Son dəqiqə
19-08-2021, 10:06
2262

MƏNİ 9 AYDIR YURDUMA HƏSRƏT QOYAN "QANUNLARINIZA" ETİRAZ EDİRƏM! VİDEO

MƏNİ 9 AYDIR YURDUMA HƏSRƏT QOYAN "QANUNLARINIZA" ETİRAZ EDİRƏM! VİDEO


İlk öncə deyim: 7 nəsil şəcərəmi dəqiq bilirəm. Köküm Qarabağ bəylərindən - Kəkilbəyovlardan, nəslim Vəlibəyovlardandı. Yəni, əsil Qarabağlı, əsil Ağdamlıyam. Baş Qərvənddənəm!

İkincisi, I Qarabağ müharibəsindən əvvəl atamın maşını vardı deyə yazın son ayında payızın ilk ayına qədər dağlarda, yaylaqlarda olardıq. Şuşa, Kəlbəcərin İsti suyu, Harov bulaq, (Hadrut) Damcı bulaq (Ağdamda) Zülfüqarlı, Narınclar (Narıştar), Çıraqlı ,Ağdərənin bir neçə kəndi bizim istirahət, gəzinti siyahımıza daxil idi. Laçının Kəlbəcərə yaxın bir kəndində də olmuşam –adı yadımdan çıxıb… Bir sözlə, yeniyetmə vaxtı ayağım dəyən yerlərin gözəlliyi, qoxusu, cəlalı yaddaşımda əbədi həkk olub. O yerlərə getmədiyim bu 30 ildə hər gecə, hər dəfə gözümü yumanda getdim, gəzdim gəldim.. Yuxularımı elə gerçek görürdüm ki, ayılanda bir müddət harda olduğumu anlaya bilmirdim… Bir də uşaqlığımın, yeniyetməliyimin ən şirin, qaygısız günləri keçən rayonumuz, kəndimiz gözlərim qarşısından heç getmir.
10 noyabr 2020-ci ildən sonra ürəyimdə böyük bir inam yaranmışdı ki, tez bir zamanda Əppəkli dərəni, Kəhrizlərin başını, Tosu arxının üstünü, Örüş yerini (düzən), Güllü məhləni, İbadullu, Kəkilbəyli tirəsini ziyarət edəcəyəm. Atamın, qardaşımın gözlərilə də oralara baxacağam. Çox ümidli idim. Bəzən yurdumla o möhtəşəm görüşü xəyalıma gətirib kövrəlirdim. Uzun sözün qısası, o yerlərdən ötrü nəinki 30 il elə indi də burnumun ucu, ürəyimin başı göynəyir.
Üçüncüsü- I Qarabağ müharibəsi gözlərim qarşısında başladı. O qanlı –qadalı günləri bütün acılığı, kədəri- dərdi ilə birgə yaşadım. Evimizə yığışıb gələn köçkünlər, kəndimizin şəhidlərinin yas mərasimləri, Xocalıdan pənah gətirən faciə görmüş insanlar, yaralılar... heç nəyi unutmamışam...unuda bilmirəm.
Üstəgəl bütün köckünlər kimi də köçkünlüyün ağrısını-acısını düz 28 ildir yaşayıram... və təəssüf ki bu yaşantılarım hələ də davam edir. Ötən ildən də lap artıb.
Dördüncüsü isə odur ki, düz 20 ildən çoxdur ki, peşəkar jurnalistikadayam və yaradıcılığımın 85 faizi də sırf Qarabağa həsr olunub. Qarabağın hər şeyindən yazmışam... alimindən sənətkarından, şəhidindən, əlilindən, köçkünündən, kəndindən, şəhərindən, yaylağından, dağından, daşından, gülündən, çiçəyindən, ağacından , meşəsindən bulağından çayından... həm xatırlamışam, həm xatırlatmışam... Hesab edirəm, (təvözakarlıqdan uzaq olsa da) özünü Qarabağa həsr edən cəmi bir neçə hörmətli jurnalistlərimizdən geri qalmamışam. Harda Qarabağa aid tədbir varsa orda oldum...
Yeri gəlmişkən, Prezidentimiz dəfələrlə çıxışlarında vurğulayırdı ki, sizi narahat edən bir problem olanda mənə müraciət edin, dərdinizi mənə deyin. Söz ağlımda qalmışdı. Bir gün yurdum üçün ürəyim qubar edəndə Prezidentimə müraciət ünvanladım. Arzumu dilə gətirdim, ev istəmirəm, mükafat istəmirəm, maşın, fəxri ad istəmirəm, yurdumu, kəndimizi, evimizi istəyirəm-dedim. Var olsun İlham Əliyevi müraciətimin ili tamam olmamış torpaqlarımız uğrunda 44 günlük müharibə başladı və çox şükür ki, torpaqlarımızın böyük bir hissəsi əlimizdədir. Amma müharibə başlamamışdan əvvəl məhz bu müraciətimə görə şəxsimə qarşı hücumlar oldu. Keçmiş iş yerimdən- “Qarabağ” qəzetindən işimdən oldum düz iki il məhkəmələrdə haqqımı aradım, üzərimə gələn hücumların qarşısını aldım. Nəisəki məhkəməni qazandım!Var olsun dövlətimi! haqqımı haqsıza yedirmədi.Bir sözlə, son 2 ildə başım çəkməyən bəla qalmadı.
