Son dəqiqə
18-08-2021, 16:43
2524

Rafiq Aslanov batırdığı “gəmilərin” əvəzini harada və kiminlə çıxarır?

Rafiq Aslanov batırdığı “gəmilərin” əvəzini harada və kiminlə çıxarır?


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, Əhməd Əhmədzadənin rəhbərliyi dövründə bulanan sular hələ durulmayıb. Cəmiyyətə 30 illik sədrliyinin son illəri, xüsusən də son bir neçə ayı Əhməd Əhmədzadə üçün ən çətin dönəm olduğunu desək yanılmarıq. Əhməd Əhmədzadə son illər iki gözəgörünməz qüvvə ilə mübarizə aparırdı. Səhmdar Cəmiyyətin daxilində, onun yerinə göz dikən kadrları və xaricdə oturub sosial şəbəkələrdə var-dövləti barədə məlumat yayanlarla mübarizə aparmaq Əhməd Əhmədzadə üçün heç də asan olmadı. Nəticədə Əhməd Əhmədzadə yenilmədi, amma vəzifəsini tərk etməli oldu.

Açıq internet resusrsları üzərindən axtarış verilərsə, onun yerinə göz dikənlər haqqında kifayət qədər məlumatlara rast gəlmək mümkündür. Biz onlardan birinin, adı daha çox hallanan Rafiq Aslanovun üzərində dayanmaq istərdik. Rafiq Aslanov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində mühasibdən başlayar Cəmiyyət sədrinin birinci müavini vəzifəsinə qədər yüksəlib. Yəni keçmiş sədri Əhməd Əhmədzadə kimi uzun müddət burada çalışıb. Həm də maliyyə sektorunda, ən yaxşı vəzifələrdə. Bu isə o deməkdir ki, Səhmdar Cəmiyyətin ən xırda problemindən başlayaraq ən böyük məsələləri məhz Rafiq Aslanovun masasının üstündən keçib. Elə Əhməd Əhmədzadənin yerinə oturmaq istəyi də, çox güman ki, buradan qaynaqlanır.

Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə Rafiq Aslanov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin başına keçmək üçün kifayət qədər ciddi məbləğdə pulundan keçib. Bu Əhməd Əhmədzadənin vəzifəsini tərk etdiyindən bir neçə ay əvvələ təsadüf edir. Hansı ki, həmin dövrdə dövrü mətbuat hamı bir nəfər kimi, keçmiş sədrin var-dövləti barədə məlumatlar tirajlayırdılar. İndi kim deyə bilər ki, sədrini devirmək üçün bu kompaniyanın başında Rafiq Aslanov dayanmayıb? Bütün bu proseslər gedə-gedə Rafiq Aslanov həm də qəfil bir sərəncamın veriləcəyi ümidi ilə yaşayırmış. Təbii ki, 05.04.2021-ci ilə, Zaur Mikayılovun səhmdar cəmiyyətə sədr təyin edildiyi günə qədər. Həmin gündən sonra Rafiq Aslanovun gəmiləri sözün əsl mənasında batıb.

Əldə etdiyimiz məlumatlara görə Rafiq Aslanov artıq verdiklərini geri ala bilməyə olan ümidlərini də itirib. Ona bir müddət hazırda tutduğu vəzifə ilə kifayətlənmək tövsiyyə olunub. O da bacısı oğlu İlqar Əliyevlə birləşərək batırdığı gəmilərin qalıqlarını toplamağa çalışırlar.

Rafiq Aslanovun bacısı oğlu Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxil Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin rəisi işləyir. Təbii ki, bacısı oğlunu bu vəzifəyə də vaxtında Rafiq Aslanov gətirib. İlqar Əliyev deyilənlərə görə Əhməd Əhmədzadənin vəzifə başında olduğu dövrlərdə qarşısıalınmaz bir şəxs olub. Arxasında istirahət otağı olmaqla lüks kabinet, lüks avtomobillər və daha nələr, nələr.

Keçək İlqar Əliyevin rəisi olduğu idarəyə. Bu idarənin funksiyalarına konkret olaraq nələrin daxil olması barədə məlumatımız yoxdur. Amma apardığımız araşdırmalar zamanı bu idarədə kifayət qədər böyük pulların dövr etdiyini gördük. Qeyd edək ki, İlqar Əliyev bu idarədə rəhbərliyə 2019-cu ildən gətirilib. Onun gəlişindən sonra idarə tərəfindən keçirilmiş tenderlərdə ayrılan vəsaitlər özlüyündə çox şeylər deyir. Bunun üçün idarənin keçirdiyi son bir neçə tenderə nəzər salmağımız kifayət edər.

