Son dəqiqə
10-07-2021, 17:46
2448

Zaur Aslanovun Nazirə xəyanəti

Zaur Aslanovun Nazirə xəyanəti


Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin Beyləqanda yerləşən 18 saylı Regional xəzinədarlıq idarəsinin rəisi Zaur Aslanovun 5 rayonun idarə, müəssisə və təşkilatlara “racon kəsməsi” barədə yazımızdan sonra redaksiyamıza tənqid etdiyimiz şəxsin qanunazidd hərəkətləri, vəzifəsindən su-istifadə etməsi haqda yeni məlumatlar daxil olub. Sözügedən idarənin əhatə dairəsi kifayət qədər geniş (Beyləqan, Füzuli, Ağcabədi, İmişli, Xocavənd) olduğundan, oxucuların reaksiyasının özünü çox gözlətməyəcəyini bilirdik.

RealMedia.az-a daxil olan növbəti ilginc məlumatlardan birinə görə, pandemiyanın vüsət aldığı 2020-ci ilin sentiyabr-dekabr aylarında Zaur Aslanov Beyləqan Rayon İdman və Gənclər İdarəsinin rəisi Sənan Quliyevlə anlaşaraq kağız üzərində guya hansısa kütləvi idman tədbirinin keçirildiyini rəsmiləşdirib. Özü də birini yox, ikisini. Aydın məsələdir ki, bu rəsmiləşdirmənin ən vacib kriterisi həmin təyinatla dövlət vəsaitini büdcədən çırpışdırmaq olub.

Bu mövzuda qələmə aldığımız ötən yazıda qeyd etdiyimiz kimi, xəzinədarlıq sistemi maliyyə nazirinin birinci müavini Azər Bayramovun kurasiyasında olduğundan, Zaur Aslanov özünü cəmiyyətə hər vəchlə məhz Azər Bayramovun yaxın adamı kimi təqdim etməkdə fayda görür. Sitat: “Əslində isə o, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sabiq sədri Əhməd Əhmədzadənin müavini, Füzuli rayonundan olan Rafiq Aslanovun qardaşı oğludur və Füzulidə maliyyə rəisi işlədiyi vaxt bu qohumluq amilindən geninə-boluna yararlanıb… Zaur Aslanovun büdcə təşkilatları qarşısında qoyduğu korruptiv tələblər artıq bütün hədləri aşıb, heç bir çərçivəyə sığmır. Bildirilir ki, Zaur Aslanov 5 rayonun büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarına ayrılan pulu onlara faizlə satır. Təmir-abadlıq işləri, ehtiyat hissələrinin, yanacaq və sürtgü materiallarının, inventar və avadanlıqların alınmasına, uşaq bağçalarına ayrılan pulları almaq üçün mütləq Zaur Aslanovun olmayan “bığının altından” keçməlisən” İş gördürən, xidmətlərdən istifadə edən büdcə təşkilatları elan etdikləri tender və kotirovka sorğularında qalib çıxan firmalara pul köçürmək üçün Zaurun şərtlərinə mütləqü boyun əyməlidirlər. Yoxsa, o, işi pozmaq üçün necə olur-olsun, “səbəb” tapacaq, “qırmızı xətt” qoya bilər”.

Yeri gəlmişkən, müşahidə olunan başqa bir mənfi tendensiya barədə. Nazir müavini Azər Bayramovun çoxdandır ki, maliyyə naziri Samir Şərifovun yerinə göz dikdiyi deyilir. O, xeyli vaxtdır ki, Nazirliyin yerlərdəki regional struktur vahidlərinə öz adamlarını rəhbər vəzifələrə yerləşdirib. Onların qarşısına qoyduğu korruptiv tələblər isə istər-istəməz nəhayət etibarilə cənab nazirin özünün cəmiyyətdəki nüfuzuna xələl gətirir. Görünür, Azər Bayramov məqsədli şəkildə Samir Şərifovu dövlət rəhbərliyinin gözündən salacaq, getməsini şərtləndirəcək bir atmosfer yaratmaq istəyir.

XəbərTv.info

Digər xəbərlər

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin edib
İlham Əliyev: “Mən hər gün özümə bu sualı verirəm”
Məktəb direktoru Vətən müharibəsində şəhid olub
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. (AÇIQLAMA)
Nazir əmr imzaladı: Azərbaycanda yeni peyvənd...
Bu ərazilərdə işıq olmayacaq
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verib
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
DƏHŞƏT! Azərbaycanlı yeniyetmə 10 yaşlı uşağı GÜLLƏLƏDİ
Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi
Murad Muradov vəfat etdi
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı
Gürcüstan Ermənistan ərazisinə hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoydu
MN: “Su-25 təyyarəmiz vurulmayıb”
İlham Əliyev Xocalıda - VİDEO
Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Kəlbəcərin Zar kəndinin görüntüləri
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı
Nemət Pənahlının avtomobilini cərimə meydançasına apardılar -
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Bizim dairəni şəxsi nəzarətinizə götürün"
Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTO - VIDEO
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
Stolbenberqin Kalininqradla bağlı Rusiyaya xəbərdarlığı