Son dəqiqə
7-07-2021, 12:49
2379

“Pearl Construction” ikiotaqlı evimizin əvəzinə birotaqlı mənzil verir”

“Pearl Construction” ikiotaqlı evimizin əvəzinə birotaqlı mənzil verir”


Bakıda pilot layihə əsasında mənzili sökülən vətəndaş indi ona təqdim edilən evdən narazıdır və tikintini həyata keçirən “Pearl Construction” MMC-nin müqavilə şərtlərini pozduğunu iddia edir.

Mənzilin sahibi Luptakova Qalina “Qafqazinfo”ya müraciət edərək bildirib ki, pilot layihə kimi 5 dekabr 2017-ci il tarixdə “Pearl Construction” MMC-nin icraçı direktoru Əliyev Fərhad Rauf oğlu ilə Bakixanov küçəsi, ev 31, mənzil 5 ünvanının sökülməsi üçün təhvil verilməsi barədə müqavilə imzalayıb.

Vətəndaş bildirir ki, onun evi iki ayrıca otaq, ayrı mətbəx olmaqla hər birinin pəncərəsi olub, eyni zamanda mənzilin görünüşü həm həyətə, həm də parka olmaqla mənzilin sahəsi daxildən 56.61 kv.m olub.

Müqavilənin şərtlərinə görə, şirkət ona yeni tikilən binanın 1-ci girişi, 12-ci mərtəbəsində sahəsi 68.5 kv.m olan, 2 otaqlı mənzil təhvil verməli imiş.

Q. Luptakova qeyd edir ki, hazırda onlara verilən mənzil layihə üzrə bir otaqlıdır: “Eyni zamanda mənzilə gün düşmür, binananın içəri tərəfindən küncdədir, yaşayış üçün tam əlverişsizdir. Müqavilə üzrə bizə təqdim edilən mənzil 1-ci girişdə olması göstərilib, lakin hazırda təqdim edilən mənzil 2-ci girişdədir. Bizi bir otaqlı mənzil qane etmir, müqavilə şərtlərinin pozulmasına görə hazırda bizə təklif edilən mənzildən imtina edirik. Biz bu müqavilə üzrə bizə verilməli olan mənzili tələb edirik, yəni, layihə üzrə 2 otaqlı, ayrıca mətbəxi (hər birinin pəncərəsi olmaq şərti ilə), içərisinin tam ölçüsü 68.5 kv olan mənzil istəyirik”.

Q. Luptakova iddia edir ki, şirkətin əsl sahibi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov olduğu üçün şikayətinə baxılmır: “Biz şikayət edəcəyimizi dedikdə özünü satış müdiri kimi təqdim edən Məzahir adlı şəxs dedi ki, şirkətin sahibi Namiq Hümmətovdur, bizə heç kim heçnə edə bilməz, hara istəyirsiz şikayət edin”.

“Pearl Construction” MMC-nin nümayəndəsi Əsədov Məzahir “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, hələ həmin vətəndaşa veriləcək mənzil onlara təqdim edilməyib: “Bu pilot layihədir, bina tam təhvil verilməyib. Hazırda mənzillərdə təmir işləri davam edir. Həmin şəxsə mənzil təhvil verilməyibsə, onu neçə otaqlı olacağını bilə bilməz. Sadəcə təmir gedərkən gəlib binaya girib mənzillərə baxıblar. Vətəndaşın evi əvvəlcədən 2 otaq olubsa, tikilən mənzil də elə olacaq”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verərək qeyd edib ki, Namiq Hümmətovun həmin şirkətlə heç bir əlaqəsi yoxdur: “Əgər mənzillə bağlı hər hansısa problemləri olsa, məhkəmə ilə həll edə bilərlər. Çünki burada münasibətlər şirkətlə vətəndaş arasında imzalanan müqaviləyə əsasında formalaşır”.

XəbərTv.info

Digər xəbərlər

Özəl şirkətlərin ölkəyə qazandırdığı gəlir həcmi açıqlandı - FOTO
Azərbaycan cəmiyyətində qadınların payı - STATİSTİKA
Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyən könüllülərə müraciət etdi
İcra başçısı koronavirusa yoluxdu - İcra Hakimiyyəti karantində
DİM-dən imtahan verəcək şəxslərə MÜRACİƏT
“AzerTelekom” rəhbərindən seçki təxribatı - FAKT
Azərbaycan Prezidenti: “Mən hesab edirəm, artıq hər kəs başa düşüb ki, dövlət məmuru nümunə olmalıdır”
Halil Sezai saxlanıldı
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Ölkə üzrə neçə nəfər COVID-19 əleyhinə peyvənd olunub?
Adil Əliyev: Şərəf salnaməsi və Zəfər dastanı
Poliklinikanın baş həkimi Xəzər TV-nin xanım əməkdaşına hücum etdi
Ötən gün ölkədə heç kim vaksin olunmayıb
Milli Məclisin deputatı moldovalı biznesmenin qızını Bakıda evində gizlədir – VİDEO
Paşinyanın gizləndiyi yer məlum oldu
Türkiyə hərbçiləri Bakıda Qələbə paradında iştirak edəcək
Məşhur olmaq istədi, özünü YANDIRDI - VİDEO
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb
Ermənistan MN-nin Hərbi Nəzarət Xidmətinin rəisi də istefa verib
Milli Məclisdə koronavirusla bağlı distant təhsilə dair təklif irəli sürülüb
Gürcüstan Baş naziri istefa verdi
Rəşad Sadıqov 50 min manat… - İdman camiəsi də yardıma başladı
Daha 2 məktəb distant tədrisə keçdi
Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək
Azərbaycan hərbçiləri Ağdamda erməni ailəsinə kömək etdi - VİDEO
Azərbaycanda tanınmış bankir daha bir vəzifədən İSTEFA VERİR - Eldar Mahmudovun yaxınıdır...
Bu rayonlarda iki gün qaz olmayacaq
Rusiyanın iki şəhərindən Lənkərana aviareyslər açılıb
Ağdamı tərk etmək istəməyən erməni əsgərlərinə xəbərdarlıq edildi - VİDEO
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
{sape_links}{sape_article}