Son dəqiqə
21-07-2021, 11:33
2359

Allahşükür Paşazadə: “Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var” - VİDEO

Allahşükür Paşazadə: “Qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var” - VİDEO


“İşğaldan azad edilən torpaqlara gedəndə neçə illərdir necə bir təbiətə məxsus əraziləri itirdiyimizi anladım. Belə gözəl yerlər, dağlar, çaylar, bağlar 30 il ermənilərin ayaqları altında tapdalanıb”.

XəbərTv.info məlumat verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində qılınan bayram namazından sonra çıxışında deyib.

O bildirib ki, işğaldan sonra Ağdamı görəndə tanımadım:

“Düşündüm ki, bura insan ayağı dəyməyib. Bütün Ağdam torpaqları, evləri darmadağın idi. Yalnız məscidin iki minarəsi var ki, içərisində divarlara elə sözlər yazıblar ki, mən dilə gətirə bilmirəm. Məsciddə uzun illər haram heyvanlar saxlanılıb.

Şuşaya getdiyimdə də küçələri dağıtdıqlarını gördüm. Dövlətimiz və xalqımız torpaqlarımızı bərpa edəcək. Çünki orada bizim şəhidlərimizin ruhu, qanı var. Bu qalibiyyət xalqındır, xalqın oğullarınındır. Dualarını etdiyimiz Qarabağ torpaqları azaddır”.

Allahşükür Paşazadə onu da qeyd edib ki, qələbəyə çatmağımızda Türkiyə və İranın böyük zəhməti var:

“Mən bunu bilirəm, hamısını açıqlamaq istəmirəm. Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz bəlkə də olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xomenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xomeneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı. Dövlət başçımız İlham Əliyev cənablarına və Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Allahdan diləyirəm ki, bundan sonra bizi müharibələrə, əziyyətlərə düçar eləməsin, dünyada sülh yaransın”.


Digər xəbərlər

Əgər iş həkimlərin insafına qalarsa... - “Artıq evimdə satmağa heç nə qalmayıb”
Baba Rzayev buraları elə günə qoyub ki...
Mehriban Əliyeva Xalq artistinin müalicəsini öz üzərinə götürdü
Səfər Mehdiyev xalqı öz gömrüyündən utandırır - qəddarlıq, işgəncə, monopoliya...
İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı
Şuşan Stepanyan istefa verdi
Bakıda iki bacını avtomobil vurdu
İlham Əliyev Ərdoğanla telefonla danışdı
Prezident: “Onların dərsini verməsək, Moskvaya danışıqlara qaçardımı?”
“Ermənistana silah göndərən bütün ölkələri…” – Əliyevdən sərt xəbərdarlıq
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh
Bakıda qadın və uşaq sığınacağına hücum olub, xəsarət alanlar var
Nizami rayonunda park kimlər tərəfindən işğal olunub? -
Putin Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan etdi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Rusiya XİN: "Beş rayonun qaytarılmasının tərəfdarıyıq"
Gəncədə qadın əri tərəfindən yandırıldı - VİDEO
“Hər gün 100 cəsəd göndərin, ailələrinə bu barədə məlumat verməyin” - Ermənilərin yazışması ələ keçirildi
"Bu şəhərdə" Mir Şahini belə parodiya etdi — VİDEO
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı
Ərəb şeyxinə ərə gedən azərbaycanlı gimnast "İnstaqram" vasitəsilə kömək istədi - FOTO
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Ağdamda “Park Forest Otel Ağdam” otelinin təməl qoyma mərasimi
Baş infeksionist: “İki doza vaksindən 10 gün sonra temperaturun olması peyvəndlə bağlı deyil”
“Vilyam Hacıyev ailəsi ilə kirayədə qalır” - İH-dən açıqlama
Cəlilabad rayon icra başçısı Namiq Zeynalov rüşvət alarkən saxlanıldı
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi
Bakıda 120 mindən çox bina söküləcək
Laçın Məmmədovu güllələyən "Lotu Quli"nin adamı saxlanıldı — VİDEO
{sape_links}{sape_article}