Son dəqiqə
4-06-2021, 18:34
1248

Respublika Veteranlar Təşkilatı media nümayəndələrin həlak olması ilə bağlı bəyanat yaydı

Respublika Veteranlar Təşkilatı media nümayəndələrin həlak olması ilə bağlı bəyanat yaydı


Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti 4 iyun 2021-ci il tarixində Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və 1982-ci il təvəllüdlü AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Beynəlxalq təşkilatlara, dünya birliyinə ünvanlanan bəyanatda deyilir: “30 ilə yaxındır ki, Ermənistan dövlətinin həyata keçirdiyi işğal siyasətinə 44 günlük Vətən müharibəsi və bu müharibənin nəticəsi kimi meydana çıxan 10 noyabr 2020-ci il tarixli bəyanatla son qoyulsa da, erməni faşizminin mina terroru davam edir. Ermənistanın minalanmış ərazilərin xəritəsini hələ də Azərbaycana verməməsi mülki insanlar arasında tələfatların yaşanmasına, sadə vətəndaşların Ermənistanın hərbi cinayətlərinin qurbanına çevrilməsinə səbəb olur.

Bu gün iki jurnalistimizin peşə fəaliyyətlərini həyata keçirən zaman mina partlayışı nəticəsində həlak olması, daha bir neçə mülki şəxsin yaralanması Ermənistanın terror fəaliyyətinə son qoymaq niyyətində olmadığını göstərir. Təəssüf doğuran məqamlardan biri də Azərbaycan dövlətinin səylərinə rəğmən, bu günə qədər hər hansı beynəlxalq təşkilatın Ermənistanın mina terrorunun qarşısını almaq üçün əməli addım atmamasıdır.

Nə qədər acınacaqlı da olsa qeyd etməliyik ki, Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğalda qalmasına göz yuman beynəlxalq təşkilatlar, dünyanın aparıcı dövlətləri bu gün də Ermənistanın mina terroru qarşısında səssiz qalmaqda, susqunluq sərgiləməkdədir.Halbuki, Ermənistanın mina təxribatları cinayətkar dövlətə qarşı beynəlxalq sanksiyaların tətbiqini zəruri edir. Hərbi cinayətlərini davam etdirən, mülki vətəndaşların qətlinə imza atan Ermənistanın cəzalandırılması sadəcə ədalətin deyil, həm də beynəlxalq hüququn tələbidir və bu tələbin icrası məhz əlaqədar beynəlxalq təşkilatlar tərəfindən təmin edilməlidir.

Dünya birliyi anlamalıdır ki, Ermənistanın mina terrorunu davam etdirməsi bölgədə yeni bir gərginliyə yol açmaqla yanaşı, bütün regionda sülhün, sabitliyin bərqərar olması üçün ciddi maneədir. Ona görə də, Respublika Veteranlar Təşkilatı olaraq bütün beynəlxalq təşkilatları, aparıcı dövlətləri Ermənistanın mina terrorunu dayandırmağa, bunun üçün beynəlxalq hüquq və konvensiyaların imkanlarından istifadə etməyə səsləyirik.

Xatırlatmaq istəyirik ki, beynəlxalq təşkilatların susqunluğu fonunda davam edən mina terroruna görə məsuliyyət Ermənistanla yanaşı, həm də bu qətliama tamaşaçı mövqeyindən yanaşan, onu önləmək üçün heç bir addım atmayan beynəlxalq qurumların üzərinə düşür. Ümid edirik ki, beynəlxalq təşkilatlar heç olmasa bundan sonra bu məsələdəki hüquqi və mənəvi məsuliyyət payını dərk edəcək, mina terrorunu davam etdirən, beynəlxalq hüquqa, təməl insan haqlarına meydan oxuyan Ermənistana təzyiq göstərməklə, onun terror fəaliyyətinin qarşısını almaq üçün əməli addımlar atacaq”.

XəbərTv.info

Digər xəbərlər

Zığda fəhlələrin üzərinə metal konstruksiya çökdü
Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir - VİDEO
İlham Əliyev MHP sədrinin müavinini qəbul edib
İlham Əliyevlə Ərdoğan birgə şam etdilər
"Taliblər" prezident sarayında - VİDEO
Prezident İlham Əliyev Türkiyənin ticarət nazirini qəbul edib
Sahibə Qafarova Valentina Matviyenko ilə görüşdü - FOTOLAR
Nazir: “Yüzlərlə bağçada qida ilə bağlı ciddi problemlər var”
Rabitə Nazirliyi, yoxsa gənc qızları işə düzəltmə bürosu ?
Həbsdəki icra başçılarının övladları niyə vəzifəyə təyin edildi?
Bakıda qadınlar dalaşdı - Xəstəxanalıq oldular
Suqovuşan və Talışa gedən yolların bərpasına başlanıldı
Əli Həsənova məxsus bina boşaldılır - FOTO
3 hakimin səlahiyyətlərinə xitam verildi
Azərbaycanda 8 gün iş olmayacaq
Son sutkada 32 nəfər COVID-19-dan vəfat edib
Toylar 1 saatdan artıq keçirilməyəcək - Türkiyədə
Qurban Qurbanovda koronavirus aşkarlandı
Göygöldə gənc oğlan intihar edib
Şagirdlərin sayını artırmaq üçün 15 qoyun məktəbə qəbul edilib-ŞOK QƏRAR
Düşmən Gəncə və Mingəçeviri atəşə tutub
MƏNİ 9 AYDIR YURDUMA HƏSRƏT QOYAN "QANUNLARINIZA" ETİRAZ EDİRƏM! VİDEO
Parkda görüntüləri yayılan cütlük sərxoş vəziyyətdə imiş - VIDEO
“Əli və Nino” filmi Macarıstanın paytaxtı Budapeşdə nümayiş edilib.
Düşmən təxribatları nəticəsində ölən mülki əhalinin sayı açıqlandı - FOTO
“Laçın dəhlizi nəzarətə götürülməli, Arutyunyan həbs olunmalıdır”
Azərbaycanda klub təcili yardıma görə cəzalandırıldı
İbrahimoviç "Milan"a qayıtdı
"Formula 1": Daha üç ölkədə yarış keçirilməyəcək
Həbs edilən “Azərxalça” sədrinin oğlu Səbailin polis rəisidir
{sape_links}{sape_article}