Son dəqiqə
12-06-2021, 11:39
1482

Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın 11 iyun 2021-ci il tarixli plenar iclasda çıxışı

Milli Məclisin Sədri xanım Sahibə Qafarovanın 11 iyun 2021-ci il tarixli plenar iclasda çıxışı


Hörmətli həmkarlar, həmişə olduğu kimi, Azərbaycan tarixinin möhtəşəm hadisələri ərəfəsində biz Milli Məclisin iclaslarında onları qeyd edirik və bu iclasımız da Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. Bir neçə gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcəkdir.

Hörmətli həmkarlar!

Məlumdur ki, ümummilli liderlər xalqların milli fəlakətlər ilə üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. 1993-cü il iyun ayının 15-də xalqın təkidli tələbi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıtması parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı uçurumun bir addımlığından geri qaytardı.

Ulu öndərin siyasi iradəsi, qətiyyəti, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək qabiliyyəti sayəsində xalqımız müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bildi. Ümummilli liderimizin o dövrdəki fəaliyyətinin əhəmiyyəti onun belə bir kəlamında çox dəqiq ifadə olunmuşdur: “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”.

Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa ha¬zır olmaq nümunəsidir. Ümummilli liderimizin 30 ildən artıq dövrdə Azərbaycanın rəhbəri kimi fəaliyyətini nəzərə alaraq, əminliklə söyləmək olar ki, müasir Azərbaycan Respublikası Heydər Əliyev dühasının məhsuludur.

Hörmətli həmkarlar, Ulu öndərin başladığı qurtuluş və quruculuq missiyası bu gün eyni əzm və iradə ilə davam etdirilir. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət Azərbaycanı zirvələrə yüksəltmişdir. Onun siyasi-diplomatik və sərkərdəlik məharəti sayəsində 44 günlük Vətən müharibəsində əzəli və tarixi torpağımız olan Qarabağın erməni işğalından azad edilməsi, tarixi ədalətin bərpa olunması və dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi Cənubi Qafqazda yeni reallıq yaratmışdır.
Bu gün Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli bir dövlətdir. Əminəm ki, Azərbaycan dövləti daim var olacaq, Ulu öndər Heydər Əliyevin dediyi kimi, “əbədiyyətə qədər yaşayacaqdır”.

Milli qurtuluş günü münasibəti ilə hörmətli həmkarlar, mən sizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinə daimi inkişaf və yeni uğurlar arzulayıram.

XəbərTv.info

Digər xəbərlər

Qaradağda koronavirusa qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir
Blinkenin ardınca Leyen də Əliyevə zəng etdi: Seçim…
Tağı Əhmədova qarşı 2 milyon manat dələduzluq edən şəxs yenidən hakim qarşısında
Məhkəmə icraçısı Vüqar Qasımov qərarları rüşvətlə icra edir ?- Arif Qasimovun qardaşı qanunları saymır ?
Rövşən Əhmədova yüksək vəzifə VERİLDİ
Paşinyan Qarabağla bağlı razılaşmanı imzalamasının səbəbini açıqladı
Teledərslərin sabaha olan cədvəli
Azərbaycanda təhsillə bağlı qərar verildi - RƏSMİ
Şəhriyar Məmmədyarov: "Teymur Rəcəbov İddiaçılar Turnirinə dəvət edilməlidir"
Ukraynalılara zorla Rusiya pasportu paylanılır -
Sertifikasiyadan keçməyən müəllimlərin nəzərinə: Yalnız bu halda müəllim işləyə bilərlər
Ziya Məmmədov 10 milyard pulu necə xərcləyib?
Azərbaycan niyə Olimpiadada qızıl medal qazana bilmədi? - SƏBƏBLƏR
Gecə saat 3-5 arası yuxudan ayılırsızsa....- Beyniniz sizə bunu demək istəyir
Gəncədə baş həkimin pul düşkünlüyü və ölümə sövq edilən xəstələr
Oyun dağılıb: Xəstə müalicə edilir -
Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - VİDEO
Azərbaycan neftinin qiyməti 127 dolları ötdü
Bank nəhəngi Goldman Sachs da Rusiyanı tərk edir
Putin Azərbaycana gəlir
İyunun 21-i Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
AMEA-da yeni şöbələr yaradılıb, təyinatlar olub
Azərbaycanda evi necə almaq olar? -
İlham Əliyev: "Ermənistan müharibəyə hazırlaşır"
Tayson təyyarədə sərnişini DÖYDÜ -
DİN-dən xaricə getmək istəyən şəxslərə XƏBƏRDARLIQ!
Bakıda bu qadın yeniyetmələri görün nəyə məcbur edir
169 milyon dollarla qaçdığı deyilən Əşrəf Qani danışdı: “Bir paltar və çəkələyimlə...” - VİDEO
Maskalar yırtıldı, oyun bitdi -
Rus əsgərlərinin cəsədləri ilə dolu avtomobil -