Son dəqiqə
17-06-2021, 20:30
2280

Ağsuda sayğac qalmaqalı – VİDEO

Ağsuda sayğac qalmaqalı – VİDEO


Ağsuda qaz sayğacları ilə bağlı qalmaqal yaşanıb.

Rayonun Bico kənd sakinlərinin HİT.Az-a ünvanlıdğı müraciətdə qeyd edilir ki, özlərini yerli Qaz İstismar İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər kənddə smart sayğacları mexaniki sayğaclarla əvəzləməyə başlayıb. Kənd sakinləri isə buna etiraz edib: “Bizim smart sayğaclardan narazılığımı yoxdur. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, bu adamların əlində nə bir qərar, nə bir təlimat, nə də hansı vəzifənin sahibi olduqları barədə sənəd var. Söz soruşanda “Siz kimsiniz ki, sizə sənəd göstərək” deyə kobudluq edirlər”.
Müraciətdə qeyd edilir ki, sakinlər baş verənləri telefonun yaddaşına köçürməyə başlayanda həmin şəxslər bir qədər geri çəkiliblər. “Çəkilişdən əvvəl mənəm-mənəm deyirdilər. Sayğacları dəyişməyənləri polislə hədələyirdilər və s. Amma çəkilişi görən kimi bu adamların başında duran şəxs xoş rəftara keçdi. Hətta sənədini də təqdim etmək istədi. Lakin sonradan fikrindən daşınaraq yanındakı adamlarla ərazini tərk etdi. Sonradan bildik ki, bu şəxs Ağsu Qaz İstismar İdarəsinin gözətçisi Nəcim Süleymanov imiş. Deməli, Süleymanov gözətçi olduğunu gizlətmək məqsədilə sənəd təqdim etməkdən çəkinirmiş”, - deyə müraciət müəllifləri bildirib.
Sakinlər əlavə edib ki, işlək sayğacların dəyişdirilməsi könüllü olsa da, Ağsu Qaz İstismar İdarəsinin rəhbərliyi hansısa səbəbdən bunu məcburi etmək istəyir. “Bütün dünya kart sisteminə keçdiyi halda, bizdə proses niyə tərsinə aparılır, başadüşülən deyil. Digər tərəfdən, Ağsunun yenicə vəzifəyə təyin olunmuş Qaz İstismar İdarəsinin müdiri dövlətin vətəndaşına verdiyi mavi yanacağı adi bir gözətçinin əli ilə sayğac bloklamaqla necə dayandıra bilər? Biz hüquqi dövlətdə yaşamırıqmı?!
Əgər söhbət sayğacların istismar müddətindən gedirsə, yenə smart tipli sayğaclar quraşdırılsa, daha müvafiq olar", - sakinlər vurğulayıb.
Onlar apardıqları çəkilişin surətini də redaksiyamıza yollayıblar. Həmin görüntüləri təqdim edirik.




XəbərTv.info

Digər xəbərlər

Parlamentdə bir sıra qanun layihələri ikinci oxunuşda qəbul edilib
Sergey Lavrov Bakıda, İlham Əliyevlə görüşdə
Millimiz UEFA Millətlər Liqasında son oyununa çıxıb
Yoluxanlarla bağlı bu günə olan statistika
Salyanda azyaşlı kanala düşərək boğuldu
Bakıda avtomobil evakuatorla toqquşdu
Ordumuz işğaldan azad edilmiş ərazidə Azərbaycan Bayrağını sancdı - VİDEO
İcra başçısı karantin qaydalarını pozaraq, içki məclisi təşkil etdi - VİDEO
Düşmənin kəşfiyyat-diversiya qrupu belə məhv edildi - Video
Neftçilər xəstəxanasında " Növbəti qurban O oldu."- Ramina Eyvazqızınln acı fəryadı...
İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul etdi
Mingəçevirdə ana və uşaqlarını maşın vurdu
Beynəlxalq karate yarışı Heydər Əliyev Mərkəzində keçiriləcək -
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR...
Prezident: "Sizin onlardan xoşunuz gəlirsə, verin Marsel şəhərini, onlara orada ikinci dövlət yaradın"
Prezident Natiq Qarayevlə bağlı sərəncam imzaladı
Direktorların işə qəbulu üzrə imtahanlar başlayır
Ağdamdakı Birgə Monitorinq Mərkəzindən reportaj - VİDEO
Azərbaycanda ötən ay 12 nəfər dərmandan zəhərlənib
İlham Əliyev ABŞ prezidentinin müşaviri ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə etdi
Eldəniz Quliyev Milli Şuradan istefa verdi
Ceyhun Bayramov xarici işlər naziri oldu
“Digər icra başçıları rüşvət almağa davam edirlər”
Yoluxanların sayı 1000-dən aşağı düşdü
Əli İnsanov iqtidar dairələri ilə anlaşıb?
Sahil Babayev, bu ailənin pulunu kəsmək nə qədər ADİLDİR? -  VIDEO
Daha bir xəstəxananın şöbə müdiri saxlanıldı - Rüşvətə görə
Bu qidalar xərçəngə gedən yoldur.
Arnold Şvartseneqqer qəzaya düşdü -
Erməni tankının Şuşada Azərbaycan Ordusu tərəfindən məhv edilmə anı - VİDEO
{sape_links}{sape_article}