Son dəqiqə
30-08-2021, 19:19
2498

Deputat Əvəz Zeynallıya xəbərçilik etdi... – VİDEO

Deputat Əvəz Zeynallıya xəbərçilik etdi... – VİDEO

Xural TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı 86 saylı İsmayıllı Seçki Dairəsindən deputat seçilən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanovla bağlı maraqlı açıqlamalar verib.

Bakupost.az xəbər verir ki, o, N.Aslanovla bağlı efirdə səsləndirdiyi fikirlərə görə qarşı tərəfin ona zəng etdiyini və bu zaman bir neçə maraqlı məqamın ortaya çıxdığını bildirib.
Jurnalist qeyd edib ki, deputat Tahir Kərimlinin həbs olunan həmkarı Eldəniz Səlimovla bağlı məlum çıxışından sonra ona təzyiqlərin olmasıyla əlaqədar informasiyalar gedib və bu informasiyalarda Novruzəli Aslanovun da adı hallanıb. Tahir Kərimli Reaksiya.tv-yə açıqlamasında bildirib ki, həmin çıxışdan sonra həmkarları da ondan üz döndərib, yaxın dostu olan deputat qızının toyuna onu dəvət etməyib, hətta onunla bir liftə belə minməyib. Bu çıxışdan sonra isə mətbuat həmin deputatın Novruzəli Aslanov olduğu yazılıb. Çünki həmin dövrdə Milli Məclis üzvlərindən övladına toy edən yalnız bir nəfər olub - Novruzəli Aslanov. Hətta bu toyda karantin qaydalarının kobud şəkildə pozulduğuna dair mətbuatda çoxsaylı məlumatlar, fotolar da dərc edilmişdi.
Maraqlı olan həm də odur ki, T.Kərimlinin Eldəniz Səlimovla bağlı çıxışı ilə N.Aslanovun qızının toyu eyni günə - avqustun 3-nə təsadüf edir. Ona görə də ehtimal edilirdi ki, əvvəlcə T.Kərimli həmin toya dəvət olunub, lakin məlum çıxışından sonra “ən yaxın dostu və həmkarı” ona toyda iştirakının “məsləhət olmadığını” çatdırıb.
Əvəz Zeynallı da bu ehtimalları öz efirində səsləndirib. Bundan bir neçə gün sonra isə Novruzəli Aslanov ona zəng edib və məlumatın yalan olduğunu bildirib. Novruzəli Aslanov Əvəz Zeynallıya onun mobil nömrəsini çətinliklə tapdığını deyib. Bildirib ki, axırda tanınmış bir adam ona nömrə verib, amma ciddi bir xəbərdarlıq edib: “Mənə dedi ki, danış, amma ehtiyatlı ol, Əvəz Zeynallı danışdığı adamların səsini yazır”.
Əvəz Zeynallı millət vəkilinin bu sözündən xeyli təəccüblənib və buna bir veriliş həsr edib. İndi həmin verilişi təqdim edirik. Amma ondan əvvəl bir məsələ maraqlıdır: N.Aslanov Əvəz Zeynallıya bu xəbərçiliyi niyə edib? Bu, yalnız sözgəlişi deyilən bir sözə heç oxşamır... Əvəz Zeynallının həmin adamın ünvanına işlətdiyi ifadələrdən anlaşılır ki, əslində, deputat onun kimliyini hansısa formada Əvəz Zeynallıya çatdırıb (Əslində, çoxlarına bəllidi)... Amma niyə? Bax, işin bu hissəsi çox maraqlıdır...





XəbərTv.info

Digər xəbərlər

Məzahir Pənahov: “Kişi namizədlərin hamısı haqqında bunu demək olmaz”
"Baku Medical Plaza”da tüstülənmə olub - VİDEO
Beşqat dünya çempionu Bakıda zəhərlənib -
Ərdoğan: “Makron siyasəti öyrənə bilməyib”
Ermənistanın keçmiş müdafiə naziri döyüşlərdə ağır yaralandı
Cəbhəyanı ərazilərdə partlamamış hərbi sursat, minalar aşkarlandı - FOTOLAR
Təhsil Nazirliyi: "Virtual məktəb" layihəsinə qoşulmayan müəllimlərə maaş verilməyəcəyinə dair məlumatlar yanlışdır
"İTV-nin fantastik qiymətləri namizədlərin əksəriyyəti üçün əlçatan deyil" - ETİRAZ
Çay həvəskarları üçün faydalı məsləhətlər
Ermənilər mövqelərimizi atəşə tutdu
Ötən gün general rütbəsi verilən erməni hərbçi məhv edildi
Putin Serbiya prezidentindən üzr istədi - SƏBƏB
Cəbrayılın daha bir kəndindən görüntülər - VİDEO
Bakıda avtomobil evakuatorla toqquşdu
İlham Əliyev: “Peyvəndi gözləyirik, ondan sonra normal həyat bərpa ediləcək”
Zakir Həsənovla Rusiyanın Müdafiə naziri arasında telefon danışığı olub
Ekvador həbsxanalarında qiyam: 50-dən çox məhkum öldü
Qonşuların davası qanla bitdi
“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Daha bir Qazimiz ədalətsizliyin QURBANIDIR... - VIDEO
Müharibə Ukraynaya nə qədər zərər vurub?
Paşinyan xarici işlər naziri Ara Ayvazyanı vəzifəsindən azad etmək istəyir
Fateh Terim Bakıda mətbuat konfransı keçirdi - Video
Nobel mükafatçısı dünyasını dəyişdi
Azərbaycan yığmasının Rusiya ilə oyunlarının nəticələri ləğv olunub
Metro stansiyalarının sayı 25-dən 51-ə çatdırılacaq
ATV Şuşa, Laçın və Kəlbəcərdə yayım üçün MTRŞ-yə müraciət etdi
ADU Gülnarə Cəfərovanın vergi borcu olan şirkətini tenderində qalib elan etdi
Dünyanı mat qoyan kadrlar – VİDEO
“Bayraktar” niyə rus HHM sistemləri tərəfindən yaxalana bilmir? - Bir uğurun iki sirri
{sape_links}{sape_article}