Son dəqiqə
Aktual
15-09-2021, 18:10
2490
“Dəmir yumruq” əməliyyatı Paşinyan üçün gözlənilməz olub
Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı 44 günlük müharibə ilə bağlı fikirlərini bölüşüb.
Paşinyan 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatların başlanmasının onun üçün gözlənilməz olduğunu etiraf edib.
“Ermənistan dövlət strukturlarının 2020-ci il 25 sentyabr tarixinə qədər mənə təqdim etdikləri hesabatlarda müharibənin başlanma ehtimalı cüzi dəyərləndirilirdi”, - deyə baş nazir Nikol Paşinyan iclasda söyləyib.
Xatırladaq ki, düşmən təxribatlarına cavab olaraq, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusu Qarabağda “Dəmir yumruq” əməliyyatına başlayıb.
XəbərTv.info