Son dəqiqə
11-09-2021, 10:24
2441

Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? - Evlənsələr də, “ev”lənə bilmirlər...

Rəsmi iş yeri olmayanlar ömürlük kirayədə qalacaq? -


Ölkə əhalisinin müəyyən bir qisminin kirayədə yaşaması ilə bağlı problem uzun illərdir ki, həllini tapmır.

Bu problemin həlli istiqamətində müəyyən addımlar atılsa da, həmin layihələr demək olar ki, evsiz insanlarını sayının azalmasında böyük rol oynamadı. Bu gün hələ də paytaxtda kirayədə yaşayan yüzlərlə insanlar var. Bakıda çox sayda yeni binalar inşa edilsə də, həmin evlərin əksəriyyəti yenə də evi olan vətəndaşlar tərəfindən alınır. Yəni evi olan yenə ev alır, evsiz olan yeni evsiz qalır. Bu da onu göstərir ki, Bakıda inşa edilən yeni binalar yenə də imkanlılar üçün nəzərdə tutulur.

Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondu, Mənzil İnşaatı Dövlət Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən Kirayə mənzillərin verilməsi kimi layihələr həyata keçirilsə də, bu sahədə mövcud problemlər hələ də tam həllini tapmayıb.

Qeyd edək ki, 2019-cu ildə ölkə başçısının Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası”nı təsdiq edib. Bu layihə əsasında mənzil sahibi olanlar da var. Ancaq digər ipoteka növlərindən yararlana bilməyən vətəndaşlar kirayə mənzil layihəsindən istifadə etməyi düşünsə də, bu layihə də onların problemini həll etmədi. Əsas səbəblərdən biri də odur ki, bu layihədə müraciət qaydalarında əsas amillərdən biri kimi həmin şəxsiə məxsus VÖEN-in olması göstərilir. Bu isə o deməkdir ki, rəsmi işdə çalışmayan vətəndaş ev sahibi ola bilməz. Qiymətlərin bahalığı isə başqa bir problemdir. Bu, xüsusilə gənclərin ailə həyatı qurmasına, daha sonra evsizlikdən problemlərin ortaya çıxmasına səbəb olur.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Cebhe.info-ya bildirib ki, kirayə mənzillərin ipotekadan fərqi dövlət ipotekası vasitəsi ilə mənzil aldıqda maaşın yüksək olması, rəsmi iş yerin olmasıdır və digər şərtlərdir:

“Burada isə şərtlər fərqlidir. Məsələn, usta, sənətkar, dərzi və digər xidmət sahəsində çalışan vətəndaş VÖEN üzərindən fəaliyyət göstərirsə, vergisini ödəyirsə, gəlirlərini göstərə bilirsə, onlar da həmin layihədən yararlana bilirlər. Burada ilkin ödəniş olaraq 10-12 aylıq kirayə haqqını ödəyirlər. Bu yeni başlamış bir layihədir.

Çox da böyük binalar yoxdur. Bu layihəyə vəsaiti bank verir, bank da özünü sığortalamaq üçün həmin şəxsin gəlirini bilməlidir. Bəzi tikinti şirkətləri var ki, onlar 10-15 illik kreditlə mənzil satırlar və yüzlərlə problemli kreditli mənzillər var. Onun reklamı gedir ki, ilkin ödənişi 5-8 min manatdır və vətəndaşlar gedib alır, aylıq ödənişi 800-1500 manatdır. Ancaq bir, iki ay ödəyir, sonra ödəyə bilmir. Burada artıq problemli kreditli mənzilə çevrilir. Məcburən bank bu mənzili hərraca çıxarır, başqa bir vətəndaşa satır ki, öz pulunu götürə bilsin. Bu problemli mənzillərin sayı kütləvi olanda, əmlak bazarına da təsir edir. Bankın da işi pulunu satmaqdır”.

Ekspertin sözlərinə görə, Avropa ölkələrində bazar idarəetmə sistemi bələdiyyələrdədir:

“Hər bələdiyyənin özünün sosial evləri var. Vətəndaş kirayədə qalır, kirayə pulunu ödəyə bilmir, bu zaman bələdiyyəyə müraciət edir. Bələdiyyə onun rəsmi sənədini yoxlayır, görür ki, gəliri yoxdur. Bu zaman vətəndaşı bələdiyyənin balansında olan sosial evə yerləşdirir. Əgər 600-700 avroya kirayə qalırdısa, bələdiyyə həmin evi 50-150 avro qiymətə veir. Həmin vətəndaş ev tapıb, işlə təmin olunana qədər o sosial layihədən yararlanır. Bu layihə illərlə də çəkə bilər. Eləcə də vətəndaş istəsə həmin evi ala da bilər və indiyədək ödədiyi məbləğ həmin evin pulundan çıxılır”.

Ekspertin fikrincə, ölkəmizdə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kirayə mənzilllərin verilməsi kimi layihələrin yaxşı tərəfi odur ki, insanlar bu layihələrdən yararlanmaq üçün vergidən yayınmayacaqlar. Hamının istəyi odur ki, layihələr geniş yayılsın ki, hamı ev əldə edə bilsin.

XəbərTv.info

Digər xəbərlər

Saatlıya İcra başçısı təyin olunan Elmir Bağırov kimdir? - DOSYE
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Musa Qurbanlıya Avropadan sürpriz təklif
QOŞQAR TƏHMƏZLİ ƏHALİYƏ ZAY MƏHSUL YEDİRİR, OBYEKTLƏRƏ İSƏ…
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Biləsuvarın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Şoyqu və Lavrov İrəvana gəldi
Gəncədə koronavirusdan ölmüş 12 nəfərin meyitinin dəyişik düşməsi ilə bağlı AÇIQLAMA
Nazir bağçalarla bağlı məsələyə aydınlıq gətirdi
Prezident 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib –
Vüqar Biləcəri vəfat etdi
Bakıda məhkumun ayağına taxılmış bilərziyi oğurlayıb pul tələb edənlər saxlanıldı
Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb
Əhaliyə vacib xəbərdarlıq
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Müdafiə Nazirliyindən deputatın Paşinyanın arvadının əsir götürülməsi ilə bağlı fikirinə CAVAB
Azərbaycanlıların soyqırımı qurbanları Şuşada anılıb - VİDEO
Çində "Arşın mal alan” operettası təqdim olunub -
"BakuBus"da dezinfeksiya kabinası quraşdırılıb
Şahbaz Quliyevin anası vəfat etdi
ADY zəlzələdən sonra yoxlamaya başladı, qatarların qrafikində kənaraçıxmalar ola bilər
Özünü polis kimi təqdim edib rüşvət alan şəxs ələ keçdi
Bərdədə bir subartezian quyusunun yenidən qazılmasına 28 000 xərclənəcək
Neftçalada ŞÜBHƏLİ ANLAŞMA...
Rövşən Əkbərovdan general rütbəsi niyə alınmadı? - Baş prokuror açıqladı
Ramiz Mehdiyevdən cavab...
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
“Sədərək” yanğından sonra - VİDEO
Türkiyə ilk uçan avtomobilini təqdim etdi - VİDEO
{sape_links}{sape_article}