Son dəqiqə
7-06-2021, 16:22
2315

Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?

Məscidlərdə COVİD pasportunun olub-olmamasını kim yoxlayacaq?


Məscidlərdə namaz qlımağa gələn insanların COVİD pasportunun olub-olmamasını icma üzvləri yoxlayacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bütün məscidlər bununla bağlı hazırlıq işlərini həyata keçirir.

İdarədən qeyd edilib ki, COVİD-dən əvvəl də müxtəlif məsələlər zamanı dini icmanın üzvləri qapıda dayanır və gələnlərin sənədlərini yoxlayırdı. Yəni bu məsələləri həmişə icma üzvləri tənzimləyib. İndi də müvafiq icma üzvləri qapıda dayanacaq, məscidə gələn insanların pandemiya qaydalarına əməl edib-etməməsini yoxlayacaq və pandemiya ilə bağlı qaydalara riayət olunmasına nəzarət edəcək.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyunun 10-dan etibarən məscidlərdə namaz qılınmasına icazə veriləcək. QMİ COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.

İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

XəbərTv.info

Digər xəbərlər

Rusiya XİN rəhbəri: “Bakı və İrəvan substantiv danışıqlara başladı”
Azərbaycanda koronavirusa yoluxmada gözlənilməz artım - Bir gündə 76 nəfər yoluxdu
Azərbaycanda son 30 ildə baş verən helikopter və təyyarə qəzaları (STATİSTİKA)
Türkiyədə zəlzələ baş verdi
Qarabağda tapılan erməni meyitlərinin son sayı açıqlandı
“Samsung”un rəhbəri dünyansını dəyişdi
Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi
Bakı polisi kafe-restoranlarda reyd keçirdi
“Avromed” 17 milyon ədəd tibbi maskanı kimə satıb? –KORONOVİRUSU PULA ÇEVİRƏNLƏR
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
General-mayor Polad Həşimov dəfn edildi: FOTO-VİDEO
Dünyanın ƏN DƏRİN yerinə endi: GÖRÜN NƏLƏR TAPDI - FOTOLAR
Müğənni Aygün Mirzəyevanı oteldə öldürmək istəyən kişiyə hökm oxundu
Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi
Türkiyədə dəhşətli qum fırtınası meydana gəldi - VİDEO
Masallıda ənənəvi tender hoqqabazlığı... - İLGİNC FAKTLAR
Bakıda bu özəl klinika bağlandı
Ölkədə internetə tətbiq olunan məhdudlaşdırma aradan qaldırılır
Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI
Zəngilan istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu məhv edildi
Ermənilərin Bərdə terroru nəticəsində yaralananlardan daha biri həlak oldu
İlham Əliyev 5 sərəncam imzaladı
FHN generalı işdən çıxarıldı
Düşmən növbəti itkilərini açıqladı
Payız öncəsi qaynar müzakirə: Bir qanun layihəsi ətrafında yaranan suallar...
Saakaşvili də koronavirusa yoluxub
İlham Əliyev: “Azərbaycan ordusu hər gün yeni yüksəklikləri, strateji məntəqələri işğaldan azad edir”
Rəhim Qazıyev ev dustaqlığına buraxıldı
Bu ildən tədris ediləcək “Zəfər tarixi” dərsliyi çap olunub
Paşinyan: “Bayden gəldisə, Putin gedə bilər” - VİDEO
{sape_links}{sape_article}