Son dəqiqə
12-06-2021, 10:06
1536

Bu gün Bakıda AVRO-2020-nin ilk oyunu keçiriləcək

Bu gün Bakıda AVRO-2020-nin ilk oyunu keçiriləcək


Bu gün futbol üzrə Avropa çempionatının daha üç oyunu keçiriləcək.

XəbərTv.info xəbər verir ki, A qrupunda bir, B qrupunda isə iki matç olacaq.

A qrupundakı Uels - İsveçrə görüşü Bakıda keçiriləcək ilk AVRO-2020 oyunu olacaq. Fransalı hakim Kleman Turpenin idarə edəcəyi oyun saat 17:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.
Matça təxminən 6-7 min bilet satılıb. Komandalar böyük turnirlərin final mərhələlərində ilk dəfə üz-üzə gələcəklər. İndiyədək iki yığma arasında oynanılmış 7 oyunun 5-də İsveçrə, 2-də isə Britaniya təmsilçisi qələbə qazanıb. Komandalar heç vaxt heç-heçəyə razılaşmayıb.

Bu qrupda dünən Romada keçirilən Türkiyə-İtaliya matçı sonuncuların qələbəsilə yekunlaşıb. AVRO-2020-nin açılış oyununda “Squadro azzurro” Türkiyə millisinin qapısında üç cavabsız top keçirib.

Bu gün B qrupunda oyunlara start veriləcək. Turnirin iddialı komandalarından, hazırda FIFA reytinqində ilk pillədə qərarlaşan Belçika Rusiya ilə, Danimarka isə Avropa çempionatının debütantı Finlandiya ilə üz-üzə gələcək.

Avropa çempionatı

A qrupu, I tur

17:00. Uels - İsveçrə

Hakimlər: Kleman Türpen, Nikolya Dano, Siril Qrenqor (Fransa)

Dördüncü hakim: Srcan Yovanoviç (Serbiya)

Bakı. Bakı Olimpiya Stadionu

B qrupu

20:00. Danimarka - Finlandiya

23:00. Belçika - Rusiya

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}