə istinadən xəbər verir ki, TikTok-dakı güzgü üzərində alovlarla şəkillər çəkmək tendensiyası ABŞ-da yaşayan 13 yaşlı bir qızın həyatına son qoya bilərdi. Yeni "challenge" üçün bir video çəkən gənc qız, spirti güzgüdə yazıb alovlandıran zaman atəş onun üzərinə sıçrayıb. Otağı ilə bərabər özünü də yandıran yeniyetmənin qışqırığını eşidən anası dərhal qızını xəstəxanaya çatdırıb. Bədənində 3-cü dərəcəli yanıq xəsarətləri alan gənc qız indi reanimasiyada həyatı üçün mübarizə aparır.