Son dəqiqə
17-09-2021, 13:48
2364

Çində "Arşın mal alan” operettası təqdim olunub - FOTO

Çində "Arşın mal alan” operettası təqdim olunub -


Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnələşdirilib.

Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyindən verilən məlumata görə, tamaşanın yeni quruluşda (konsert versiyası) premyerası Çində keçirilən “Böyük Çin Səddi – bir kəmər, bir yol” beynəlxalq folklor və sənət festivalı çərçivəsində Lanfan şəhərindəki “İpək Yolu” Beynəlxalq İncəsənət Mərkəzində gerçəkləşib.

Konsert Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyi, Azərbaycan Mədəniyyət Nazirliyi, Xebey vilayətinin hökuməti, Tyanzin şəhərinin bələdiyyəsi və “ANN Group”un dəstəyi ilə baş tutub.

Qonaqları salamlayan səfir Əkrəm Zeynallı qeyd edib ki, tarixi İpək yolu bəşəriyyətin mədəni inkişafında böyük rol oynayır. O, Azərbaycanın da tarixi İpək yolunun üzərində yerləşdiyini və özünün mədəni mirası, o cümlədən musiqi və ədəbiyyatı ilə hər zaman diqqət mərkəzində olduğunu vurğulayıb.

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında məlumat verən səfir onun anaqdan olduğu 18 sentyabr tarixinin Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunduğunu və hər il ənənəvi Üzeyir Hacıbəyli adına Musiqi Festivalının keçirildiyini diqqətə çatdırıb.

Sonra “Arşın mal alan” operettası Tyanzin şəhərinin Mahnı və Rəqs Opera Teatrının orkestr və vokalistlərinin ifasında yeni quruluşda və Çin dilində təqdim olunub. Libretto çağdaş həyata uyğunlaşdırılıb və çinli tamaşaçıların anlaması məqsədilə sadələşdirilib.

Tamaşanın baş məsləhətçisi və koordinatoru – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, baş rejissor və bədii rəhbər İpək Yolu Mədəniyyət Birliyinin Prezidenti Klaudia Yanq, kastinq üzrə direktor Li Saofeyvə Lu Şen, orkestrin dirijoru Sun Tsinkaydır. Əsgər rolunu Van Tsinan, Glüçəhrə rolunu isə Tszan Yanron ifa edib.//apa.az




XəbərTv.info

Digər xəbərlər

"Bundan sonra faktlar danışacaq" - Lalə keçmiş əri haqda
“Maska meyvə deyil ki, üzərində qurd çoxalsın”
Tibbi maskaların ölkə ərazisindən çıxarılmasına icazə verildi - QƏRAR
Polad Bülbüloğlu: “Ermənistanın hazırkı siyasəti fonunda danışıqlar mənasızdır”
ABB-nin Mastercard kartları ilə təmassız ödənişlər apar, hədiyyələr qazan!
Milli Məclisin mayın 1-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
Rayonlarda internetin bağlanacağı ilə bağlı xəbərə nazirlikdən - REAKSİYA
İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib -
Alim Qasımovun kürəkəninin məhkəməsində polis əməkdaşı ifadə verib
Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir
Ronaldodan dubl, "Yuventus"dan qələbə - Video
Şuşada DTX, polis və agentlik əməkdaşlarından əməliyyat: Xeyli silah-sursat tapıldı -
Günün qoroskopu -  10.01.2020
Ağdamdakı Birgə Monitorinq Mərkəzinin açılışı oldu
YAP-ın deputatlığa namizədi də həbs edildi
Bakının mərkəzində qəza anı kameraya düşdü - VİDEO
Dünya bazarında neft ucuzlaşıb
Sabah 25 dərəcə isti olacaq
Paşinyanla Putin arasında telefon danışığı olub
"Tural Abbaslının çıxışları kütlə psixologiyasına hesablanıb" - Emil Rasimoğlu
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan atletika üzrə dünya çempionatının finalını izləyərkən söhbət ediblər
FHN: Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
Bakıda avtobusda biabırçılıq - VİDEO
“Times” ilk dəfə “İlin uşağı”nı seçdi
Sahibə Qafarova: Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.
Sentyabrın 8-dən bu məhdudiyyətlər götürülür - RƏSMİ
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Azərbaycanda vəzifəli şəxs həbs edildi - RƏSMİ
İşğaldan azad olunan Laçında Azərbaycan bayrağı qaldırıldı - VİDEO
Hökumət koronavirusa görə bu tələbələrə də yardım edəcək
{sape_links}{sape_article}