Xüsusi nasoslar və mühərriklər üçün aqreqatlar, hissələrin satınalınması üzrə 1 597 866.27 manat məbləğində satınalma müqaviləsi 29.07.2021-ci il tarixdə “BAKI İNŞAAT LAYİHƏ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Avtomobil nəqliyyat vasitələri və digərlərinin satınalınması üzrə 3 827 108 manat məbləğində satınalma müqaviləsi 23.06.2021-ci il tarixdə “MARKETİNQ VƏ SERVİS MÜƏSSİSƏSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

İstehsalat nəqliyyat vasitələri və digərlərinin satınalınması üzrə 16 724 490 manat məbləğində satınalma müqaviləsi 23.06.2021-ci il tarixdə “CASPİAN EQUİPMENT COMPANY” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Satınalmaların vahid elektron portalına yeləşdirilmiş məlumatlardan da görindüyü kimi, Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi cari ilin iyun-iyul aylarında müxtəlif xidmətlərin alınmasına 20 milyon manatdan çox vəsait ayırıb.

İdarə təkcə təkcə “KASKAD-HİDRO” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə nasos aqreqatları və digər avadanlıqların satınalınması üzrə 2020-ci ildə 9 844 811 manat, 21.06.2021-ci il tarixdən 05.07.2021-ci il tarixə, yəni cəmi 14 günə ümumi dəyəri 8 158 192 manat olan 5 satınalma müqaviləsi bağlamışdır.

Qeyd edək ki, apardığımız araşdırmalar zamanı Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin keçirdiyi tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyini də gördük. Belə ki, tenderlərin şərtlər toplusunda alınan mallar barədə heç bir məlumat yerləşdirilməyib. Məsələn idarənin 16 724 490 manat vəsait ayırdığı, istehsalat nəqliyyat vasitələri və digərlərinin satınalınması üzrə keçirdiyi tenderdə alınan nəqliyyat vasitələrinin növü və markası barədə heç bir məlumat yerləşdirilməyib ki, bu da həmin texnikaların real qiymətlərinin gizlədilməsindən başqa bir şey deyildir. Bu göstərdiyimiz rəqəmlər Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsinin keçirdiyi 5-6 tenderə ayrılanlardır. Maraqlıdır, il ərzində burada nə qədər belə tenderlər keçirilir, və alınan malların qiymətləri nə qədər şişirdilir?

Təbii ki, bütün bunlardan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin gənc sədri Zaur Mikayılovun da xəbəri var. Yeni sədr indi Rafiq Aslanovun hansı durumda olduğunu yaxşı bilir və anlayır. Məlumatlara görə. Rafiq Aslanov da bu fürsətdən istifadə edərək, ehtiyyatı əldən verməmək şərti ilə Əhməd Əhmədzadənin yerinə keçmək üçün verdiyi pulları, yəni artıq batırdığı 10 gəminin qalıqlarını bacısı oğlu İlqar Əliyevlə birgə Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsindən çıxarmağa çalışırlar.

Xəbərtv.info

Digər xəbərlər

Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir – Ekspert (VİDEO)
Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Evlər ucuzlaşmağa başlayıb
Azərbaycanda Ermənistan siqareti satılır? - Gömrük Komitəsindən AÇIQLAMA
Sərvəti 200 mlrd dolları ötən ilk milyarder oldu
Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - ŞƏRH
İlham Əliyev bir sıra açılışlarda iştirak edib - VİDEO
Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb
Şirvanda yataqxanada yanğın olub: iki azyaşlı ölüb
Tovuzda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
DİN: Açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək
İlham Əliyev büdcə təşkilatlarında işləyənlərin və təhsil işçilərinin maaşlarını artırdı
ANAMA-nın əməkdaşı minaya düşdü
Ukraynada müharibə bu il bitə bilər? - RƏY
28 il öncə əsir düşmüş hərbçimiz tapılıb? - AÇIQLAMA
Milyarder Fərhad Əhmədov: “Rusiya ancaq Azərbaycanı dəstəkləyərək Cənubi Qafqazda möhkəmlənə bilər”
Putin Əliyev və Paşinyana zəng edib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Bakıda havada tozun miqdarı normadan artıqdır
`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB -
Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Əli Həsənovun biznes imperiyası: Vəzifədən getsə də...
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Məşhur generalın qudası həbs edildi
Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?
Xalqın sevgisini hər şeydən üstün tutan bizim Mehriban xanım - FOTO
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək
{sape_links}{sape_article}