Son dəqiqə
27-07-2021, 10:27
2463

Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Ramiz Zeynalovun sərvətinə sərvət qatacaq yeni qapı...

Ötən gün Bakı qeydiyyatında olan maşınlara yeni nömrə kodunun verilməsi ilə bağlı məlumatlar yayıldı. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyevin sözlərinə görə, artıq Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni "77” seriyalı şərti kodun verilməsinə başlanılıb.

Dövlət rüsumunun olmasına rəğmən, heç kəsə sirr deyil ki, "zerkalnı" dövlət nömrə nişanlarına külli miqdarda pullar, hətta bəzən fantastik məbləğlər xərclənir. İndi isə, hələ 10, 90 və 99-la başlayan nömrələr bitməmiş, yeni qazanc imkanı peyda oldu – 77 seriyası...

Gələk məsələnin ən maraqlı hissəsinə...

Bəllidir ki, eynirəqəmli, cüt, güzgü effektli kimi bahalı nömrələri almaq hər adama qismət olmur. Bunun üçün ya Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat şöbəsində yaxşı tanış tapmalısan, ya da pullu olmalısan ki, tələb olunan məbləği ödəməkdə xəsislik eləməyəsən. Avtomobil sahibləri arasında "prestijli” nömrələr sayılan həmin qeydiyyat nişanlarına malik olanların əksəriyyəti vəzifəli şəxslərin övladları, məmurlar, digər pullu-paralı şəxslərdir.

Görünür, uzun illərdir kreslosundan əl çəkməyən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov yeni "zerkalnı nömrə” ilə daha zəngin təqaüdçü həyatına hazırlaşmaq niyyətindədir. Nəzərə alsaq ki, paytaxt yollarında cüt, eynirəqəmli, güzgü effektli kimi qeyri-adi nömrə nişanları olan kifayət qədər bahalı xarici avtomobillər şütüyür, yeni "77” seriyasına talib olanların növbədə durduğunu təxmin etmək də çətin olmaz. Hətta məlumata görə, artıq "77 ZZ 777” nömrəsi 200 min manata satışa çıxarılıb. Odur ki, Zeynalov təzə biznesi ilə sərvətinə sərvət qatacaq.

Digər qiymətlər:

Qeyd edək ki, avtomobillərin dövlət qeydiyyat nişanı (nömrəsi) ölkə ərazisində və ya xaricdə yol hərəkətində olarkən hər bir nəqliyyat vasitəsini fərqləndirən xüsusi lövhədir. Azərbaycanda avtomobillərə verilən qeydiyyat nişanı üçün dövlət rüsumu müəyyənləşdirilib və buna Baş Dövlət Yol Polisi İdarəsi nəzarət edir. Hətta məlumata görə, "zerkalnı" nömrə satışı ilə bağlı elanların çoxunu elan saytlarına Baş Dövlət Yol Polisi İdarəsi ilə əməkdaşlıq edən maklerlər yerləşdirir.

Qanunda nəzərdə tutulmuş qaydada – adi nömrələr 22 manat, seriya və rəqəmlərindən asılı olaraq "zerkalni” nömrələr isə 500-2500 manata satılır.

Daha detallı desək, qiymət nömrə nişanındakı rəqəmlərin və hərflərin düzülüşündən asılı olaraq dəyişir.

Müxtəlif hərflərlə 001, 002, 003, 004, 005, 006, 007, 008, 009 nömrələrinə görə dövlət rüsumu 1500 manat - bu rəqəmlərlə olan nömrədə hərflər eyni olarsa, qiymət 2500 manat;

Müxtəlif hərflərlə 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 nömrələri 1000 manat - hərflər eyni olduğu halda 1500 manat.

111, 222, 333, 444, 555, 666, 777, 888, 999 nömrələrində seriya hərfləri müxtəlif olduğu halda dövlət rüsumu 500, eyni olarsa, 1000 manat təşkil edir. (Sfera.az)

XəbərTv.info

Digər xəbərlər

Azərbaycanda narkotik alverçisini tutuldular
BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi
Avtobusda biabırçılıq: Qadına təcavüz edən kişinin başına oyun açdılar - FOTOLAR
Bakıda telefona baxan sürücü avtomobili aşırıb, xəsarət alan var
Hakimlərə etirazı rədd edildi – İndi də prokurordan narazıdır
Su kanalında hamilə qadının meyiti tapıldı
Ötən il dünyada 65 jurnalist qətlə yetirilib.
Türkiyədə təyyarə qəzası olub
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Azərbaycanda daha 449 nəfər COVID-19-dan sağalıb, 352 nəfər yoluxub, 13 nəfər vəfat edib
Pensiyalar bu tarixdə ödəniləcək
“Qarabağ” Avropa Liqasından yarım milyon avro qazandı
Tanrıverdi Mustafayevə vəzifə verildi
Gəncə təhsilində nə baş verir? - İDDİA
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Məşhur klubun adı və loqosu dəyişdirilir
Abşeronda sərnişin avtobusu yandı
Smartfonlardan “stepanakert” sözü itdi və Xankəndi yazıldı
İşıq pulunu belə hesabla və yarbayarı qənaət et!
Corc Floydun ölümünə səbəb olan polis sərbəst buraxıldı
Səlim Müslümovdan sonra: Növbə kimindir? - SİYAHI
Kəmaləddin Heydərov generalı təqaüdə göndərdi
Hərəyə bir nənə öpək - İki gün qaldı
DİN: Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib
Belçikada həftədə 4 gün işləmək təklifi qəbul edildi
Bakıda iki klinikanın rəhbəri işdən çıxarıldı
BSU-da 140 min manatın QARANLIQ TALEYİ - Rektor Dürdanə Əliyevanı ev dustağına çevirib?
4 yaşlı uşaq özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - MÖCÜZƏVİ HADİSƏ
Bakıda avtobusda biabırçılıq - VİDEO
{sape_links}{sape_article}