Beşincisi- 44 günlük müharibə başladı. Mənə əziz olan hər şeyi arxada buraxıb (az yaşlı övladımı, 77 yaşlı anamı, qazi həyat yoldaşımı), cəbhə bölgəsinə getdim. düz 44 gün müharibə ərazisində, bombardman altında qalan yeganə qadın jurnalist idim! Haralarda olmadım, camaatımın imtahan günüydü, elə mənimdə!gücüm catan, çatmayan hər işin altına çiyin verdim!: Hərbi hissələrdə, hospitalda, bombardman olan nöqtələrdə, sığınacaqlarda. harda olay var orda. Əlimdən nə gəldi etdim..(Bunu oxuyan şahidlərim yəqin ki təsdiqləyəcəklər). Dəfələrlə ölümlə göz-gözə qaldım. Vaxt olub bombalanan ərazidə gizləndiyim çuxurdan (səngərdən) çıxa bilməmişəm Sutkayla ac qaldığım zamanlar olub. Geri çəkilməmişəm. Bərdə bombalananda video çəkmək əvəzinə qorxudan şok olmuş uşaqları, qocaları zirzəmilərə daşımışam. Ağlımın ucuna da gəlməyibdi ki, mən ölə bilərəm, şikəst ola bilərəm yağış kimi yağan qəlpələrin altında..
Bakıdan döyüş mövqelərində olan əsgərlərimizə yardım gətirən dostlara yetişmək üçün Ağcabədiyə bəzən Beyləqana getmək üçün sübh tezdən evdən çıxırdım.( O vaxt saat 6-dan tez olmayaraq heç bir minik maşını işləmirdi. Quzanlı atəş xətti idi deyə ümumiyyətlə o ərazidə avtobuslar yox idi) Ağcabədinin kəndlərindən qoyun almağa gedən köhnə, iydən baş çartlayan “Raf”larda sərnişin olmuşam.Nə bilim, hər addımda həyatıma mail olacaq böyük risklər etmişəm. İndi soyuq başla düşünürəm... Ay Allah mən nə böyük risqlər edirmişəm... Heyrət edirəm! Heyrət!
İşğaldan azad olmuş ərazilərə ilk turlar təşkil olunanda səbr elədim, növbəmi gözlədim, amma ora gedənlərin siyahısını görəndə anladım ki, bu dünyanın mizan-tərəzisi dövrəl –qədimdən necədirsə eləcə də gedir. Haqsızlıq Gördüm!
Siyahıda prezidentdən Qarabağını tələb edən vətənpərvəri işindən azad edən qanıdolaşıqlar vardı, qanıdolaşıqları müdafiə edənlər vardı. Qarabağın adını bir dəfə dilinə gətirməyənlər, onun şəhidinin, əlilinin birinin adını çəkib xalqa tanıtmaq meylində olmayanlar, 44 günlük müharibə dövründə Bakıdan çıxmayanlar, ordumuza maddi demirəm ən azı mənəvi dayaq olmayanlar Qarabağda, - Ağdamda, Cəbrayılda, Şuşada və s. selfi yarışına girdi. Haqqı olmayanlar həyasızcasına oralara axışdıqca, o yerlərdə balasının qanı tökülmüş şəhid yaxınları küsdülər, incidilər, I Qarabağ müharibəsində o yurd üşün vuruşub indidə şikəst həyatı yaşayanlar yurduna tamarzı qalıb yaralı-yaralı süründüyü torpağa həsrətdi...
Bir belə haqqı olanlara bir də mən qoşuluram! 9 aydı susuram və sizdən ədalət gözləyirəm! Niyə mənə kəndimizi ziyarət etməyə imkan vermirsiniz? Hansı günahıma, səhvimə, nöqsanıma görə bu əzab-əziyyəti mənə yaşadırsınız?
İndiyənə qədər susdum! Yetər! Sizin icad etdiyiniz "qanun"dan çıxmadım. Amma indi baxarsaınız! Sizin mənim həsrətimə qoyduğunuz qanunu görün mən necə ayaqlarım altına atıram?! Sizin "qanun"unuza görə düz 9 aydı evimə gedə bilmirəm!
İndi mən ora qanunsuz gedəcəm, qanunlarınızı pozaraq gedəcəm! Düşəcəm yolun ağına gedəcəm! O yerləri-cığırları heç kim mənim qədər yaxşı tanımaz! Gedəcəyəm! Həm də bir dəfə yox 10 dəfə, hər həsrət çəkdiyim ay üçün bir gediş edəcəyəmm! Baxarsınız!
Cəza verəcəksiniz? Dama basacaqsınız? Çıxacağam və birdə gedəcəm!
Mən 9 aydı ağıllı-ağıllı gözləyirdim ki, siz də ağıllı- ağıllı hərəkət edəsiniz! Etmədiniz ki? Etməyin! İndi görün mən dəli- dəli nələr edəcəm!
Baxarsınız!
Əntiqə Rəşid



