Son dəqiqə
26-07-2021, 10:26
2611

“Ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir”

“Ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir”


Tarif Şurasının dərman vasitələrinin qiymətlərilə bağlı son qərarından sonra paytaxt apteklərindən bir sıra dərmanların yoxa çıxdığı deyilir. Bu barədə aptek satıcıları məlumat veriblər. Onların sözlərinə görə, xüsusilə ürək, mədə, təzyiq və qan dövranı xəstəliklərinin müalicəsində istifadə edilən dərmanlar gətirilmir. Metronun «Əhmədli» stansiyasının yaxınlığındaki aptekin satıcısı Aygün Abbasova Meydan TV-yə bildirib ki, son günlər “Korvalol”, “Valerian” kimi dərmanlar apteklərə verilmir:

«Ucuz satılan “Valerian” gün ərzində cəmi 5 dənə verilir. Sonuncu dəfə belə hal koronavirusla bağlı gərgin vaxtlarda olmuşdu. Halbuki gün ərzində ən çox soruşulan dərmanlardan biridir. Eləcə də aptekə gələnlərin əksəriyyəti “Korvalol” istəyir.

O da məlum olub ki, “Diana 35”, “Nizoral” şampun, “Sistein Ultra”, “Tears” göz damcıları, “İndometasin” məlhəmi, “Kleksan 0.6” dərmanları da tapılmır.

Meydan TV əməkdaşı bir neçə aptekə baş çəkərək adıçəkilən dərmanlarla maraqlanıb və hamısından “yoxdur” cavabını alıb.

Aptek işçiləri deyiblər ki, gün ərzində demək olar ki, bir neçə dəfə bu dərmanlardan istəyənlər olur. Həmçinin yüksək qan təzyiqi üçün istifadə edilən “Bisotens”, mədə xəstəlikləri üçün təyin edilən “Qaviskon”, “De-Nol” da məhdud sayda verilir. Aptek satıcıları bildiriblər ki, həmin dərmanların əvəzediciləri var, amma 4-5 dəfə bahadır.

“Zeytun” Apteklər Şəbəkəsindən Meydan TV-yə bildiriblər ki, bəzi dərmanlar ola bilsin ölkəyə gətirilmir. Lakin bunun səbəbini bilmirlər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə deyiblər ki, onlar ölkəyə gətirilən dərmanların keyfiyyətinə nəzarət edirlər. Dərmanlar və apteklər özəl sektora aid olduğundan müdaxilə edilə bilməz. Firmaların özləri hansı dərmanı gətirib-gətirməyəcəyinə qərar verir.

Dərman firmalarından birinin adını açıqlamaq istəməyən əməkdaşı isə deyib ki, ölkəyə ucuz, amma keyfiyyətli dərman preparatlarının gətirilməsi firmalara sərf etmir.

XəbərTv.info

Digər xəbərlər

Gürcüstanda azərbaycanlılarla svanlar arasında kütləvi dava olub - VİDEO
Qalmaqallı `Sipark` şirkətinin İŞİ MƏHKƏMƏDƏ... -
Ramiz Mehdiyev və Əli Həsənov Əli İnsanovla görüşüblər — SENSASİYA
Bu şəhərə hansı adla qayıdacaqsan
Cavid Qurbanov öz kadrını QORUYA BİLƏCƏKMİ? - VİDEO
Füzulidən Şuşaya çəkilən yolun ərazisi minalardan təmizlənir - VİDEO
Təhsil Naziri "Facebook"da intihar etdiyi deyilən müəllimə barədə yazdı
ABŞ Navalnıya görə Rusiyaya qarşı sanksiyalar hazırlayır
Oğurladığı maşını evakuatorla geri qaytardı
Prezident işğaldan azad edilən yeni yaşayış məntəqələrinin adını açıqladı
Şəkidə 4 yaşlı uşağı maşın vurub öldürdü
DİN: Sərt karantin günlərində Bakını icazəsiz tərk edənlərlə bağlı araşdırmalara başlanılıb
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın: sakinlər təxliyə edildilər
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Nigar özünü və iki azyaşlı uşağını binadan aşağı niyə atıb, daha əvvəl nələr baş verib... - HƏTTA HAKİM GÖRDÜKLƏRİNDƏN ŞOKA DÜŞÜB
Ermənilər daha bir mülkini yaraladı
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Azərbaycanda vaksinasiyadan keçənlərin sayı açıqlanıb
Avropa Liqasında gecənin nəticələri
Fəvvarələr meydanında 3 gün iftar süfrəsi təşkil ediləcək
Qarlı havaya görə bəzi məktəblərdə dərslər TƏXİRƏ SALINDI
Faktiki hava açıqlandı
Britaniya Qarabağda minatəmizləməyə kömək edəcək
Nazir icra başçısının oğluna yüksək vəzifə verdi -
Düşmənə məxsus Su-25 təyyarəsi məhv edildi
Sumqayıtda sexdən 31 ton metal oğurlanıb
Ölkədaxili icazəsi olanlar Bakıdan rayonlara gedə biləcək - DİN-dən açıqlama
2020-ci ildə dövlət şirkətləri Azərbaycana nə qədər gəlir gətirib? - REYTİNQ + FOTO
Sirkdə faciə: ilan gənci tamaşaçıların gözü qarşısında boğdu - VİDEO
Eldar Həsənov öz istəyi ilə DTX-nin təcridxanasında qaldı
{sape_links}{sape_article}