Son dəqiqə
17-08-2021, 15:09
2387

Olimpiadada uduzdurulmuş Azərbaycan əsilli idmançı həvəskar boksu atdı: “İyrəndim”

Olimpiadada uduzdurulmuş Azərbaycan əsilli idmançı həvəskar boksu atdı: “İyrəndim”

Fransanı həvəskar boksda təmsil edən Azərbaycan əsilli idmançı Murad Əliyev bundan sonra peşəkar boksda çıxış edəcək.

Bu barədə Xəbərtv.info -ya 26 yaşlı boksçunun özü deyib:

“Tokio Olimpiadasında azı bürünc medalım əlimdən alındı. Mənə qarşı hakimlər tərəfindən haqsızlıq edildi. Daha sonra hakimlərin səhv etdiyi etiraf olunsa da, artıq iş işdən keçmişdi. Ona görə də həvəskar boksdan iyrəndim.
Mən düşünürəm ki, Olimpiada medalımı qazanmışam. Ona görə də üç il sonrakı Paris Olimpiadasını gözləməyəcəyəm. Artıq peşəkar boksa keçməyin vaxtıdır. Sentyabr-oktyabr aylarında müqavilə bağlayacağam. Yəqin ki peşəkar boksda ilk döyüşüm dekabr və ya 2021-ci ilin yanvarında olacaq”.

Xatırladaq ki, Murad Əliyev 91 kq-dan yuxarı çəki dərəcəsində Olimpiadanın 1/4 finalında yarışarkən böyük britaniyalı Freyzer Klarka uduzdurulub. Onun rəqibin qaşına başla qəsdən zərbə vurduğu bildirilərək ABŞ referisi Endryu Mustakkio tərəfindən diskvalifikasiya olunub. Nəticədə Murad etiraz əlaməti olaraq rinqin kənarında 30 dəqiqə oturaraq oranı tərk etməyəcəyini bildirib. Daha sonra Murad içəri girsə də, yenidən qayıdaraq daha 15 dəqiqə etiraz olaraq rinqin kənarında əyləşib. Sonradan supervayzer hakimlikdə səhv olduğunu etiraf edib. Fransanın Milli Olimpiya və İdman Komitəsinin sabiq və indiki rəhbərliyi daha sonra Murada dəstək olub.

Onu da bildirək ki, Murad Əliyev 2001-ci ildə Rusiyadan Fransaya köçərək siyasi sığınacaq almış azərbaycanlı ailədə doğulub. 16 il sonra – 22 yaşında Fransa vətəndaşlığını alıb. Muradın atası Üzeyir də keçmiş həvəskar boksçu olub və SSRİ millisini təmsil edib.

Digər xəbərlər

Bəzi xəstəxanaların baş həkimləri işdən çıxarılıb, töhmət verilib
Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ -
Putin göstəriş verdi: Rusiya başlayır...
Kimin dərsi nə vaxt başlayır?
İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi
Son sutkada 15 nəfər COVID-19-dan vəfat edib
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Rövşən Əkbərovun yerinə bu general TƏYİN OLUNDU - FOTO
Naxçıvanda üç qurum ləğv olundu
5-ci sinifdən yuxarı şagirdlər üçün də qaydalar açıqlandı
Mübariz Qurbanlının rəis vəzifəsində çalışan qardaşı oğlu işdən çıxarıldı
Ağstafa Rayon İcra Hakimiyyəti karantin rejimini pozdu
Azərbaycanda yüksək vəzifəli şəxs vəzifəsindən azad edildi
"Real" məşqləri bərpa edir
Yanan şadlıq evinin sahibi kimdir? - Bu məşhur istirahət mərkəzi də onundur
Düşmənin 4 PUA-sı zərərsizləşdirilib
Prezidentin köməkçisi anti-Azərbaycan hesabatı hazırlayan vəkilin ittihamlarına cavab verib
Beynəlxalq kino festivalında Azərbaycan da təmsil olunacaq
SON DƏQİQƏ! Göyçayda daha bir MƏMUR SAXLANILDI
Sevil və Sevinc gəlinlik paltarında - FOTO
Bakıda qanunsuz küçə ticarətinə qarşı reydlər keçirilir
Ermənilər müğənni Sərdar Ortacı "öldürdü" - FOTO
Gömrük Komitəsinin milyonçu sədri Səfər Mehdiyevin QARANLIQ ƏMƏLLƏRİ  -
Çimərliklərdə nəzarət tədbirləri gücləndirildi
Müdafiə Nazirliyindən sosial şəbəkələrdəki saxta video ilə bağlı - Açıqlama
“Qarabağ”ın yeni transferi Bakıya gəlib
Dövlət başçısının mesajı bütün yerli icra hakimiyyəti orqanlarına aiddir -
Bu rayonlara yeni polis rəisləri TƏYİN EDİLDİ
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları bərpa edir
Azərbaycanda aprel qarı
{sape_links}{sape_article}