Xəbərtv.info

Digər xəbərlər

Rusiyada 4 evsiz gecələdikləri quyuda YANARAQ ÖLDÜ
Azərbaycanda kart məlumatlarının oğurlanması ilə bağlı XƏBƏRDARLIQ
Sahil Babayev bu şəxslərin maaşının artırılmasından danışdı
Azərbaycanlı diaspor rəhbəri COVID-19-dan vəfat etdi
Abşeronda polis əməliyyat keçirib, saxlanılan var -
Əmisinin sümüklərindən gitara düzəltdi
“Daşnaksütyun”a xidmət edən azəbaycanlılar - SENSASİYA
Gəncədə maşın vurdu, Bakıda öldü
Azərbaycanda biabırçılıq: Tələbə qız müəllimindən uşaq dünyaya gətirdi - FOTO
İlham Əliyevlə Ərdoğanın Şuşada görüşünə son hazırlıqlar - VİDEO
Sumqayıtda müəllim koronavirusdan vəfat etdi
İlham Əliyev: “Biz Türkiyə Ordusunun daha kiçik modelini qururuq”
Ömrü uzadan 6 sadə vərdiş
Vilayət Eyvazov karantin rejimini pozanlardan danışdı
Azərbaycanda partiya sədri koronavirudan öldü - FOTO
Fərhad Əhmədovun qardaşı oğlu “Aznarı” darmadağın edir - FOTO
"Direktor başımdan bir neçə zərbə endirdi" - "EMBAVUD"dan ŞİKAYƏT
ABŞ-da 12-ci adam koronavirusa yoluxub
“The FTX Crypto Cup”: Teymur Rəcəbov Aniş Giriyə qalib gəldi
İstanbulda 39 nəfərin ölümünə səbəb olan terrorçuya 1368 il həbs cəzası verildi
DTX Əli Nağıyevin görüşü ilə bağlı yayılan məlumatı təkzib etdi
Zəngilanın Vəliqulubəyli kəndindən görüntülər - VİDEO
Prezidentdən Fuad Ələsgərovla bağlı SƏRƏNCAM
Metro açılsa da, həftəsonları işləməyəcək
Əskisi tüstülü olan İCRA BAŞÇILARI... - Onlar HƏDƏFDƏDİR...
“Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb”
Düşmən Tərtərdə daha bir mülki vətəndaşı öldürdü
DTX: Terror-təxribat təlimləri alan şəxs tutularaq Azərbaycana gətirildi
Pakistanda fəlakət
Cəlilabadda ağır avtomobil qəzası: Ölənlər var
{sape_links}{sape_article}